İnşa müsabiqəsinin yekun mərhələsinin keçirilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

"Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında" nazirliyin 26 fevral 2009-cu il tarixli, 222 nömrəli əmrinin 3-cü bəndinə uyğun olaraq

 

ƏMR EDİRƏM:

 

1.  Rayon və şəhərlərdən, nazirlik nəzdindəki ümumi təhsil müəssisələrindən toplanmış məlumatlar əsasında inşa müsabiqəsinin yekun mərhələsi iştirakçılarının adlı siyahısı təsdiq edilsin.

2.  İnşa müsabiqəsinin yekun mərhələsi 25 aprel 2009-cu il tarixdə saat 10.00-da akademik Zərifə Əliyeva adına liseydə keçirilsin.

3.    Aparatın rəhbəri İ.Pirməmmədov, şəhərlər və kənd rayonları üzrə ümumtəhsil şöbələri (A.Muradov, A.Əhmədov) müsabiqənin yekun mərhələsinin təşkili ilə bağlı bütün məsələləri vaxtında həll etsinlər.

4.  Müsabiqə inşalarını yoxlayıb qiymətləndirən və ən yaxşı inşaları toplu şəklində nəşrə hazırlayan işçi qrupunun tərkibi təsdiq olunsun.

5.  Aparatın rəhbəri İ.Pirməmmədov, İqtisadiyyat şöbəsi (H.Zeynalov), Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) ən yaxşı inşaların toplu şəklində nəşr olunması və qaliblərin mükafatlandırılması üçün 5 (beş) gün müddətinə müvafiq təkliflər hazırlayıb rəhbərliyə təqdim etsinlər.

6.  İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)  əmrin  məlumat üçün "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

7.  Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

 

Misir MƏRDANOV

Azərbaycan Respublikasının

təhsil naziri

 

Azərbaycan müəllimi.-2009.-17 aprel.-S.2.