Məktəb şəbəkəsinin optimallaşdırılmasında
Litva təcrübəsi
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası
Təhsil Nazirliyinin nümayəndə heyəti
martın 30-dan aprelin
6-dək təhsil sisteminin
öyrənilməsi ilə
əlaqədar Litva Respublikasında işgüzar
səfərdə olmuşdur.
Təhsil Sektorunun İnkişafı üzrə
İkinci Layihənin
(2009-2014-cü illər) "Məktəb şəbəkəsinin
rasionallaşdırılması və şagirdbaşına
maliyyələşdirmə islahatlarının qiymətləndirilməsi"
alt-komponenti çərçivəsində
Litva Respublikasının
təcrübəsinin öyrənilməsi
məqsədilə təşkil
edilən səfər
zamanı nümayəndə
heyəti təhsil sistemində bu istiqamətdə həyata
keçirilən tədbirlər
və Şilut rayonunun nümunəsində
ölkənin məktəb
şəbəkəsinin optimallaşdırılması
təcrübəsi ilə
yaxından tanış
olmuşdur.
Aprelin
16-da Təhsil Nazirliyində həmin səfərlə əlaqədar
keçirilən tədbirdə nümayəndə heyətinin
hesabatı dinlənilib. İqtisadiyyat şöbəsinin
müdir müavini Orxan Kərimov "Azərbaycan
Respublikası Təhsil Nazirliyi nümayəndə heyətinin
Litva Respublikasının təhsil sisteminin öyrənilməsi
ilə bağlı 30 mart - 6 aprel 2009-cu il tarixlərində həmin
ölkəyə olan tədris səfərinin hesabatı"
mövzusunda məruzə-təqdimatla çıxış
edib. Həmin təqdimata əsasən ölkənin təhsil
sistemi, ümumtəhsil məktəbləri, məktəb
şəbəkəsinin optimallaşdırılması ilə
bağlı həyata keçirilən tədbirlər və
onun nəticələri haqqında məlumatı oxucuların
diqqətinə çatdırırıq.
Litva
Respublikasının əhalisi 3.366.400 nəfərdir. ölkədə
orta təhsilin müddəti 12 ildir və müxtəlif tipli
1415 ümumtəhsil məktəbində təhsil alan 464906
şagirdə 40948 müəllim dərs deyir (şagird-müəllim
nisbəti 1:11,4-dür). ölkənin orta təhsil verən
366 məktəbində təhsil alan 198117 şagirdin təlim-tərbiyəsi
ilə 16213 pedaqoq məşğul olur. Bu məktəblərdə
müəllim-şagird nisbəti 1:12,2-dir.
101 ibtidai təhsil müəssisəsində
1543 pedaqoq çalışır. 20990 uşağın təhsil
aldığı məktəblər üzrə
şagird-müəllim nisbəti 1:13,6-dır.
Litva
Respublikasında fəaliyyət göstərən 105 məktəb-bağçaya
cəlb olunmuş 8890 uşağın təlim-tərbiyəsi
ilə 895 pedaqoji işçi məşğul olur. Nisbət 1:9,9-dur.
20
gənclər məktəbində təhsil alan 1773 nəfərə
259 müəllim dərs deyir. Müəllim-şadird nisbətinin
1:6,8 olduğu bu təhsil müəssisələrindən fərqli
olaraq 32 yaşlılar üçün məktəbdə
müəllim-şagird nisbəti 1:22,4-dür. Bu məktəblərdə
çalışan 528 müəllim 11838 şagirdə dərs
deyir. İncəsənət tipli 4 məktəbdə təhsil
alan 712 şagirdin təlim-tərbiyəsi ilə 203 pedaqoq məşğul
olur. Həmin məktəblər
üzrə müəllim-şagird nisbəti əvvəlkindən çox
fərqli -3,5-dir. 181 uşağın
təhsil aldığı
internat tipli 6 məktəbdə 80 pedaqoji
işçi çalışır.
Müəllim-şagird
nisbəti 1:2,2-dir. ölkədə
fəaliyyət göstərən
534 əsas məktəbdə
işləyən 11197 müəllim
107617 şagirdə dərs
deyir. Bu məktəblərdə müəllim-şagird nisbəti 1:9,6-dır. 164 gimnaziyada 105806 şagird oxuyur. 8352 pedaqoqun çalışdığı həmin təhsil müəssisələrində şagird-müəllim nisbəti 1:12,7-dir. 6 bədii
gimnaziyada isə 4035 şagirdlə 436 müəllim
məşğul olur.
Müəllim-şagird
nisbəti 1:9,3-dür.
Litva Respublikasında fəaliyyət
göstərən 67 xüsusi məktəbə cəlb
olunmuş 4495 şagirdə 1098 pedaqoq dərs deyir. Bu təhsil
ocaqlarında müəllim-şagird nisbəti 1:4,1-dir. Sanator
tipli 10 məktəbdə təhsil alan 452 şagirdin təlim-tərbiyəsi
ilə 144 pedaqoji işçi məşğul olur. Həmin
müəssisələrdə müəllim-şagird nisbəti
1:3,1-dir.
Müəllimlərin
orta aylıq əməkhaqqı 509 avrodur. Litvada
uşaqların şəhərlər üzrə 92,5, kəndlər
üzrə isə 24,6 faizi məktəbəqədər təhsillə
əhatə olunub. 1998-ci ildən başlayaraq əsaslı təmir
edilmiş məktəblərin xüsusi çəkisi 44,3
faiz təşkil edir.
2006-cı ildə onbeşyaşlılar
arasında aparılmış beynəlxalq qiymətləndirmənin
(OESD PİSA-2006) nəticələrinə görə, Litva məktəblilərinin
nailiyyətləri oxu və təbiət fənləri üzrə
müvafiq olaraq 432 və 488 bal müəyyən edilmişdir
(hər iki fənn üzrə 32-ci yer). Müqayisə
üçün qeyd edək ki, 57 ölkə arasında oxu
üzrə reytinq cədvəlində Rusiya 39-cu (440), Azərbaycan
55-ci (353), Qırğızıstan 57-ci (285), təbiət fənləri
üzrə Rusiya 35-ci (479), Azərbaycan 55-ci (382),
Qırğızıstan 57-ci (322) mövqedə yer tutur.
Litva Respublikasında məktəb şəbəkəsinin
optimallaşdırılmasının əsas strateji prinsiplərini
qeyri-səmərəli maliyyələşdirmənin tədricən
qarşısının alınması və təhsilə
ayrılan vəsaitlərdən səmərəli istifadə
olunması, daha keyfiyyətli təhsil üçün şəraitin
yaradılması və tədris bazasının gücləndirilməsi,
hamı üçün bərabər təhsil imkanlarına
zəmanət və şagirdlərin təhlükəsiz
daşınması təşkil edir.
Ölkə
üzrə ümumtəhsil məktəbləri şəbəkəsində
optimallaşdırma sahəsində görülmüş əsas
tədbirlər bu sahədə normativ-hüquqi bazanın
yaradılması və "Təhsil Qanunu"na əlavələr
edilməsi, optimallaşdırma strategiyasının müəyyənləşdirilməsi;
Elm və Təhsil Nazirliyi tərəfindən
optimallaşdırma qaydaları və şagirdlərin
daşınması üzrə metodik tövsiyələrin
hazırlanması; yerli özünüidarəetmə
orqanları tərəfindən optimallaşdırma
planlarının təsdiq edilməsidir.
Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan
Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti
Litva Respublikasında məktəb şəbəkəsinin
optimallaşdırılması təcrübəsi ilə
Şilut rayonunun nümunəsində tanış olmuşdur.
Şilut rayonunda məktəb şəbəkəsinin
optimallaşdırılması (1998-2008-ci il) nəticəsində
yaranmış vəziyyətin aşağıdakı müsbət
cəhətlərini qeyd etmək olar:
- məktəblərdə ikinci
növbə yoxdur;
- kəndlərdə əsas və
orta məktəblərdə ehtiyac olan qədər yer var;
- gimnaziyalarda (IX-XII siniflər)
ehtiyac olan qədər yer var;
- kifayət qədər məktəb
(o cümlədən məktəb tipləri) mövcuddur;
- müəllimlərin 82,3 faizi
attestasiyadan keçib, onların 8,6 faizi yeni ixtisaslar öyrənir;
- optimallaşdırma nəticəsində
"Şagird səbəti" metodikasına əsasən
ayrılan vəsait məktəblərin 95 faizinin
ehtiyaclarını tam ödəyir;
-
5 məktəb əsaslı təmir edilib, əksər məktəblərin
dam örtükləri dəyişdirilib və
qızdırıcı sistemlər yeniləşdirilib;
-
şagirdlərin daşınması üçün 11 avtobus
mövcuddur;
- məktəblərdən 3 kilometrdən
uzaq məsafədə yaşayan bütün şagirdlər
avtobuslarla daşınırlar.
Bununla yanaşı,
optimallaşdırma ilə bağlı bir sıra nöqsanlar
da meydana çıxır. Cari vəziyyətdə diqqəti
cəlb edən mənfi cəhətlər kimi şagirdlərin
ümumi sayının, kənd məktəblərinin
sayının azalmasını, ibtidai siniflərdə müəllimlərin
sayının ehtiyacdan çox olmasını, əsas fənlərin
cəmi 79,4 faizinin ixtisaslı müəllimlər tərəfindən
tədris edilməsini, hazırda məktəblərin 80
faizinin əsaslı təmirə ehtiyacı olmasını,
şagirdlərin 3 faizinin avtobuslarla daşına bilməməsini
və bir çox şagirdlərin məktəblərə erkən
çatmasını göstərmək olar.
Şilut
rayonunda orta məktəblər, gimnaziyalar, əsas məktəblər,
gənclər məktəbi, ibtidai məktəblər (ibtidai
məktəblərin filialları) yaşlılar məktəbi,
bağça-məktəblər, yaşlılar və gənclər
məktəbləri olmaqla, 1997-1998 və 2000-2001-ci dərs illərində
55, 2005-2006-cı dərs ilində 28 ümumtəhsil məktəbi
fəaliyyət göstərmiş, 2008-2009-cu dərs ilində
isə onların sayı 24-ə enmişdir.
Məktəb şəbəkəsinin
optimallaşdırılması ilə bağlı Şilut
rayonunda fəaliyyət göstərən məktəb tiplərinin
bölgüsü aşağıdakı qaydada
formalaşıb:
1997-1998-ci dərs ili
üzrə:
13
orta məktəb
1 gimnaziya
11 əsas məktəb
1
gənclər məktəbi
23
ibtidai məktəb
1
yaşlılar məktəbi
5
bağça-məktəb
2000-2001-ci dərs ili
üzrə:
12
orta məktəb
2
gimnaziya
2 əsas məktəb
1
gənclər məktəbi
25 ibtidai məktəb
1
yaşlılar məktəbi
5
bağça-məktəb
2005-2006-cı dərs
ili üzrə:
6
orta məktəb
2
gimnaziya
15
əsas məktəb
1 gənclər məktəbi
2
ibtidai məktəb
9
ibtidai məktəblərin filialları
1 yaşlılar məktəbi
1 bağça-məktəb
2008-2009-cu dərs ili
üzrə:
4 orta məktəb
2
gimnaziya
13
əsas məktəb
3
ibtidai məktəb
8
ibtidai məktəblərin filialları
1
bağça-məktəb
1 yaşlılar və gənclər
məktəbi
1997-1998-ci dərs
ilində Şilut rayonunda yerləşən
ümumtəhsil məktəblərində
9865, 2000-2001-ci dərs ilində
11037, 2005-2006-cı dərs ilində 9426 şagird təhsil almışdır. Cari dərs
ilində isə bu göstərici 7835 nəfərdir.
2004-2005-ci
dərs ilində rayonun ümumtəhsil məktəblərində
I-IV siniflər üzrə 177 sinif komplekti olmuş, bu siniflərdə
2960 şagird təhsil almışdır. Həmin dərs
ilində V-XII siniflər üzrə 345 sinif komplektində 7046
şagird təhsil almışdır.
2005-2006-cı
dərs ilində ibtidai siniflər üzrə komplektləşdirilmiş
159 sinifdə 2819, V-XII siniflər üzrə 313 sinif komplektində
isə 6579 şagird təhsil almışdır.
2006-2007-ci dərs ilində I-IV
siniflər üzrə komplektləşdirilmiş 157 sinifdə
2656, V-XII siniflər üzrə 275 sinif komplektində 6154
şagird təhsil almışdır. Hazırda rayonun
ümumtəhsil məktəblərində ibtidai siniflər
üzrə komplektləşdirilmiş 145 sinifdə 2295, V-XII
siniflər üzrə komplektləşdirilmiş 254 sinifdə
isə 5540 şagird oxuyur.
Rayonun
ümumtəhsil məktəblərində sinif komplektlərinin
doldurulması üzrə göstəricisi 2004-2005-ci tədris
ilində I-IV siniflər üzrə 16,7, V-XII siniflər
üzrə 20,4, 2005-2006-cı tədris ilində ibtidai siniflər
üzrə 17,7, V-XII siniflər üzrə 21, 2006-2007-ci dərs
ilində ibtidai siniflər üzrə (16,9, V-XII siniflər
üzrə 22,4, 2008-2009-cu dərs ilində I-IV siniflər
üzrə 15,8, V-XII siniflər üzrə 21,8-dir. Şilut
rayonunun ümumtəhsil məktəblərinin kompüterləşdirilməsi
sahəsində əvvəlki illərlə müqayisədə
gözəçarpan irəliləyişlər nəzərə
çarpır. Belə ki, 2005-ci ildə 16, 2006-cı ildə
10, 2007-ci ildə 9,9, 2008-ci ildə isə 9 şagirdə 1
kompüter düşüb.
Bu xüsusiyyət ayrı-ayrı
illərdə rayonun ümumtəhsil məktəblərinin əsaslı
təmirinə ayrılan vəsaitin məbləğində də
özünü göstərir. 2005-ci ildə bu məqsədlə
21.619800, 2006-cı ildə 23.331000, 2007-ci ildə 26.957000,
2008-ci ildə 31.453000 Litva liti məbləğində vəsait
ayrılsa da, 2009-cu ildə bu məbləğ 39.736000-ə qədər
artırılmışdır.
Hesablanmış "Şagird səbəti"nə
(bir şagirdin təhsil alması üçün sərf
olunacaq illik vəsaitlərin məbləği - müəllimlərin
əməkhaqqı, tədris materialları, idarəetmə,
pedaqoji və sosial yardım) uyğun olaraq 2005-ci ildə bir
şagirdə 2042, 2006-cı ildə 2150, 2007-ci ildə 2644,
2008-ci ildə 3216, 2009-cu ildə isə 4808 Litva liti məbləğində
vəsait düşüb.
2005-ci ildə bir şagirdə təsərrüfat
xərcləri üçün 822, 2006-cı ildə 1084,
2007-ci ildə 1351, 2008-ci ildə 1638, 2009-cu ildə 2118 Litva
liti məbləğində vəsait ayrılıb.
Şagirdlərin
daşınmasına 2005-ci ildə 1.072700, 2006-cı ildə
1.629300, 2007-ci ildə 1.560000, 2008-ci ildə 1.250000 Litva liti məbləğində
vəsait xərclənib. 2009-cu il üçün bu məqsədlə
1.960000 Litva liti məbləğində vəsait
ayrılıb.
Şilut rayonunun ümumtəhsil məktəblərində
təhsil alan şagirdlərin daşınması məqsədilə
2005-ci ildə 8, 2008-2009-cu illərdə 11 avtobus
alınmışdır. Həmin avtobuslarla 2005-ci ildə 2487,
2006-cı ildə 1945 şagird daşınmışdır.
2008-2009-cu dərs ilində 2496 şagirdin daşınması
nəzərdə tutulub.
Ümumtəhsil məktəbləri
şəbəkəsində optimallaşdırmadan sonra əldə
olunmuş əsas nəticələr
aşağıdakılardır:
1.
Optimallaşdırma həyata keçirilən son 10 il ərzində:
a) şagirdlərin sayı miqrasiya
və demoqrafiya səbəbindən 25 faiz
azalmışdır:
b) ümumtəhsil məktəblərinin
sayı 2,3 dəfə azalmışdır.
2.
Optimallaşdırma həyata keçirilən son 5 il ərzində
a)
sinif komplektləri: I-IV siniflər
üzrə 22 faiz azalıb;
V-XII siniflər üzrə 36 faiz
azalıb;
b) sinif komplektlərinin
doldurulması:
I-IV siniflər üzrə 5,6 faiz
azalıb;
V-XII
siniflər üzrə 6,8 faiz artıb.
c) Müəllim-şagird nisbəti
1:7,5-dən 1:8,5-ə qalxmışdır;
d) kompüterlərin sayı 40 faiz
artmışdır. Şagird-kompüter nisbəti
1:16-dan 1:9-a qədər artmışdır;
e) əsaslı təmir
üçün ayrılan vəsait 5,4 dəfə artıb;
f) daşınma üçün vəsait
82 faiz artmışdır;
g)
adambaşına "Şagird səbəti" 2,35 dəfə,
eləcə də adambaşına təsərrüfat xərcləri
2,57 dəfə artmışdır.
Hicran ƏKBƏROVA
Azərbaycan
müəllimi.-2009.-24 aprel.-S.5.