Pedaqoji kadrların ixtisasının artırılması günün vacib problemlərindəndir

 

Aprelin 22-də Bakıdakı 70 nömrəli məktəb-liseyin akt zalında "Pedaqoji kadrların ixtisasının artırılmasının müasir məzmunu və formaları" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Bakı Pedaqoji Kadrların İxtisasartırma Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov rəhbərlik etdiyi institutun fəaliyyəti haqqında məlumat verdi. Təhsil nazirinin müvafiq sərəncamına əsasən institutun 70-illik yubileyi ilə əlaqədar tədbirlər planının təsdiq edildiyini diqqətə çatdıran natiq keçiriləcək yubileylə bağlı şəhərin bir sıra rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərində belə tədbirlərin təşkil ediləcəyini bildirdi.

Professor A.Zamanov hazırda bu təhsil ocağında köklü islahatlar aparıldığını bunun sayəsində müəyyən nailiyyətlərin əldə olunduğunu toplantı iştirakçılarının nəzərinə çatdırdı.

"Dəyirmi masa"da "Müəllim peşəkarlığının formalaşmasında ixtisasartırmanın rolu", "Xarici dillər üzrə ixtisasartırma təhsilində yeni ideyaların tətbiqi", "Müəllimlik pedaqoji fəaliyyətinin yeniliyə istiqamətləndirilməsi", "İxtisasartırma təhsilinin inkişafı üçün verilən təkliflər" digər mövzularda məruzələr dinlənildi.

Məruzələr ətrafında çıxış edənlər pedaqoji kadrların ixtisaslarının artırılmasında yenidənhazırlanmasında institutun rolundan son nailiyyətlərindən bəhs edərək gələcəyin vətəndaşları olacaq yeniyetmələrin gənclərin yüksək ixtisaslı vətəndaş kimi tərbiyə edilməsində müəllimlərin üzərinə düşən məsuliyyətdən danışdılar.

Sonda Asəf Zamanov tədbirin keçirilməsində əməyi olanlara öz təşəkkürünü bildirdi.

 

 

Nizami MİRZƏ

 

Azərbaycan müəllimi.-2009.-24 aprel.-S.4.