Gədəbəydə
"Azərbaycan müəllimi"
qəzetinin redaksiyası
ilə birgə "dəyirmi masa" keçirilib
Gədəbəy RİH-in təşəbbüsü ilə aprelin 21-də rayonda "Azərbaycan müəllimi" qəzetinin redaksiyası ilə birgə "Rayon icra hakimiyyətinin təhsilə qayğısı" mövzusunda "dəyirmi masa" keçirilib.
Tədbirdə rayonda təhsilə göstərilən böyük diqqət və qayğıdan, tədris müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, kadrlarla təminat və s. istiqamətlərdə reallaşdırılan tədbirlərdən, rayon ziyalılarının, iş adamlarının diqqətini təhsilin mövcud problemlərinin həllinə yönəltmək sahəsində təşəbbüslərdən geniş söhbət açılıb.
Qeyd olunub ki, son 5 ildə rayonun 86 məktəbinin 70-nin binası yenidən tikilib, əsaslı və cari təmir olunub. Təhsil müəssisələrinin ali məktəblərə qəbul olunmuş məzunları, olimpiada, müsabiqə qalibləri ilə rayon icra hakimiyyəti başçısının keçirdiyi görüşlər ənənə halını alıb. Gədəbəy RİH məktəblərdə təhsil alan 24 əlaçı şagirdə təqaüd verir.
Tədbirin sonunda digər rayonlarda da redaksiya
ilə birgə belə görüş və "dəyirmi masa"ların keçirilməsi məqsədəmüvafiq
sayılıb.
Y.Əliyev
Azərbaycan müəllimi.-2009.-24 aprel.-S.1.