"Həyati bacarıqlara əsaslanan təhsil" fakültativ
kursunun tədrisi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycanda həyata keçirilən
təhsil islahatlarının əsas istiqamətlərindən
biri məzmun islahatlarıdır. Hazırlanmaqda olan yeni fənn
kurikulumları da şəxsiyyətyönümlü, nəticəyönümlü,
inkişafetdirici xarakter daşımaqla şagirdlərdə həyati
bacarıqların (kompetensiyaların) formalaşmasına xidmət
edir. Təhsil Nazirliyi məzmun
islahatları istiqamətində bir sıra beynəlxalq təşkilatlarla
birgə layihə və proqramlar həyata keçirir. Belə
layihələrdən biri də Təhsil Nazirliyi və Qlobal
Fond tərəfindən həyata keçirilən "Azərbaycanda
İİV/QİÇS-ə qarşı cavab tədbirlərinin
gücləndirilməsi" layihəsidir. Dünya təcrübəsində
geniş tətbiq olunan bu layihə Azərbaycanda 2006-cı
ilin yanvarından başlanmışdır. Layihə çərçivəsində
ümumtəhsil məktəblərində "Nəyati
bacarıqlara əsaslanan təhsil" üzrə
fakültativ kursun tədrisi də nəzərdə
tutulur. Məzmununa görə
inteqrativ olan bu kursun məqsədi şagirdlərə
sağlam həyat tərzi və yaşamaq
bacarıqlarının aşılanması, bu sahədə
müvafiq bilik, bacarıq və vərdişlərin, effektiv
davranış strategiyalarının
formalaşdırılmasıdır. Kursun məzmununa
sağlamlığın qorunması ilə yanaşı, insan
hüquqları, vətəndaşlıq və digər qlobal
sosial rroblemlər də daxil edilmişdir. Kursun tədrisində
təlimin fəal/interaktiv üsullarından istifadə edilməklə
şagirdlərin qazandıqları zəruri bilik, bacarıq və
vərdişləri həyatda tətbiq edə bilmələri
əsas məqsəd kimi müəyyənləşdirilmişdir. Layihə çərçivəsində
Təhsil Nazirliyində qabaqcıl müəllimlərdən,
metodistlərdən, alimlərdən ibarət işçi
qrupu yaradılmış və həmin işçi qrupu tərəfindən
"Həyati bacarıqlara əsaslanan təhsil üzrə
Milli Konsepsiya" (Təhsil Nazirliyinin 22.05.2006-cı il tarixli,
366 nömrəli əmri ilə təsdiq edilmişdir), I-IV,
V-IX və X-XI siniflər üçün "Həyati
bacarıqlara əsaslanan təhsil" kursunun proqramları
hazırlanmış (Təhsil Nazirliyinin 17.07.2006-cı il
tarixli, 571 nömrəli əmri ilə təsdiq edilmişdir),
ibtidai, əsas və orta təhsil pillələri üzrə
müəllimlər üçün "Həyati
bacarıqlara əsaslanan təhsil" adlı tədris vəsaiti
hazırlanmışdır. Tədris vəsaitinin
üstünlüyü ondan ibarətdir ki, burada hər bir
mövzunun məqsədi, təlim üsulları, qiymətləndirmə
mexanizmi və təlim materialının məzmunu barədə
məlumatlar öz əksini tapmışdır. Layihə
çərçivəsində beynəlxalq ekspertlər tərəfindən
"təlimçilərin təlimi" üzrə treninqlər
keçirilmiş, sonrakı mərhələdə isə
resrublikanın 2815 məktəbində "Həyati
bacarıqlara əsaslanan təhsil" kursunu tədris edəcək
7166 nəfər müəllim treninqdən keçirilmiş,
il ərzində treninqlərin keçirilməsi davam etdiriləcəkdir.
Qeyd olunanları nəzərə alaraq
ƏMR EDİRƏM:
1. Naxçıvan MR Təhsil
Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi,
Gəncə Şəhər Təhsil İdarəsi və rayon
(şəhər) təhsil şöbələri, Təhsil
Nazirliyinin birbaşa tabeliyində olan ümumtəhsil məktəbləri: 1.1. 2009-2010-cu tədris ilindən
ümumtəhsil məktəblərinin I-XI siniflərində
"Həyati bacarıqlara əsaslanan təhsil"
fakültativ kursunun həftədə 1 saat ayrılmaqla tədrisini
təmin etsinlər. 1.2.
Fakültativ, fərdi və qrup məşğələləri
üçün nəzərdə tutulmuş saatlardan kursun tədrisinə
ayrılması mümkün olmayan hallarda dərnək məşğələlərində,
həmçinin fənlər üzrə müvafiq
mövzuların tədrisində nəzərdə tutulmuş
vəsaitdən istifadə olunmasını təmin etsinlər. 1.3. "Həyati bacarıqlara əsaslanan
təhsil" kursunun tədrisi ilə əlaqədar dərs
ilinin birinci və ikinci yarımilinin sonunda Təhsil Nazirliyinə
yazılı hesabat təqdim etsinlər. 1.4. Kursun müvafiq
treninqdən keçmiş müəllimlər tərəfindən
tədris edilməsini nəzərdə tutsunlar.
2. Layihənin milli əlaqələndiricisi
(F.Qədirov) "Həyati bacarıqlara əsaslanan təhsil"
kursunun ümumtəhsil məktəblərində tədrisi və
nəticələr barədə tədris ilinin sonunda hesabat təqdim
etsin və müvafiq təkliflər hazırlasın.
3. Təhsil Nazirliyinin
İctimaiyyətlə əlaqə şöbəsi
(B.Nüseynzadə) bu əmrin "Azərbaycan müəllimi"
qəzetində dərc edilməsini təmin etsin.
4. Təhsil Nazirliyinin
ümumi şöbəsi (İ.Mirzəyev) əmrin
çoxaldılaraq bütün rayon (şəhər) təhsil
şöbələrinə çatdırılmasını təmin
etsin.
5. Əmrin icrasına nəzarəti
öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
5 avqust 2009-cu il
Azərbaycan müəllimi.-2009.-21
avqust.-S.2.