Qaydaların təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

"Azərbaycan Respublikasında texniki peşə təhsili üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın yerinə yetirilməsi ilə əlaqədar texniki peşə təhsili sahəsində normativ-hüquqi bazanın və ilk peşə təhsili müəssisəsinə şagird qəbulu prosesini təkmilləşdirmək məqsədi ilə

 

ƏMR EDİRƏM:

 

1. "İlk peşə təhsili müəssisəsinə şagird qəbulu qaydaları" təsdiq olunsun (əlavə olunur).

2. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) "İlk peşə təhsili müəssisəsinə şagird qəbulu qaydaları"nın "Azərbaycan müəllimi" qəzetində, "Sənətkar" jurnalında və "Təhsil xəbərləri" məcmuəsində çap olunmasını təmin etsin.

3. İqtisadiyyat şöbəsi (H.Zeynalov), Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı), Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) və ümumi şöbə (İ.Mirzəyev) "İlk peşə təhsili müəssisəsinə şagird qəbulu qaydaları"nın çap olunması və ilk peşə təhsili müəssisələrinin rəhbərlərinə çatdırılması üçün lazımi tədbirləri görsünlər.

4. Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) və Təhsil Problemləri İnstitutu (A.Mehrabov) yeni qəbul qaydalarının tətbiq olunması ilə əlaqədar peşə təhsili müəssisələrinə kömək göstərsinlər.

5. Peşə təhsili müəssisələrinin direktorları "İlk peşə təhsili müəssisəsinə şagird qəbulu qaydaları"nın icra olunması ilə əlaqədar lazımi işlərin görülməsini təmin etsinlər.

6. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 02.05.2000-ci il tarixli, 403 N-li əmri ilə təsdiq olunmuş "Peşə məktəbi və peşə liseylərinə şagird qəbulu qaydaları" qüvvədən düşmüş hesab edilsin.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

13 avqust 2009-cu il

 

Azərbaycan müəllimi.-2009.-21 avqust.-S.2.