Doktorantların gənc tədqiqatçıların XIV Respublika elmi  konfransı keçirilib

 

Bu günlərdə  Azərbaycan Dillər Universitetində doktorantların gənc tədqiqatçıların XIV Respublika elmi konfransı keçirildi. Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, ali məktəb rektorları, professor - müəllim heyəti, tələbələr KİV nümayəndəri iştirak edirdilər.

Konfransı giriş sözü ilə  təhsil naziri Misir Mərdanov açaraq bildirdi ki,bü günkü   konfransın əvvəlki konfranslardan fərqli   üstün cəhətləri çoxdur.Bu il Milli  Məclisdə "Təhsil haqqında" yeni Qanun qəbul  edilmiş, elm təhsil sahəsində müxtəlif yeniliklər əmələ  gəlmişdir. ölkəmizdə təhsil islahatının uğurla həyata keçirilməsindən söz açan nazir  aspirantların gənc tədqiqatçıların XIII Respublika elmi konfransının nəticələri haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, Azərbaycan Dövlət İqtisad Universitetinin bazasında    keçirilmiş konfransda 300-ə qədər doktorant  gənc tədqiqatçı iştirak etmişdir. Konfransın təşkilat komitəsinin qərarı bölmə sədrlərinin təklifləri əsasında  fəal iştirak etmiş 43 doktorant gənc tədqiqatçıya Təhsil Nazirliyinin sertifikatları  verilmişdir.

Gənc tədqiqatçıların fəaliyyətlərinin genişlənməsinə toxunan  təhsil naziri Misir Mərdanov  onu da qeyd etdi ki, ali məktəblərdə fəaliyyət göstərən kafedralar  bu gün təhsil mərkəzi olmaqla,  elmi tədqiqat  mərkəzinə çevrilməlidir.

Çıxışının sonunda nazir Misir Mərdanov ən yaxşı elmi işə görə 3 doktoranta    noutbuk kompüter hədiyyəsi təqdim etdi    elmi işlə məşğul olan bütün tədqiqatçılara  uğurlar arzuladı.

Sonra təhsil nazirinin müavini İradə Hüseynova çıxış edərək konfransın əhəmiyyətindən danışdı bu cür konfransların  Azərbaycan elminin inkişafı yolunda öz töhfələrini verəcəyini qeyd etdi. Nazir müavini məlumat verərək ilk plenar iclasdan  sonra konfransın ayrı-ayrı  bölmələr üzrə  davam edəcəyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Qeyd etdi ki, bölmə sədrlərinin hesabatları dinlənildikdən sonra konfransın qətnaməsi qəbul olunacaq.

Tədbirdə ADU-nun rektoru, professor Səməd Seyidov, ADPU-nun rektoru, professor Yusif Məmmədov başqaları da çıxış etdilər.

 

 

Ş.CƏFƏROV

 

Azərbaycan müəllimi.-2009.-18 dekabr.-S.3.