Təhsil Nazirliyinin "Qaynar
xətt" xidmətinin
məlumatı
Təhsil Nazirliyinin
"Qaynar xətt"
xidmətinə (telefonlar:
496-34-82; 496-37-61; faks: 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az)
cari ilin noyabrında 27 müraciət
daxil olub. Qeyd edək ki, müraciətlərin
əksəriyyəti (17-si) sorğu, məlumat və anonim xarakterlidir. Müraciətlərin 18-i Bakı şəhərinin
ümumtəhsil məktəblərindən
daxil olub. Sorğular əsasən olimpiadaların
keçirilməsi, imtahanlara
hazırlıq, uşaq
bağçaları, müəllimlərin
işə qəbulu ilə bağlıdır.
Şikayətlər isə daha çox məktəblərin
istilik sistemi ilə təchizatı barədədir.
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə
daxil olan bütün müraciətlər
araşdırılıb, müvafiq
tədbirlər görülüb
və müraciət müəlliflərinə cavab
verilib. Eyni zamanda noyabr
ayında "Qaynar xətt" xidmətinə
daxil olan çoxsaylı sorğular
nazirliyin əməkdaşları
tərəfindən cavablandırılıb.
Ötən ay ərzində "Qaynar xətt" xidmətinə
151 nömrəli orta məktəbdə məktəbli
formasının məcburi
şəkildə satılması
ilə bağlı iki anonim şikayət
daxil olub. Şikayət edən valideynin kimliyi müəyyənləşdirildikdən
sonra məktəbdə
araşdırma aparılıb
və şikayətin
doğru olduğu aydınlaşdırılıb. Bununla bağlı məktəbin
direktoruna Bakı Şəhəri üzrə
Təhsil İdarəsi
tərəfindən sonuncu
xəbərdarlıqla şiddətli
töhmət verilib.
Azərbaycan müəllimi.-2009.-18 dekabr.-S.1.