Dövlət Proqramının icrası ilə bağlı beynəlxalq konfrans

 

Dekabrın 15-də "Excelsior" otelində "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" çərçivəsində "2009-cu ilin yekunları qarşıda duran vəzifələr" mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbiri təhsil naziri Misir Mərdanov açaraq  qeyd etdi ki, ümummilli liderimiz Heydər Əliyevin uşaqların müdafiəsi sahəsində qoyduğu ənənələr bu gün Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Son illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı, sosial sahələrə diqqətin artırılması, regionların inkişafı, yoxsulluq səviyyəsinin minimuma enməsi hər bir ailənin sosial rifahının yaxşılaşmasına, uşaqların hüquqlarının qorunmasına yönəlmiş proqramların həyata keçirilməsinə əlverişli şərait yaratmışdır.

Nazirin açılış nitqindən sonra konfrans iştirakçılarına görülən işləri özündə əks etdirən "Sevinciniz  uğurumuzdur" filmi təqdim olundu.

"2009-cu ilin yekunları qarşıda duran vəzifələr" mövzusunda geniş məruzə edən təhsil naziri Misir Mərdanov uşaqların müdafiəsi sahəsində ən vacib proqramlardan biri olan "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın vacibliyindən söz açdı. Qeyd olundu ki, Dövlət Proqramının icrası ilə əlaqədar Təhsil Nazirliyi digər qurumlarla birlikdə ölkəmizdə uşaqların rifahının yüksəldilməsi, hüquqlarının qorunması, onlara təhsil səhiyyə  xidmətlərinin göstərilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşamaq hüququnun təmin edilməsi ilə bağlı tədbirləri həyata keçirmək məqsədilə bir sıra işlər görür.      Təhsil Nazirliyi YUNİSEF-in ekspertləri, Əmək Əhalinin Sosial Müdafiəsi Səhiyyə nazirliklərinin əməkdaşları ilə birlikdə 55 dövlət uşaq müəssisəsində keçirilmiş qiymətləndirmə nəticəsində hazırlanmış dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plan cari ilin aprelində Azərbaycan hökuməti tərəfindən təsdiq edilib.

Baş plan haqqında ətraflı bəhs edən nazir bildirdi ki, artıq planın icrası istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 9 uşaq müəssisəsi ümumtəhsil məktəbinə çevrilib. Bu tip müəssisələrin sayı 55-dən 46-ya enib. Hazırda dövlət uşaq müəssisələrində 10054 uşaq təlim-tərbiyə alır.

Baş plana əsasən valideyn himayəsindən məhrum uşaqların ailədə yaşamaq hüququnu təmin etmək məqsədilə onlar üçün ailəni əvəz edən alternativ xidmətlərin yaradılması işinə başlanılıb. Bu məqsədlə işçi qrupu qeyd olunan sahədə böyük təcrübəsi olan Avstriyanın "Hilfsverq" təşkilatı ilə birgə layihə hazırlamış layihə Avropa Komissiyası tərəfindən qəbul edilib. Layihənin məqsədi Azərbaycanda alternativ qayğı növü olan himayədar ailə (foster) sisteminin yaradılmasıdır.

Nazir Misir Mərdanov məruzəsində qeyd etdi  ki, hazırda övladlarına sərbəst şəkildə qayğı göstərə bilməyən ailələrin onların uşaqlarının rifahının yaxşılaşdırılması məqsədilə yerlərdə müxtəlif tədbirlər həyata keçirilməkdədir. Təhsil Nazirliyi yerli beynəlxalq qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir, sağlamlıq imkanları məhdud sosial cəhətdən çətin vəziyyətdə olan ailələrin uşaqlarının rifahının yaxşılaşdırılmasına, onların cəmiyyətə inteqrasiyasına, təhsilə cəlb edilməsinə asudə vaxtlarının səmərəli təşkilinə yönəldilən tədbirlər yerinə yetirir. Bununla bağlı verilən məlumatdan aydın oldu ki, risk qrupuna daxil olan sağlamlıq imkanları məhdud uşaqlar üçün Bərdə şəhərindəki internat məktəbinin,Bakının Sabunçu rayonundakı 11 nömrəli xüsusi internat məktəbinin Suraxanı rayonu 2 nömrəli  uşaq  evinin nəzdində günərzi qayğı, Əzizbəyov rayonundakı valideyn himayəsindən məhrum uşaqlar üçün respublika yardımçı internat məktəbinin nəzdində isə reabilitasiya-inkişaf mərkəzi yaradılıb.

Nazir yaxın vaxtlarda Göyçay şəhəri Qaradağ rayon ərazisində yerləşən internat məktəblərinin nəzdində bu tip mərkəzlərin açılmasının nəzərdə tutulduğunu dedi. Təhsil naziri qeyd etdi ki, qarşıda duran vəzifələrin səmərəli icrasını təmin etmək məqsədilə  "Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi alternativ qayğıya cəlb edilməsi" pilot layihəsi hazırlanıb. Təhsil , Əmək Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi YUNİSEF tərəfindən layihənin birgə həyata keçirilməsi üçün razılaşma əldə edilib. Adıçəkilən layihənin məqsədi, bununla bağlı görülən işlər  barədə konfrans iştirakçılarına ətraflı məlumat verən nazir Misir  Mərdanov çıxışının sonunda Dövlət Proqramının qarşıya qoyduğu digər əsas vəzifələrə toxundu.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli çıxış edərək "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın əhəmiyyətindən söz açdı, Təhsil Nazirliyinin bu sahədə gördüyü işləri yüksək qiymətləndirdi.

YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard Dövlət Proqramının ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Qeyd etdi ki, YUNİSEF Dövlət Proqramının həyata keçirilməsində yaxından iştirak edir. Dövlət Proqramının icrası bununla bağlı həyata keçirilən tədbirlərdən danışan cənab  Mark Herevard görülən işləri müsbət dəyərləndirdi. Təmsil etdiyi təşkilatla Təhsil Nazirliyi arasındakı işgüzar əməkdaşlığın davam etdiriləcəyini dedi.

Türkiyə Respublikasının Ankara şəhər sosial xidmətlər müdiri Neriman Koca "Uşaqların ailələrə dönüşü layihəsi ilə bağlı Türkiyənin  təcrübəsi", YUNİSEF-in beynəlxalq eksperti Devid Larter "Maliyyənin səmərəli xərclənməsi: islahatlara doğru", Birləşmiş Krallıq Avropa Sosial şəbəkəsinin  siyasət inkişaf üzrə mütəxəssisi Dorota Tomalak "De-institusionalizasiya icma əsaslı alternativ xidmətlər: Avropa təcrübəsi", YUNİSEF-in Uşaqların müdafiəsi proqramının rəhbəri Munir Məmmədzadə "Dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Planın yerlərdə icrası", YUNİSEF-in milli məsləhətçisi Aytəkin Hüseynli "Uşaq müdafiəsi sahəsində sosial işçilərin rolu" mövzularında təqdimatlar etdilər.

Sonra təqdimatlarla bağlı müzakirələr aparıldı.

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Natiq Qasımov, Bakı Şəhəri üzrə Baş Səhiyyə İdarəsinin müdiri Leyla Seyidbəyli, Maliyyə Nazirliyinin şöbə müdirinin müavini Vüqar Məcidli, Ədliyyə Nazirliyinin idarə rəisi Faiq Qurbanov, Daxili İşlər Nazirliyinin şöbə rəisi Kamal İmamverdiyev, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sənubər Əlizadə başqaları çıxış edərək öz fikir təkliflərini bildirdilər. çıxışçılar Təhsil Nazirliyinin  Dövlət Proqramının idarəolunması üzrə işçi qrupunun səmərəli fəaliyyətindən razılıq etdilər.

Konfransı  nazir Misir Mərdanov yekunlaşdıraraq Dövlət Proqramının həyata keçirilməsində YUNİSEF-in Təhsil Nazirliyi ilə birgə fəaliyyətindən məmnunluq hissi ilə danışdı. Nazir həmçinin onlarla birlikdə yaxından əməkdaşlıq edən nazirliklərə, dövlət qurumlarına, qeyri-hökumət beynəlxalq təşkilatlara da minnətdarlıq etdi, hamıya fəaliyyətlərində uğurlar arzuladı.

 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.-2009.-18 dekabr.-S.2.