Dünyanın ən nüfuzlu universitetləri
sırasına çıxmağı hədəfə
almış ali məktəb
Azərbaycan Universitetində son iki ildə həyata
keçirilən tədbirlər bu məqsədin
reallaşdırılmasına istiqamətlənib
Hər bir
ölkənin mədəni, iqtisadi inkişaf səviyyəsi,
milli təhlükəsizliyinin təminatı təhsilin məzmunundan
və inkişaf səviyyəsindən birbaşa
asılıdır. Buna görə də müasir dünyada
hərbi, maliyyə, iqtisadi, ideologiya və informasiya
gücü ilə yanaşı, elm və təhsil də
dövlətin, millətin gücünü ifadə edən,
onun təhlükəsizliyini təmin edən əsas amillərdən
sayılır. Bu baxımdan ali təhsilin
cəmiyyətdə rolu xüsusilə yüksəkdir. Bu
gün ali məktəblər istər
elmin, innovasiyaların inkişafında və
yayılmasında, istərsə də demokratik dəyərlərin
yayılmasında, maariflənmə səviyyəsinin artmasında
cəmiyyətin aparıcı mərkəzi qüvvəsinə
çevrilirlər.
Məlumdur ki, cəmiyyətin
elm və təhsil ehtiyaclarını ödəmək, həm
ali təhsilli mütəxəssislərin
hazırlanması, həm də yaşlıların davamlı
savadlandırılmaları üçün külli miqdarda vəsait
lazımdır. Bu vəsaitin xeyli hissəsi
büdcə hesabına ödənilir. Lakin
böyük kapital tutumlu və bütün dövrlərdə
ən prioritet istiqamətlərdən biri olan elm və təhsilin
təminatını təkcə dövlətin üzərinə
qoymaq mümkün deyil. Hətta ən
inkişaf etmiş "rifah dövlətləri" də onu
təmin edə bilməz. Ona görə də ali təhsilli kadr hazırlığının
kütləviləşdirilməsi, onun keyfiyyətinin
artırılması və ali təhsilə, elmi
araşdırmalara çəkilən xərclərin ödənilməsi
prosesində cəmiyyətin bütün təbəqələri
- dövlət və özəl qurumlar, ictimai birliklər və
hətta dini qurumlar yaxından iştirak etməlidir.
Dünyanın
aparıcı ölkələrində biznesin elm və təhsil
sektoru ilə əlaqəsi çox yüksək səviyyədə
qurulub. Xeyriyyə
təşkilatları, QHT-lər, fondlar elmin müxtəlif sahələrinin
inkişafı, təhsilin əlçatan olması, yəni
aztəminatlı insanlar üçün təhsilalma
mühitinin, imkanlarının yaradılması istiqamətində
müxtəlif layihələr həyata keçirir.
Avropa ölkələrində
də elm və təhsilin inkişafında özəl sektorun
çəkisi çox yüksəkdir və bu proses get-gedə
daha geniş miqyas alır. Bu istiqamətdə
ölkəmizdə də müstəqillik əldə
olunduqdan sonra mühüm addımlar atılmış, özəl
universitetlər yaranaraq fəaliyyətə
başlamışdır. Belə özəl ali təhsil ocaqlarımızdan biri hazırda
özünün tərəqqi dövrünü yaşayan,
yeni rəhbərliyinin təşəbbüsləri və səyləri
ilə yaxın gələcəkdə dünyanın ən
nüfuzlu universitetləri sırasına
çıxmağı hədəf götürmüş Azərbaycan
Universitetidir.
Azərbaycanın
ilk özəl ali məktəbi
Azərbaycan
Universiteti ölkəmizdə rəsmi fəaliyyətə
başlayan ilk özəl universitetdir. 1991-ci ildə təsis olunan
universitet Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 mart
1995-ci il tarixli qərarı ilə Nazirlər
Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının rəyinə
əsasən, tərkibində orta ixtisas kolleci və ingilis
dilli gimnaziya olmaqla, dövlət qeydiyyatına alınıb. Təhsil
Nazirliyi Akkreditasiya Komissiyasının qərarına və
nazirliyin 24 fevral 2009-cu il tarixli, 213 nömrəli
əmrinə əsasən ali təhsil müəssisəsi
kimi təkrar akkreditə olunub. Universitet həmin əmrdə
göstərilən istiqamətlər, ixtisaslar üzrə
öz məzunlarına diplom vermək və dövlət ali məktəblərinə şamil edilən
bütün güzəştlərə, o cümlədən
hərbi xidmətdən möhlət hüququna malikdir
Son illər qəbul olunan tələbələrin sayı
iki dəfə artıb
Azərbaycan Universitetində
beş ixtisas qrupu (təhsil, humanitar,
iqtisadiyyat və idarəetmə, səhiyyə, rifah və xidmət
ixtisasları qrupları), 17 ixtisas üzrə mütəxəssis
hazırlığı aparılır. Son illər
universitetə maraq artıb, buna adekvat olaraq qəbul olunan tələbələrin
sayı iki dəfə çoxalıb. Hazırda
burada 923 tələbə təhsil alır. Universitetdə 2 fakültə, 7 kafedra fəaliyyət
göstərir, 148 müəllim çalışır.
Kifayət qədər yüksək səviyyəyə malik
olan elmi-pedaqoji heyətdən 1 nəfəri AMEA-nın həqiqi
üzvü; 2 nəfəri müxbir üzvü; 17 nəfəri
elmlər doktoru, professor; 40 nəfəri elmlər namizədi,
dosent; 10 nəfəri elmlər namizədi baş müəllim;
39 nəfəri baş müəllim; 40 nəfəri isə
müəllimdir.
2008-ci ildən Azərbaycan
Universitetinə tanınmış alim və təhsil təşkilatçısı,
AMEA-nın müxbir üzvü, professor
Akif Fərhad oğlu Musayev rəhbərlik edir. Rektor
A.Musayevin bilavasitə təşəbbüsləri və
yüksək təşkilatçılıq
bacarığı sayəsində son iki ildə universitetdə
böyük işlər görülmüş, bir sıra
inkişafyönümlü layihələrin əsası
qoyulmuşdur. Azərbaycan Universitetinin
gerbi, bayrağı, loqosu, himni, reklam strategiyası
hazırlanaraq qəbul olunub. İnternetdə
veb saytı açılıb, illik kataloqu çap edilib.
İxtisasların beynəlxalq standartlara cavab verən
kurikulumları, yeni fənn proqramları (sillabüslər), tərəfdaş
universitetlərlə birgə BBA və MBA proqramları
hazırlanıb, müasir fənn dərsliklərinin
hazırlanması, təcrüməsi üçün zəruri
texniki və metodik vasitələrlə təmin olunub, tələbələr
və müəllimlər üçün məlumatlar,
qaydalar və prosedurlar topluları hazırlanıb.
Universitetdə
tədris və idarəetmənin informasiya bazasının
avtomatlaşdırılması üçün proqram təminatı
yaradılıb. Bu baza inzibati qurumlar arasında
hesabatların elektron ötürülməsinə imkan verəcək.
Bu isə, öz növbəsində, səmərəli iş
bölgüsü aparmağa şərait yaradacaq, tələbələrin
qiymət vərəqlərini və transkriptlərinin qısa
müddətdə hazırlanması, imtahan nəticələri
ilə
Azərbaycan
Universitetində təhsil Azərbaycan, rus və ingilis dillərində
aparılır; BBA proqramının tələbələrinə
isə öz seçimləri ilə ingilis dilindən
başqa ikinci xarici dil - alman, fransız dilləri öyrədilir. Respublikada ilk hüquq
klinikası yaradan universitetlərdən olan Azərbaycan
Universiteti 2006-cı ildə Avrasiya Hüquqşünaslar
Assosiasiyası tərəfindən hüquq sahəsində təhsildə
əldə etdiyi nailiyyətlərə görə "ilin
universiteti" elan edilib. Respublikada ilk ingilis
dilli gimnaziya təsis edən universitet olan Azərbaycan
Universiteti 1998-ci ildə Keyfiyyət və Xidmət üzrə
"Amerika Qran Pri"sinin qalibi olub. ümumiyyətlə,
universitet fəaliyyət göstərdiyi 18 il ərzində
dürüst və şəffaf təhsili əsas prinsip kimi qəbul
etməklə cəmiyyətdə müsbət imic qazanıb.
Zəngin baza, yüksək təlim mühiti
Azərbaycan
Universiteti dərsliklər, dərs vəsaitləri, kitablar, tədris
proqramları və tələbələr üçün zəruri
materialları, araşdırma işləri çap edən ən
müasir mətbəəyə malikdir. Universitetin
öz nəşriyyatı, "İpək Yolu" adlı
çoxprofilli aylıq elmi jurnalı, müntəzəm nəşr
olunan aylıq "Azərbaycan Universiteti" adlı qəzeti
var. Jurnalın redaksiya heyətinə dünyada tanınan alimlər
cəlb olunub. Jurnalda xarici ölkələrdən
məqalələr də dərc olunur. ölkəmizdə
ilk dəfə olaraq Azərbaycan Universitetində super interaktiv
tədris imkanına malik olan "ağıllı lövhə"lərdən
istifadə olunur. Dərslərin əksəriyyəti
proyektorların köməyi ilə interaktiv aparılır.
55 tədris, 20 inzibati
kompüterə, 8 proyektora malik Azərbaycan Universiteti
bütün tələbələrin və müəllimlərin
istifadə etdiyi sürətli İnternet şəbəkəsi
ilə təmin olunub, hər bir auditoriyada müasir
proyektorlardan istifadə üçün imkan yaradılıb.
Maddi-texniki
bazanın yaxşılaşdırılması istiqamətində
də addımlar atılıb.
Yaxın gələcəkdə
ən müasir kampusa malik olacaq universitet üçün
şəhər kənarında 10 hektar torpaq sahəsi
ayrılıb, tikinti planlaşdırılır. Artıq iş gedir. Amma hazırkı binada da yüksək təhsil
şəraiti mövcuddur. Bütün
otaqlar vibrokabellə təmin olunub. Hər
otaqda kondisioner var. Qızdırıcı sistem normal işləyir.
Elmin bütün sahələrini əhatə edən
zəngin kitabxanaya malik olan universitetdə elmi araşdırma
mərkəzləri, karyera mərkəzi, tələbə
klubları fəaliyyət göstərir.
Fəal tələbələrə iki adlı təqaüd
verilir, ən yüksək balla universitetə qəbul olanlara
güzəştlər edilir
Azərbaycan Universiteti qəbul
zamanı 600 və yuxarı bal toplayan tələbələr
üçün ödənişsiz təhsil təmin edir, qəbul
zamanı 550-600 bal toplayan tələbələrə təhsil
haqqı ödənişlərində 50 faiz, 500-550 bal toplayan
tələbələrə isə 25 faiz güzəşt
edilir.
Əla qiymətlərlə
oxumaqla yanaşı, universitetin ictimai işlərində fəal
iştirak edən tələbələrə fakültə
dekanının təqdimatı və Elmi Şuranın qərarı
əsasında Heydər Əliyev və Aida İmanquliyeva adına təqaüd, eyni zamanda adi əlaçılıq
təqaüdü verilir.
Azərbaycan
Universiteti dünyanın tanınmış 16 universiteti ilə
əməkdaşlıq edir. Lakin bu ali təhsil
ocağının ABŞ-ın Corciya ştatının
Corciya Universiteti və Gürcüstanda fəaliyyət
göstərən Qafqaz Universiteti ilə daha sıx əməkdaşlıq
əlaqələri mövcuddur. Bu əlaqələrin
yaradılmasında hazırda Azərbaycan Universitetinin məsləhətçisi
olan əslən cənubi azərbaycanlı alim, Corciya
Universitetinin professoru Bijan Fəzlullahinin böyük xidmətləri
olub. 1992-ci ildən Fulbrayt proqramı üzrə Azərbaycana
gəlib "Xəzər", "Odlar Yurdu" universitetləri,
Neft Akademiyası ilə əlaqələr quran B.Fəzlullahi
1994-cü ildə udduğu 200
min dollarlıq təhsil qrantı hesabına Azərbaycan
Universitetindən 5 azərbaycanlı gənci xaricə apararaq
orada pulsuz təhsil almalarını təşkil edib.
1998-ci ildə
Gürcüstana getmiş B.Fəzlullahi burada hazırda Azərbaycan
Universitetinin tərəfdaşı olan Qafqaz Biznes Universitetini
yaratmışdır. İndi bu təhsil ocağı tam Amerika
standartları ilə təhsil verən bir özəl
universitetdir. Təxminən 900 tələbəsi olan universitet artıq ikili
diplom verilməsinə keçib. Belə ki,
burada oxuyan tələbələr Qafqaz Biznes Universitetinin
diplomu ilə bərabər, onun tərəfdaşı olan
Corciya Dövlət Universitetinin də diplomunu alırlar.
Təhsil haqqının çox yüksək (5-12 min avro)
olmasına baxmayaraq, universitetə hər il
böyük müsabiqə olur.
İkili diploma keçid
üçün səylər
2008-ci ildən Azərbaycan
Universiteti ilə əməkdaşlığa cəlb edilərək
burada Corciya Dövlət Universiteti ilə Azərbaycan
Universitetinin Əməkdaşlıq Proqramı rəhbəri
kimi çalışan professor Bijan Fəzlullahinin köməyi
ilə AU ilə Corciya Universiteti arasında əlaqələr
daha da inkişaf etməkdədir.
Müqaviləyə
görə professor B.Fəzlullahi Azərbaycan Universitetində
tələbələrin bütün fəaliyyətinə,
topladıqları ballara, qaiblərinə, aralıq və yekun
imtahanlara nəzarət edir. Onun köməyi ilə
Corciya Universitetində Azərbaycan Universiteti ilə
bağlı xüsusi sayt yaradılıb. Universitetin
bütün fəaliyyəti orada öz əksini tapır.
Bu yolla fəaliyyətə nəzarət edilir.
Yaxın gələcəkdə
ilk mərhələdə tələbələrə Azərbaycan
Universitetinin diplomu ilə yanaşı, Corciya Universitetinin
sertifikatının, daha sonra isə diplomlarının verilməsinə
keçilməsi nəzərdə tutulur.
Bu iki ali məktəbdən
başqa, Azərbaycan Universiteti Türkiyə, Qazaxıstan,
Şimali Kipr Türk Cümhuriyyəti, Almaniya, Latviya,
ABŞ-ın nüfuzlu universitetləri ilə də sıx əməkdaşlıq edir,
birgə təhsil layihələri həyata keçirir. Azərbaycan
Universiteti 6 beynəlxalq təşkilatın
(Planlaşdırma üzrə Avropa Məktəblər
Assosiasiyası - 1999; Universitet Prezidentlərinin Beynəlxalq
Assosiasiyası - 1996; Universitetlərin Beynəlxalq
Assosiasiyası- 1997, Demokratiya üzrə Universitetlər
Alyansı - 1997; Avropa Ali Təhsil Cəmiyyəti - 2000;
İnstitusional Araşdırmalar üzrə Avropa
Assosiasiyası - 2000) üzvüdür.
2008-2009-cu tədris
ilindən etibarən Azərbaycan Universitetində Corciya
Dövlət Universiteti (CDU-ABŞ) və Qafqaz Biznes Universiteti
(QBU - Gürcüstan) ilə birgə Biznes
İnzibatçılığı üzrə bakalavr (Bachelor
ov Business Administration -- BBA) və magistr (Master of Business
Administration - MBA) proqramları tətbiq edilir. Proqramın özəl
xüsusiyyətlərindən biri də budur ki, burada təhsil
alan bakalavr tələbələrinə həftədə
16 saat ingilis dili, seçmə fənn qismində isə alman
və fransız dilləri tədris edilir. Bunun
da nəticəsində I kursdan sonra tələbələr
ingilis dilində mühazirəyə qulaq asırlar. BBA
ixtisası üzrə təhsil alan tələbələr
proqramı bitirdikdən sonra Azərbaycan Universitetinin diplomu ilə
yanaşı, Corciya Dövlət Universitetinin (ABŞ -
Azərbaycanda
ilk dəfə Azərbaycan Universitetində İdarəedicilər
üçün Biznes İdarəçiliyi üzrə
Magistr proqramının tətbiqi üçün nəzəri
hazırlıq başa çatdırılıb. Xaricdə
kadrların təkmilləşdirilməsi və yenidən
hazırlanması istiqamətində ilk addımlar
atılıb. Tərəfdaş təhsil
müəssisələri ilə mübadilə proqramları
vasitəsilə Azərbaycan Universitetinin bütün tələbələrinin
beynəlxalq təcrübəyə yiyələnmək
imkanları var. Mübadilə proqramlarında iştirak etmək
hüququ olan tələbələr bir semestr ərzində tərəfdaş
təhsil müəssisələrinə gedir və təhsil
proqramına uyğun fənlər keçirlər. Həmin
təhsil müəssisələrində semestri başa
vurduqdan sonra kreditlər Azərbaycan Universitetinə transfer
olunur.
Kredit sistemi üzrə
pilot ali məktəb
Azərbaycan
Universiteti tam şəkildə Boloniya prosesinə
qoşulmuşdur. Burada tədrisin təşkili, tələbələrin
qiymətləndirilməsi Avropa Kredit Transfer Sisteminin tələblərinə
uyğunlaşdırılıb. Universitetə kredit -
çoxballı sistemin tətbiqi üzrə Təhsil Nazirliyi
tərəfindən pilot ali məktəb
elan edilib. Burada Boloniya prosesinin bütün
prinsiplərinə dəqiq əməl olunur. Bizimlə söhbətində rektor Akif Musayev buna
misal gətirərək bildirdi ki, həmin şərtlərə
görə 30 faiz qaibi olan tələbələr imtahana
buraxılmırlar. Bu tələb əsas
götürülərək universitetin 30 faizdən artıq
qaibi olan 120 tələbəsi rektorun xüsusi əmri ilə
imtahanlara buraxılmayıb. Boloniya
prosesinin mühüm prinsiplərindən olan müəllimlərin
mobilliyi, müəllim tələbə mübadiləsi də
universitetdə problem deyil. 1 nəfər ABŞ-a göndərilmiş,
orada 1 il təhsil alaraq geri
qayıtmışdır. Universitetin 1 magistri isə
hazırda ŞKTC-nin Yaxın Doğru Universitetinin
magistraturasında oxuyur. Müəllimlər universitetin
hesabına xarici ölkələrin nüfuzlu ali
məktəblərinə 3-4 aylıq təkmilləşmə
kurslarına göndərilir. Onların
bütün xərcləri, hətta telefon
danışıqlarının haqqı da universitet tərəfindən
ödənilir.
Elmi-pedaqoji kadrlar
hazırlığının 3 istiqaməti
Azərbaycan
Universitetində elmi-pedaqoji kadrların hazırlanması
üç istiqamətdə gedir. Birinci istiqamət, xaricdəki
nüfuzlu universitetlərdə magistr və Ph.D dərəcələri
alan məzunların Azərbaycan
Universitetinə cəlb edilməsidir. İndiyədək
universitetə 20-yə yaxın bu cür kadr cəlb edilib və
onlar tədris fəaliyyəti ilə yanaşı, elmi
araşdırma qruplarında çalışır, müxtəlif
sahələr üzrə tədqiqatlar aparır, eyni zamanda tədqiqat
işlərinə rəhbərlik edirlər. Cari tədris ilində 10 nəfər əlavə
mütəxəssisin universitetə cəlb olunması
planlaşdırılıb.
İkinci istiqamət,
müəllimlər heyətinin xaricdəki tərəfdaş
universitetlərdə təkmilləşmələridir. 2008-2009-cu
tədris ilində 5 nəfər universitet müəllimi, hər
biri 3 fənn üzrə xaricdəki tərəfdaş təhsil
müəssisələrində Azərbaycan Universitetinin maliyyəsi
hesabına təkmilləşmə kursları keçib. Yaxın
zamanlarda bu proses ABŞ, Türkiyə, ŞKTC, Latviyadakı tərəfdaş
universitetlərlə də davam etdiriləcək.
Üçüncü
istiqamət, Azərbaycan Universitetinin mövcud potensialından
və xaricdəki tərəfdaş universitetlərin
elmi-metodiki yardımlarından (Corciya Dövlət
Universitetinin, Misirin İskəndəriyyə Universiteti ilə
müəllimlərin inkişafı istiqamətində əməkdaşlıq
planına müvafiq) bəhrələnərək
universitetdaxili seminarların, treninqlərin təşkilidir. Bu
sahə ilə Azərbaycan Universitetində fəaliyyət
göstərən İslahatlar Mərkəzi və
İnteraktiv Tədris Mərkəzi məşğul olur. Bu mərkəzlər
zərurət yarandıqda seminar və treninqlərə kənar
mütəxəssislər də dəvət edir. 2010-cu ilin
yayında isə Corciya Dövlət Universitetinin mütəxəssisi
Azərbaycan Universitetinin 20 nəfər müəlliminə təkmilləşmə
kursu keçəcək.
Azərbaycan Universitetində
rektor A.Musayevin ümumi rəhbərliyi ilə iki istiqamətdə
fəaliyyət göstərən elmi araşdırma qrupu
formalaşdırılıb. İqtisadiyyat elmləri qrupu
"Xoşbəxtlik və rifah", humanitar elmlər qrupu
"Postmodernizm və sinergetika: azərbaycanlı
düşüncəsinə və davranışına təsir
edən determinantlar" mövzularında 15 gündən bir
keçirilən seminarlarda "dəyirmi masa" ətrafnıda
elmi müzakirələr aparılır. Başlıca hədəflərdən
biri də elmi-tədqiqat işlərinin nəticəsi olan
elmi əsərlərin və xaricdəki indeksli elmi jurnallarda
məqalələrin dərcinə nail olunmasıdır. Xarici
jurnallarda məqalələrin dərci universiteti dünyada
tanıdan amil olmasının burada fərqindədirlər.
2009-cu ilin
sentyabrından başlayaraq Azərbaycan Universitetində rektor,
professor A.Musayev, müəllimlər Ph.D. V.Əhmədov,
dosent A.Əlizadə ABŞ-ın Kaliforniya Universiteti, Berkli və
Soft Kompytinq üzrə Berkli İnisiativi (BİSC) ilə birgə
professor Lütfü A.Zadənin ümumi rəhbərliyi ilə
"Qeyri-dəqiq informasyia əsasında qərar qəbuletmə
nəzəriyyəsi" mövzusunda elmi-tədqiqat işi
aparır.
Yaxın 3 ilin planları
Universitetin nüfuzunun
ölkəmizdə və beynəlxalq aləmdə
artırılması üçün yaxın üç il ərzində
bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Müasir
tələblərə uyğun müəllim heyətinin cəlb
edilməsi, mütəmadi treninqlərin təşkili və tədricən
tam ştatlı müəllim heyətinə keçid; keyfiyyətli
yerli və xarici tələbə qəbuluna nail olmaq və
onların bilik səviyyəsinin artırılması; tədrisdə
yeni texnologiyaların tətbiqi; universitetin profilinə
uyğun tədqiqat işlərinin təşkili və tədqiqatların
tədrisdə uzlaşdırılması; aparıcı xarici
universitetlərlə əlaqələrin genişləndirilməsi;
idarəetmənin tədricən təkmilləşdirilməsi;
ictimaiyyətlə əlaqələrin genişləndirilməsi
və universitetin nüfuzunun artırılması; müasir tələblərə
cavab verən sertifikat proqramlarının tətbiqi; müasir
tədrisin tələblərinə uyğun infrastrukturun
yaradılması həyata keçiriləcək tədbirlər
arasındadır. İnfrastrukturun, ilk növbədə,
müasir avadanlıqla təchiz olunmuş auditoriya, tədris və
tədqiqat laboratoriyaları, kompüter mərkəzləri, kitabxana
və idman komplekslərini əhatə etməsi, yaradılan
infrastrukturun beynəlxalq standartlara uyğun müasir iş
şəraitini təmin etməsi nəzərdə tutulur.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.-2009.-18 dekabr.-S.4.