Avstraliya Milli
Universiteti
Yerləşir:
Avstraliya, Kanberra şəhəri
Yaranma tarixi: 1946
Tipi: Dövlət
İllik büdcəsi: 760873000
Avstraliya dolları
İşçi heyəti: 3874 nəfər
Tələbələrin umumi sayı: 16715 nəfər
Rəsmi saytı: www.anu.edu.au
Avstraliya Milli Universiteti (
Tarixi
II Dünya müharibəsindən
sonra Avstraliya dövlətinin rəhbərliyi ölkənin həyatında
əhəmiyyətli dəyişiklik etmək, dövlətin
imicini formalaşdırmaq, qonşu dövlətlərlə əlaqələri
və iqtisadi inkişafı gücləndirmək məqsədilə universitet
yaratmaq qərarına gəlir. ölkənin
baş naziri Bin çifli və müharibədən sonra bərpa
işləri üzrə nazir vəzifəsində
çalışmış J.J. Dedman universitet
yaradılması haqqında qanunu parlamentin müzakirəsinə
verirlər. Beləliklə, 1 avqust 1946-cı ildə Avstraliya
Federal Parlamenti Avstraliya Milli Universitetinin yaradılması
haqqında akt qəbul edir və universitet Avstraliyada Federal
Parlament tərəfindən yaradılan yeganə ali məktəb olur.
Yarandığı gündən
universitetdə Avstraliyanin dünyada tanınmış alimləri
- radiolokasiya və nüvə fizikası üzrə layihələrilə
lider olan Mark Olifant, penisillinin yaradıcısı ser Hovard
Flori, tanınmış tarixçi Keyt Xenkoka,
iqtisadçı Herbert Kumbs və s. çalışmağa
başlayır.
1949-cu ildə universitetin əsas
binası, Con Kertin Tibb Məktəbi və Fizika Elmləri Tədqiqatlar
Məktəbi tikilir. Avstraliya Konstitusiyasının
yaradıcılarından olmuş Robert Garran 1951-ci ildə
Avstraliya Milli Universitetinin ilk fəxri doktorluq dərəcəsinə
layiq görülür. 1952-ci ildə Lord Bryus ali təhsil müəssisəsinin ilk kansleri təyin
olunur.
Avstraliya Milli
Universitetinin inkişafında və möhkəmlənməsində
də bir sıra şəxslərin xüsusi xidmətləri
olub. Bunlardan
1960-1971-ci illərdə tarix fakültəsinə rəhbərlik
etmiş, tarixçi professor Menninq Klarkı, su çiçəyi
xəstəliyinin müalicəsində, peyvəndin
yaradılmasında aparıcı rol oynamış professor
Frenk Fenneri, universitetin ilk qadın professoru Hanna Neymanı qeyd
etmək olar.
1960-cı ildə Avstraliya
Milli Universitetindən öncə fəaliyyət göstərən
Kanberra Universitet Kolleci bu ali məktəblə
birləşdirilir və həmin ildən universitetə tələbə
qəbulu genişləndirilir. 1960-cı ildə
universitetin Sosial Elmlər və Sakit Okean Elmi-Tədqiqat məktəbləri,
incəsənət, iqtisadiyyat, hüquq və elmlər
fakültəsi açılır. Bir il
sonra universitetin kampusunda ilk Bryus Holl tələbə
yataqxanası tikilir, şərqşünaslıq fakültəsi
(1970-ci ildən Asiya Elmləri Məktəbi adlanır), Yeni
Qvineya Tədqiqat Bölməsi yaradılır. 1967-ci ildə
Kimya və Biologiya Elmi-Tədqiqat məktəbləri, 1968-ci
ildə Kompüter Mərkəzi, 1972-ci ildə Yer Haqqında
Elmlər Məktəbi, Resurs və Ekoloji Tədqiqatlar Mərkəzi, 1973-cü ildə
Şimali Avstraliya Tədqiqat Bölməsi, 1974-cü ildə Bəşəriyyət Tədqiqatı
Mərkəzi, 1979-cu ildə isə ümumi Tədqiqatlar Məktəbi
açılır.
1984-cü ildə Saydinq Sprinq rəsədxanasında
2,3 metrlik teleskop hazırlanır. 1987-ci ildə
isə Avstraliya Milli Universiteti "Fujitsu FACOM VP50 vektor
prosessoru" əldə edir və superkompüter yaradır.
1992-ci ildə Kanberra İncəsənət İnstitutu
Avstraliya Milli Universiteti ilə birləşdirilir, 1993-cü
ildə mühəndislik və informasiya texnologiyaları,
1998-ci ildə menecment, 1999-cu ildə ərəb və islam elmləri fakültələri
açılır. 1996-cı ildə Avstraliya Milli Universiteti təntənəli
surətdə 50 illik yubileyini
qeyd edir.
2001-ci ilin iyununda Avstraliya
hökuməti universitet rəhbərliyi ilə birgə 12
virtual milli institut - İncəsənət, Asiya və Sakit
Okean Regionu, Biologiya, İqtisadiyyat, Biznes, Texnika və
İnformatika, Ətraf Mühitin Mühafizəsi, İdarəetmə
və Hüquq, Yerli Avstraliyalılar, Sağlamlıq və Bəşəriyyət,
Humanitar, Fiziki və Sosial Elmlər institutları yaradılması haqqında qərar
qəbul edir. 2004-cü ildə incəsənət
fakültəsi universitetin Milli İncəsənət
İnstitutuna birləşdirilir. 2006-cı
ildə Avstraliya Milli Universitetində elmi məktəb,
fakültə və mərkəzləri birləşdirən
7 kollec yaradılır.
Universitet bu gün
Avstraliya Milli Universitetinin əsas
kampusu Kanberranın şəhərətrafı qəsəbəsi
olan Ektonda 1,45 hektar ərazidə yerləşir.
Universitetin kampusu Dikson, Linneus, Deyli, Kinqsli,
Baldessin, Elleri, Liversic, Garran hissələri daxil olmaqla səkkiz
inzibati ərazidən ibarətdir. Kampusun ərazisində
200-dən çox bina, tədris müəssisələri,
yataqxanalar müxtəlif tələbə mərkəzləri
yerləşir. Avstraliya Milli Universitetində təhsil alan tələbələr üçün məşhur
yataqxanalardan Bryus, Ursula, Fenner, Toad, Barton və Garran
rezidensiyalarını qeyd etmək
olar. Hazırda universitetin şəhərciyində 3126 tələbə
yaşayır. Universitet Cəmiyyəti müəllimləri, tələbələri və buraya
gələn hər bir insanı
yüksək şəraitlə təmin edir. Kampusun ərazisində
konsert zalları, teatrlar, mağazalar və bir sıra əyləncə mərkəzləri
fəaliyyət göstərir. Universitetin İdman Assosiasiyası
idmanın bütün növləri üzrə xidmət
göstərir. Kampusun daxilində hərəkət etmək
üçün xüsusi
avtobuslar mövcuddur. Şəhərcikdə ağaclar
çox olduğundan buranı "Yaşıl Kampus" da
adlandırırlar, hətta Avstraliya Milli Universiteti 2003-cü
ildə məhz bu yaşıllığa görə Ekologiya Cəmiyyəti
tərəfindən
mükafatlandırılıb.
Avstraliya Milli Universitetində
7 kollec fəaliyyət göstərir:
İncəsənət və
Sosial Elmlər Kolleci - humanitar elmlər, bədii incəsənət
və sosial elmlər
üzrə ixtisaslaşıb.
İncəsənət fakültəsi, Bəşəriyyətin
Tədqiqatı Məktəbi, Sosial Elmi-Tədqiqat Məktəbi,
Yerli Əhalinin (Aborigen) İqtisadi Siyasət Araşdırma Mərkəzi,
Avstraliya Demokrafik və Sosial Tədqiqat İnstitutu, Avstraliya
Milli İnternaturalar Proqramı,
Maarifləndirici İnkişaf və Akademik Metodlar Mərkəzi
də buraya daxildir.
Asiya və Sakit okean Kolleci - Avstraliya, Əfqanıstan
və Sakit okean əraziləri üzrə mükəmməl tədqiqatlar aparıb. Kollec tərəfindən həmin ərazilərin
iqtisadiyyatı, mədəniyyəti, tarixi,
coğrafiyası, etnoqrafiyası
geniş öyrənilib. Asiya və Sakit okean Kollecinə Asiya
Elmləri Fakültəsi, Asiya və Sakit okean Elmləri Tədqiqatları,
Kroford İqtisadiyyat və Hökumət məktəbləri daxildir.
Biznes və İqtisadiyyat
Kolleci - bir çox ixtisaslar, sənaye, iqtisadiyyat, biznes,
idarəetmə sahələri üzrə dünya
standartlarına uyğun tədqiqatlar
aparır, müxtəlif
proqramlar həyata
keçirir və elmi dərəcələr verir.
Mühəndislik və
Kompüter Elmləri Kolleci - kompüter elmləri və
mühəndislik sahələri üzrə qabaqcıl təcrübələrə
malikdir. Kollecə Kompüter Elmləri, İnformasiya Texnologiyaları və
Mühəndislik departamentləri
daxildir. Kollecin bir çox əməkdaşları və tədqiqatçıları
beynəlxalq
informasiya
texnologiyaları
institutları ilə
işbirliyi qurur.
Hüquq Kolleci - ictimaiyyət üçün
faydalı tədqiqatlar həyata keçirir, məhkəmələrdə
iştirak edərək ictimaiyyətlə sıx əlaqə yaradır, ödənişsiz hüquq məsləhətləri
verir, qanunvericilikdə
islahatlar aparır və cəmiyyətdə ədalətliliyin təminatçısı kimi
çıxış edir.
Tibb, Biologiya və Ətraf
Mühitin Mühafizəsi Kolleci - həyat, dəqiq, psixologiya və ekologiya elmləri,
tibbin bütün sahələri, əhalinin sağlamlığı, kliniki təcrübə
üzrə geniş tədqiqatlar aparır və ən müasir tələblərə cavab verən şəraitə malikdir. Kollecə Fenner Ətraf Mühit və Cəmiyyətin
Tədqiqatı, Biologiya Tədqiqatları, Səhiyyə və
Psixoloji Elmlər, Con Kartin Tibbi Tədqiqatlar məktəbləri
daxildir. Biologiya Tədqiqatları məktəbində kənd təsərrüfatı,
ətraf mühit, nevrologiya, vizual elmlər, neyroetologiya, səhiyyə və
texnologiya sahələri üzrə tədqiqatlar aparırlar.
Fizika Elmləri Kolleci - dəqiq
elmlər üzrə mükəmməl tədqiqatlar
həyata keçirir. Kollecə Riyaziyyat Elmləri
İnstitutu, Fizika və Mühəndislik Elmləri, Astronomiya
və Astrofizika, Kimya, Yer Elmləri Tədqiqatı məktəbləri,
İctimaiyyətin Elmi Məlumatlanması Mərkəzi daxildir.
Astronomiya və Astrofizika Məktəbində Stromlo Rəsədxanası
yerləşir. 2006-cı ildə burada
dünyanın ən güclü teleskopu
quraşdırılıb. Bu layihə
dünyanın ən böyük elmi-tədqiqat mərkəzlərindən
olan
Avstraliya Milli Universitetinin nəzdində
müxtəlif institutlar və
elmi-tədqiqat mərkəzləri (Milli Avropa Mərkəzi,
Riyaziyyat Elmləri İnstitutu, Milli Ali Menecment Məktəbi,
Milli Epidemiologiya və Əhalinin Sağlamlığı Mərkəzi, Ekles Nevrologiya
İnstitutu, Enerji Sistemlərinin Sabitliyi Mərkəzi və
s.) fəaliyyət göstərir. 2008-ci ildə Avstraliya Milli Universiteti xərclərinin
80%-ni elmi-tədqiqat işlərinə ayırıb. Hazırda Avstraliya
Milli Universitetinin işçi heyəti 3 874 nəfərdən
ibarətdir. Onların 1578-ni akademik heyət təşkil edir.
Universitetin Milli Akademiyasına 320 nəfər qəbul edilib,
onlara tədqiqat qrantları və
məsləhət xidmətləri üçün 1
milyon Avstraliya dolları vəsait
verilib. Universitetə
kansler Kim Bezli və vitse-kansler Yen çubb rəhbərlik
edirlər.
Avstraliya Milli
Universiteti kitabxanası qitənin ən böyük və zəngin
kitabxanasıdır. Kitabxana sisteminə 2 milyon cilddən çox kitab
daxildir və bu say
ildən-ilə artmaqdadır. Avstraliya
Milli Universitetinin kitabxana
kolleksiyasına bu
universitetin Mətbəə Bazası, Asiya və Sakit okean,
humanitar fənlər, hüquq, qəzetlər, rəsmi sənədlər, nadir kitablar və
əlyazmalar, ehtiyat kolleksiya, elm
və texnika, astronomiya, biologiya,
kimya, yer elmləri, mühəndislik və informasiya
texnologiyaları, riyaziyyat, tibb,
fizika, psixologiya, sosial elmlər, tezislər və s. daxildir.
Avstraliya Milli Universitetinin
kitabxanasında "Compendex" adlı biblioqrafik məlumat və resurs mərkəzi
fəaliyyət göstərir. "Compendex" kompüterləşmiş
mühəndislik
indeksi sözlərindən
yaradılmış abbreviaturadır. "Compendex" 5 000
mühəndislik sahəsinə aid jurnalları, konfranslara dair
biblioqrafik məlumat və resursları özündə birləşdirir.
Bu istinad xarakterli sənədlərə Skopus
adlanan məlumat və resurs mərkəzində də rast gəlmək
olar. Skopus isə tədqiqat ədəbiyyatının
geniş və abstrakt bazasını təşkil edir.
Mühəndislik sahəsinə
dair 190 fənn və əsas ixtisaslar üzrə təxminən 5 000 beynəlxalq
mənbə və yeni elektron materiallar Skopusa əlavə
edilib. 1969-cu ildən etibarən bu məlumat
və resurs mərkəzinin əhatə dairəsi genişlənir
və hər həftə yenilənir.
Mühəndislik sahəsinə dair mövzular, əsasən,
nüvə texnologiyası,
biomühəndislik, transportasiya, kimyəvi və emal mühəndisliyi,
yüngül və optik texnologiya, kənd təsərrüfatı
mühəndisliyi və ərzaq
texnologiyası, komputer və verilənlər
bazasının işlənilib hazırlanması, tətbiqi
fizika, elektronika və kommunikasiya, nəzarət, mülki, mexaniki, materiallar, neft, aviakosmik və avtomatik
mühəndislik sahəsini əhatə edir.
Avstraliya Milli Universitetinin məşhur məzunları
Avstraliya Milli Universitetinin
çoxlu sayda məşhur məzunları var. Universiteti bitirən şəxslərin
əksəriyyəti yüksək
karyera əldə ediblər, onlar tanınmış elm və
incəsənət xadimləridir. Universitetdə "Məzunlar cəmiyyəti" fəaliyyət göstərir. 65000 nəfərdən ibarət
olan bu cəmiyyətin
üzvlərinin
sayı hər il 3000 nəfər
artır.
Qəbul qaydaları
Avstraliya Milli Universitetinə
qəbul olmaq üçün ingilis dilini bilmək haqqında
arayış, orta məktəbi və ya ali məktəbi
bitirmək barədə sənədin notarial qaydada təsdiq edilmiş surəti, tövsiyə məktubu, universitet tərəfindən verilmiş xüsusi formanın doldurulması, İELTS,
TOEFL üzrə yüksək nəticə tələb olunur. Onlayn ərizələrinin
dəyəri 75 Avstraliya
dolları, kağız şəklində təqdim olunan ərizələrin qiyməti isə
100 Avstraliya dolları təşkil
edir.
Avstraliya Milli Universitetində tədris
ilinin I semestri
fevral ayında, II semestri isə iyul ayında başlayır.
Universitetə sənəd qəbulu yay aylarında
aparılır və
noyabrın ortalarına qədər davam edir.
Büdcə xərcləri və təhsil haqqı
Ötən il Avstraliya Milli
Universitetinin gəlirlərinin ümumi məbləği 760873000 Avstraliya dolları (1
Avstraliya dolları, təxminən, 0,91 ABŞ dollarına bərabərdir)
təşkil edib. Bu gəlirin 485924000 dollarını Avstraliya
hökumətinin, 2284000 dollarını yerli Ştat hökumətinin qrant, ödəniş
və yardımları təşkil edir. Tələbə
ödənişlərindən gələn gəlir isə
10115 000 dollar olub.
Universitetdə
1 illik təhsil haqqı 18000-51000 Avstraliya dolları
arasında dəyişir. Ən
bahalı fakültə
tibb və cərrahlıq
ixtisaslarıdır ki, onların 1 illik təhsil haqqı
51456 Avstraliya dollarıdır. Əksər
ixtisaslar üzrə 1 illik orta təhsil haqqı 24768 Avstraliya
dolları təşkil edir. Universitetdə
təhsil xərcləri ildən-ilə dəyişir. Bütün ödənişlər yalnız Avstraliya dolları ilə qəbul olunur.
Avstraliya Milli Universitetində
hazırda 16715 tələbə təhsil alır. Onların 9603-nü bakalavrlar, qalanlarını isə
magistratura, doktorantura və ixtisasartırma üzrə təhsil
alanlar təşkil edir. 246 tələbə
isə hələ də diplom ala bilməyənlər
sırasındadır. Avstraliya Milli Universitetinin tələbələrinin
37%-i
diplomdansonrakı təhsil pilləsi
siyahısına daxil edilir. Universitetdə təhsil alan tələbələrin 31%-ni
Avstraliyanın müxtəlif bölgələrindən gəlmiş
tələbələr təşkil edir.
Avstraliya Milli Universitetində
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində 1 azərbaycanlı
tələbə - Abbas Tariyel oğlu Abbasov bakalavr pilləsində
beynəlxalq əlaqələr
ixtisası üzrə təhsil
alır. ümid edirik ki, bu ali təhsil
müəssisəsində təhsil alan azərbaycanlı tələbələrin
sayı ildən-ilə artacaq və onların adları
universitetin ən məşhur məzunları sırasında
olacaq.
Avstraliya Milli Universitetinin məşhur məzunları:
Kevin Radd -
Avstraliyanın baş naziri
Merti Nataleqava -
İndoneziyanın xarici işlər
naziri
Barbara Spenser - Kanada İqtisadiyyat Assosiasiyasının prezidenti
Riçard Batler - BMT-nin silahlandırma üzrə
müfəttişi
Ceraldin Çin - Avstraliya Fond Birjasının
baş direktoru
Şeril Lunı - Avstraliya İnformasiya Sənayesi Assosiasiyasının
icraçı direktoru
Katerina Holms - Avstraliya Ali
Məhkəməsinin hakimi
Cenifer Donohyu - Dünya Bankının yoxsulluqla mübarizə proqramının koordinatoru
Martin Ayndik - ABŞ-ın İsraildəki sabiq
səfiri
Krispin Konroy - Avstraliyanın Çilidəki səfiri
Alan Gilbert - Mançester Universitetinin vitse-kansleri
Qlin Devis - Melburn Universitetinin vitse-kansleri
Rolf Zinkernagel - Tibb üzrə Nobel mükafatı laureatı
Con Sokkroft - Nüvə fizikası üzrə Nobel mükafatı
laureatı
Piter Doherti - İmmunologiya üzrə Nobel mükafatı laureatı
Con
Ekles - Neyrobiologiya üzrə Nobel
mükafatı laureatı
Azərbaycan müəllimi.-2009.-25 dekabr.-S.10.