20 Yanvar faciəsinin iyirminci ildönümünün qeyd
edilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
ƏMR EDİRƏM
1. 20 Yanvar faciəsinin
iyirminci ildönümünün keçirilməsi ilə əlaqədar
Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin.
2. Tədbirlər
planına müvafiq olaraq bütün təhsil müəssisələrində
11-20 yanvar tarixlərində Azərbaycanın
azadlığı uğrunda mübarizədə həlak
olmuş şəhidlərin xatirəsinə həsr
olunmuş geniş tədbirlər həyata keçirilsin.
3. İctimaiyyətlə
əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını təmin etsin.
4. Əmrin icrasına nəzarət
nazir müavini E.Qasımova həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
18 dekabr 2009-cu il
Azərbaycan müəllimi.-2009.-25 dekabr.-S.3.