Məktəbdə İKT-nin tətbiqi  xeyli genişlənib

 

Bakıdakı 51 nömrəli orta məktəbdə keçən tədris ilindən fərqli olaraq bu il 2009-2010 -cu tədris ilində İKT-nin  tətbiqi xeyli genişlənib. Bununla əlaqədar məktəbin direktoru Lətafət Səmədova bildirdi ki, məktəbdə 3 kompüter otağı yaradılıb məktəb İnternet şəbəkəsinə qoşulub. Kimya, Azərbaycan tarixi, fizika fənləri üzrə elektron dərsliklər alınıb.

Müəllimlər informatika dərslərində müxtəlif təcrübələrin nümayişinə, proqramda nəzərdə tutulan praktik işlərin şagirdlər tərəfindən yerinə yetirilməsinə xüsusi fikir verirlər.Bunun üçün, əlbəttə, fənn üzrə şagirdlərin dərin biliyə  yiyələnməsi tələb olunursas təhsil pilləsində mənimsənilmiş bacarıq və vərdişlər inkişaf etdirməklə şagirdlərdə informasiyalaşmış cəmiyyətin  tələblərinə uyğun zəruri məlumatlarla işləmə bacarıqları,  kompüterdə daha çox populyar olan proqram  vasitələrindən istifadə vərdişləri formalaşdırılır.

Onların alqoritmik təfəkkürünün və intellektual səviyyəsinin inkişafı, peşə seçiminə hazırlıqları  təmin olunur.Bu gün İKT-nin fəaliyyətinin müəllim və şagirdlər arasında öyrədilməsində, təbliğində informatika müəllimlərindən Züleycə Məmmədova və Zahidə Əbdülkərimova da böyük səy göstərirlər.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2009.-25 dekabr.-S.12.