Avstriyanın Qratz Universitetində təhsil alacaq tələbələrlə  görüş keçirilib

 

Dekabrın 28-də Azərbaycan Dillər Universitetində  Avstryanın Qratz Universitetində təhsil alacaq tələbələrlə  görüş keçirildi.

Tədbirdə ADU-nun rektoru, professor Səməd Seyidov öncə tələbələri valideynləri Yeni il ərəfəsində bu əlamətdar bayram münasibətilə təbrik etdi.  Azərbaycan-Avstriya əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini deyən natiq əlavə etdi ki, ADU-nun Avstriya universitetləri ilə sıx əlaqələri mövcuddur. Avstriya Avropanın mədəniyyət mərkəzi olduğu kimi, Qratz da Avropanın dillər mərkəzidir. Bizim tələbələrimizin belə bir ölkədə bu cür universitetdə təhsil alması cox sevindirici bir  haldır. ümid edirəm ki, bu əməkdaşlıq davam edəcək gələcəkdə Avstriya universitetləri ilə daha da sıx əlaqələr quracağıq.

Təhsil nazirinin müavini Elmar Qasımov tələbələri   universitetin əməkdaşlarını  təbrik etdi qeyd etdi ki,  Qratz Avstriyanın dillər mərkəzi olduğu kimi, ADU da Azərbaycanın dillər mərkəzidir. Daha sonra nazir müavini Elmar Qasımov Azərbaycanda alman dilini bilən kadrlara ehtiyacın olduğunu söylədi bu ehtiyacın ödənilməsi üçün mütəmadi olaraq belə layihələrin həyata keçirilməsini təqdirəlayiq   bir  hal kimi qiymətləndirdi.

Sonra Avstriyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Ziqlinde Şpanland bu cür əlamətdar hadisələrin ölkələrarası mədəni digər əlaqələrin genişlənməsinə təkan verəcəyinə inandığını dedi ADU-nun əlaqələrinin gələcəkdə Avstriyanın digər universitetləri ilə qurulmasını vacib hesab etdi.

Tədbrin sonunda Qratz Universitetində təhsil alacaq tələbələr onların valideynləri çıxış edərək öz ürək sözlərini minnətdarlıqlarını bildirdilər.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2009.-31 dekabr.-S.5.