2009-cu il nə ilə yadda qalacaq?
Azərbaycan Respublikası Prezidentinin sərəncamları
ilə:
* 2009-cu il
ölkəmizdə "Uşaq ili" elan edilib.
* "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuş 50
məktəbin hər birinə
10000 manat, "Ən
yaxşı müəllim"
müsabiqəsinin qalibi
olmuş 100 müəllimin hər birinə 5000
manat məbləğində birdəfəlik pul
mükafatı verilib.
* 2009-cu ildə ölkəmizdə elm və təhsilin
inkişafındakı xidmətlərinə görə
ümumilikdə 312 nəfər təhsil işçisi
yüksək dövlət təltiflərinə, fəxri
adlara və fərdi təqaüdlərə layiq
görülüb.
* 2009-cu ildə musiqi sahəsində xüsusi istedadı olan 11 yeniyetmə və gəncin adı Azərbaycanın
gənc istedadlarının
"Qızıl
kitabı"na yazılmaqla Azərbaycan Respublikası
Prezidentinin xüsusi təqaüdünə layiq
görülüb.
* 24 aprel 2009-cu il tarixdə
"Bakı Dövlət
Universitetinin 90 illik yubileyinin keçirilməsi
haqqında" sərəncam imzalanıb.
* 4 may 2009-cu il tarixdə "Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin
inkişafı üzrə Milli Strategiyanın həyata
keçirilməsi ilə bağlı Dövlət
Proqramının təsdiq edilməsi haqqında" sərəncam
imzalanıb.
* 5 may 2009-cu il
tarixdə "2009-2014-cü
illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət
Proqramının təsdiq edilməsi barədə" sərəncam
imzalanıb.
* 22 may 2009-cu il tarixdə
"2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramının təsdiq
edilməsi haqqında" sərəncam
imzalanıb.
* 23 iyun 2009-cu il
tarixdə "Qəza vəziyyətində olan ümumtəhsil
məktəb binalarının yenidən qurulması işinin
davam etdirilməsi barədə" sərəncam
imzalanıb.
* 5 sentyabr 2009-cu il tarixdə
"Təhsil haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə fərman
imzalanıb.
* 10 sentyabr 2009-cu il tarixdə "Texniki peşə təhsili
müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi
ilə əlaqədar əlavə tədbirlər barədə"
sərəncam imzalanıb.
* 10 sentyabr 2009-cu il tarixdə "Məktəbəqədər
təhsil müəssisələrinin maddi-texniki
bazasının gücləndirilməsi ilə əlaqədar əlavə
tədbirlər barədə" sərəncam imzalanıb.
* 24 sentyabr 2009-cu il tarixdə
"2009-2010-cu tədris ilində Azərbaycan
Respublikasının ali məktəblərinə daxil olmuş
tələbələrə Prezident təqaüdünün
verilməsi haqqında" sərəncam imzalanıb.
* 4 dekabr 2009-cu il tarixdə "Qəza
vəziyyətində olan ümumtəhsil məktəblərinin
yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam
imzalanıb.
Təhsilin iqtisadiyyatı
* Təhsilə ayrılan büdcə
2003-cü illə müqayisədə 5 dəfədən
çox artaraq 2008-ci ildə 1,1 milyard, 2009-cu ildə isə 1,3 milyard manat təşkil
edib.
* Təhsil işçilərinin orta aylıq əməkhaqqı
ilbəil artaraq, 2008-ci ildəki 220 manatdan 2009-cu ildə 268,5 manata
yüksəlib.
* Son 5 ildə
təhsil işçilərinin əməkhaqqı 5, tələbələrin
təqaüdü 10 dəfə artıb.
* Dövlət büdcəsinin tərkibində
təhsilə ayrılan xərclər 2008-ci ilə nisbətən 2009-cu ildə
238 milyon manat (21%) artıb.
Məktəb infrastrukturunun inkişafı
Son 5 ildə Azərbaycanda
450000 şagird yerlik 2 minədək yeni məktəb binası
tikilərək istifadəyə verilib.
2009-cu ildə:
* 68 yeni məktəb
binası və əlavə korpus tikilib.
* 28 məktəb əsaslı
təmir olunub.
* 10 körpələr evi və
uşaq bağçası əsaslı təmir edilib.
Son 10 ildə məktəb
tikintisi sahəsində həyata keçirilən proqramlar nəticəsində
ikinövbəli məktəblərin faizi 73,3-dən 49-a,
ikinci növbədə təhsil
alan şagirdlərin faizi isə 34-dən 23-ə enib.
15 sentyabr 2009-cu il tarixdə ölkə Prezidenti cənab
İlham Əliyev əsaslı təmir olunmuş
"Elitar" gimnaziyanın açılışında
iştirak edib.
Məktəblərin infrastrukturunun yeniləşdirilməsi
sahəsində Heydər Əliyev
Fondunun müstəsna xidmətləri olub.
* Son illərdə Fondun təşəbbüsü ilə
300-ə yaxın yeni məktəb,
uşaq bağçası, uşaq evi, internat məktəbi binası
tikilib istifadəyə
verilib, əsaslı təmir və bərpa olunub, müasir
avadanlıqlarla təchiz edilib
* 2009-cu ildə Fondun təşəbbüsü
ilə 1600 şagird yerlik 6 yeni
məktəb binası inşa olunub.
Təhsilin informasiyalaşdırılması
* 2009-cu ildə Məlumat və Resurs Mərkəzi
yaradılıb, 500 məktəb genişzolaqlı sürətli
İnternetə qoşulub.
* 2009-cu ildə şagirdlərə
400 noutbuk hədiyyə edilib.
2010-cu ilin sonunadək bu iş
davam etdiriləcək və "İntel" şirkəti tərəfindən 1000, Təhsil Nazirliyi tərəfindən isə
3000 olmaqla ümumilikdə 4000
şagirdə noutbuk veriləcək.
* Bakı şəhərinin 20 məktəbində "Elektron məktəb" pilot layihəsinin tətbiqinə
başlanıb.
* 4 ali təhsil müəssisəsi
İKT avadanlığı ilə təmin edilib.
* Məktəblərə verilmiş kompüterlər
üçün 30 min lisenziyalı
proqram təminatı alınıb.
* 2009-cu il ərzində 20 000 nəfərdən artıq pedaqoji
işçi İKT-nin təhsildə tətbiqi üzrə
treninqlərdən keçirilib.
* 2009-cu ildə
"Xalq kompüteri" layihəsinə
başlanılıb, 5000-ə yaxın müəllim kompüterlə təmin olunub.
Kadr təminatı
*
Nazirlər Kabineti tərəfindən təsdiq
olunmuş "2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində
pedaqoji kadr təminatı üzrə inkişaf
Proqramı" başa çatdırılıb, ümumilikdə
6179, o
cümlədən 2009-cu
ildə 1308 nəfər müəllim
stimullaşdırıcı tədbirlər tətbiq edilməklə
respublikanın ehtiyacı olan ucqar kənd məktəblərinə
göndərilib.
* 2009-2010-cu
dərs ilində müəllimlərin işə qəbulu
elektron vasitələr əsasında iki mərhələli müsabiqə mexanizmi
tətbiq olunmaqla həyata keçirilib. Bu mexanizmin növbəti
dərs ilindən
bütün ölkə üzrə tətbiq olunması nəzərdə
tutulub.
* Görülən tədbirlər nəticəsində
ölkə üzrə müəllimlərin sayı 173 mindən 170
minə enib.
* 2009-2010-cu dərs ilində ölkənin
ümumtəhsil məktəblərində pedaqoji kadr
təminatı vəziyyətinin monitorinqi aparılıb
və bununla bağlı yeni təkliflər
hazırlanır.
İxtisasartırma təhsili
Modul-kredit sisteminə əsaslanan
ixtisasartırma təhsilinin yeni
mexanizmi hazırlanıb. Növbəti dərs ili ərəfəsində
eksperiment qaydasında ibtidai sinif müəllimlərinin ixtisasının
artırılması sahəsində
tətbiq ediləcəkdir:
* "Azərbaycan Respublikasının təhsil
sistemində rəhbər və
pedaqoji kadrların ixtisasartırmasına dair Əsasnamə"
layihəsi hazırlanıb və hökumətə təqdim
olunub.
* "Azərbaycan Respublikasının təhsil
sistemində rəhbər və pedaqoji kadrlar üçün
ixtisasartırma proqramlarının
akkreditasiyasına dair Qaydalar" hazırlanıb.
* "Məktəbəqədər və
ümumtəhsil müəssisələrinin rəhbər və
pedaqoji kadrlarının ixtisasartırmasının
kurikulum çərçivəsi" layihəsi
hazırlanıb.
* "Rəhbər və pedaqoji kadrların ixtisasartırması üzrə
kursların, treninqlərin keyfiyyətinin təmin edilməsi,
monitorinqi və qiymətləndirilməsi haqqında təlimat"
hazırlanıb.
Məktəbəqədər təhsil
* Son
iki ildə ölkə üzrə 28 yeni
uşaq
bağçası istifadəyə
verilib, 30-u əsaslı təmir olunub.
* 2009-cu ildə 6 özəl məktəbəqədər
təhsil müəssisəsi Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyətə
başlayıb.
* Son illərdə
həmin müəssisələr 137 adda, 2009-cu ildə isə
37 adda təlim vəsaitləri
ilə təmin olunub.
* Bakı şəhərində
bağçalara cəlb olunmuş uşaqların sayı 4
min nəfər artıb, təhsilin bu pilləsi üzrə əhatə
səviyyəsi 26 faizi ötüb.
Qiymətləndirmə sistemi
* Təhsil tariximizdə ilk dəfə olaraq
ötən dərs ilində ölkəmizin bütün
ümumtəhsil məktəbləri və peşə liseylərində orta təhsil kursu üzrə buraxılış
imtahanları mərkəzləşdirilmiş qaydada
keçirilib.
* Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli qərarı
ilə "Azərbaycan Respublikasının ümumi təhsil
sistemində Qiymətləndirmə Konsepsiyası" təsdiq
edilib.
*
Cari ilin aprel-may aylarında ölkəmizin 16 məktəbinin
15 yaşlı 4716 şagirdi əhatə
olunmaqla PISA-2009-un (Beynəlxalq şagird qiymətləndirilməsi
proqramı) əsas mərhələsi keçirilib.
* Ölkəmiz IV və VIII sinif şagirdlərinin
oxu, riyaziyyat və təbiət fənlərinin kurikulum
üzrə beynəlxalq qiymətləndirilməsi - TIMSS və
PIRLS proqramlarına qoşulub və 2010-cu ilin əvvəllərində
bu qiymətləndirmənin
sınaq mərhələsinin aparılması nəzərdə
tutulub.
Dərsliklərlə təminat
* 2009-2010-cu tədris ilinə
respublikanın ümumtəhsil məktəblərinin II və
V-XI sinifləri üçün (təlim Azərbaycan və
rus dillərində) 87 adda 4 256
600 nüsxə dərslik və müəllim
üçün metodik vəsait
çap olunub. Bu, II siniflər üçün kurikulum əsasında
40 adda 1 112
500 nüsxə dərslik və
müəllim üçün
metodik vəsait, V-XI siniflər
üçün isə 47
adda 3 144 100 nüsxə dərslik deməkdir.
* 2009-cu ildə təlim Azərbaycan dilində olan məktəblərin X sinifləri
üçün yeni "İnformatika" dərsliyi
hazırlanaraq çap olunub.
*
2009-cu ildə Gürcüstandakı Azərbaycan məktəblərinə
43 adda 40 270 nüsxə dərslik, Heydər Əliyev Fondu ilə
Təhsil Nazirliyinin birgə əməkdaşlığı sayəsində hazırlanan 80 adda 125 komplekt tədris plakatı
göndərilib.
*
MDB ölkələrində, habelə Almaniya, Polşa,
Macarıstan, Kanada, Böyük Britaniya, ABŞ-dakı təlim
Azərbaycan dilində olan Bazar günü məktəblərinə
dərsliklər, coğrafi xəritələr və digər
tədris vəsaitləri göndərilib.
Beynəlxalq olimpiadalar
*
2009-cu ildə Almaniya, Yaponiya, Böyük Britaniya, Qazaxıstan
və Serbiyada keçirilmiş
beynəlxalq və dünya fənn olimpiadalarında Azərbaycan
məktəbliləri 1 qızıl, 5 gümüş, 9
bürünc medal qazanıb.
*
2009-cu ilin 3-10 dekabr tarixlərində Bakı şəhərində Heydər
Əliyev Fondu, İJSO (International Junior Science Olympiad) və Azərbaycan
Milli Elmlər Akademiyasının dəstəyi ilə on
beş yaşlı yeniyetmələr arasında fizika, kimya və
biologiya fənləri üzrə keçirilmiş olimpiadada
49 ölkədən 600-dən çox şagird iştirak
edib.
Kurikulum islahatı
*
Ötən dərs ilində
ümumtəhsil məktəblərinin
I siniflərində tədrisə
2006-cı ildə Azərbaycan
hökuməti tərəfindən
təsdiq olunmuş "Ümumi təhsilin Konsepsiyası
(Milli Kurikulum)" əsasında hazırlanan fənn
kurikulumları və müasir dərsliklərlə
başlanıb, bu proses 2009-2010-cu dərs ilində II siniflərdə
davam etdirilib.
* Yeni kurikulumların tətbiqi ilə əlaqədar
2009-2010-cu dərs ilində I siniflərdə işləyən
9 minədək müəllim xüsusi proqram əsasında
öyrədici təlim kurslarından keçirilib və
nümunəvi tədris materialları ilə təmin edilib.
*
2009-2010-cu dərs ilindən Milli Kurikuluma müvafiq olaraq
3 pilot məktəbində (Bakı şəhəri Heydər Əliyev
adına məktəb, akademik Zərifə Əliyeva adına
məktəb, "Zəngi" liseyi) həndəsə və
cəbrin inteqrativ proqramla
riyaziyyat fənni kimi tədrisi layihəsinə başlanılıb.
Xarici dillərin intensiv tədrisi layihələri
* "British Council" ilə Bakı şəhərinin
7 pilot məktəbində xüsusi tədris planı və
proqramı əsasında ingilis dilinin intensiv tədrisinə
başlanılıb. Layihə çərçivəsində
ingilis dilinin tədrisinə I siniflərdə 3 (1), II siniflərdə
6 (4) saat ayrılıb. Həmin siniflərdə
işləyən 55 nəfər
müəllim Böyük Britaniyadan dəvət
olunmuş beynəlxalq məsləhətçinin
iştirakı ilə xüsusi treninqlərdən
keçirilib. Bu siniflərdə Kembric Universitetinin dərslik
komplektlərindən (dərslik, iş dəftəri, müəllim
üçün vəsait) istifadə edilir.
* Rusiyanın Azərbaycandakı səfirliyi ilə
birlikdə 2009-2010-cu dərs
ilindən respublikanın 50 məktəbində (Bakı şəhərində
35, rayonlarda 15) rus dilinin
intensiv tədrisi layihəsinə başlanması üzrə tədbirlər həyata
keçirilir.
Məktəbdənkənar təhsil
* 2009-cu ildə Təhsil Nazirliyi sistemində
fəaliyyət göstərən idman məktəblərinin
yetirmələri 300-dən artıq olimpiya oyunları, dünya, Avropa çempionatı və
mötəbər turnirlərdə iştirak edərək
yüksək nəticələr qazanıblar. Onlar
beynəlxalq yarışlarda ümumilikdə 168 medal əldə
ediblər (57 qızıl, 51 gümüş, 60
bürünc).
* Onlardan Müşkiyev İlqar Gəray
oğlu ("İlin ən yaxşı
idmançısı") cüdo üzrə Türkiyədə
(bürünc medal), Polşada (qızıl medal) və Ermənistanda
(gümüş medal) keçirilən yarışlarda
uğurla çıxış edib.
*
Məmmədzadə Günay Vüqar qızı
("İlin ən yaxşı
şahmatçısı") şahmat üzrə
İtaliyada keçirilmiş Avropa çempionatında
iştirak edib, Türkiyədə 9-10 yaşlı qızlar
arasında keçirilmiş dünya birinciliyində isə 11
mümkün xaldan 10,5 xal toplayaraq qızıl medala layiq
görülüb.
Texniki peşə təhsili
* Dövlət Proqramına uyğun olaraq
İsmayıllı rayonunda Turizm və Otelçilik üzrə
Peşə Tədris Mərkəzinin tikintisi aparılır.
* Cari ildə 3 peşə təhsili
müəssisəsi təmir olunub.
*
Müxtəlif peşələr üzrə ilk dəfə
olaraq 8 adda dərslik hazırlanıb.
*
Təhsil Nazirliyi və "Azərsun Holdinq"
arasında "Təhsil müəssisələri ilə əməkdaşlıq"
layihəsi çərçivəsində görüləcək
işlərə dair niyyət protokolu imzalanıb.
*
Heydər Əliyev Fondu, YUNESKO və Təhsil
Nazirliyinin birgə həyata keçirdikləri "Peşə təhsilinin təkmilləşdirilməsi layihəsi" çərçivəsində
2 ixtisas - turizm və İKT sahələri üzrə yeni
kurikulumlar hazırlanıb.
Ali və orta ixtisas təhsili
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 22 may 2009-cu il tarixdə
imzaladığı "2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramının təsdiq
edilməsi haqqında" sərəncama əsasən Təhsil
Nazirliyinin Fəaliyyət Planı hazırlanıb və
hazırda həyata keçirilməkdədir.
* Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu
il tarixli qərarı ilə "Ali təhsilin bakalavr pilləsində
ixtisasların (proqramların)
siyahısı" təsdiq edilib. Əvvəlki
siyahıdakı 515 ixtisas əvəzinə (onların
386-sı üzrə kadr hazırlığı həyata keçirilirdi) təsdiq
olunmuş yeni siyahıda ixtisas
qrupları üzrə 149 ixtisas saxlanılıb.
* Magistr ixtisaslarının
(proqramlarının) dünya təcrübəsinə
uyğun yeni siyahısının layihəsi hazırlanıb
hökumətə təqdim olunub.
* "2009-2012-ci illərdə Azərbaycan
Respublikasının orta ixtisas təhsili sistemində islahatlar
üzrə Dövlət Proqramı layihəsi", orta ixtisas
təhsili üzrə ixtisasların (proqramların) yeni
siyahısı hazırlanıb təsdiq üçün
Nazirlər Kabinetinə təqdim olunub.
Beynəlxalq əməkdaşlıq
* Bu gün Azərbaycandan kənarda
öz hesabına və müxtəlif mübadilə
proqramları çərçivəsində 10000-ə yaxın tələbə təhsilini davam
etdirir.
* Hazırda dövlət xətti ilə
815 nəfər, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində 446 nəfər
azərbaycanlı gənc dünyanın müxtəlif
nüfuzlu universitetlərində təhsil alır. Bu il isə
303 nəfər azərbaycanlı gənc Dövlər
Proqramı çərçivəsində xarici ölkələrin
ali məktəblərində təhsil almaq üçün
göndərilib.
* Azərbaycanın ali məktəblərində
dünyanın 50-yə yaxın ölkəsindən gələn
6812 əcnəbi tələbə təhsil alır.
* 2009-cu ildə Təhsil Nazirliyinin əməkdaşları
Almaniya, Yaponiya, Malayziya, Sinqapur,
İordaniya, Belçika, Cənubi Koreya, Çexiya, ABŞ,
Hindistan, Rusiya Federasiyası, Fransa, İsveçrə, Litva,
Hollandiya, Avstriya, Belorus, Monteneqro və digər ölkələrdə
təlim səfərlərində olub, seminar, konfrans və
simpoziumlarda iştirak edib, təcrübə mübadiləsi
aparıblar.
Dünya Bankı ilə əməkdaşlıq
* Ötən il Təhsil Nazirliyi ilə
Dünya Bankı arasında
İkinci Kredit Sazişi
imzalanıb və hazırda komponentlər üzrə tədbirlər
həyata keçirilməkdədir.
* 6 fevral 2009-cu il tarixdə Dünya
Bankı ilə Təhsil Nazirliyi arasında "Ali təhsil
layihəsi"nin hazırlanması üçün qrant
sazişi imzalanıb.
* 1 oktyabr 2009-cu il tarixdə Azərbaycan
hökuməti ilə Dünya
Bankı arasında "Dövlət investisiyaları üzrə
kadr potensialının gücləndirilməsi layihəsinin həyata
keçirilməsi" sazişi imzalanıb.
Azərbaycan müəllimi.-
2009.- 31 dekabr.- S.1, 2.