6 nömrəli Bakı
Peşə Liseyinin yubileyi qeyd olundu
Dekabrın 25-də 6 nömrəli Bakı Peşə Liseyinin 40 illik yubileyi təntənəli qeyd edilib. Liseyin akt zalında
keçirilən tədbirdə
giriş sözü ilə çıxış
edən liseyin direktoru Sahib Rüstəmov
qonaqları və tədbir iştirakçılarını
salamladıqdan sonra rəhbərlik etdiyi təhsil ocağının
fəaliyyət yolundan
söz açıb.
ötən 40 il ərzində bu təhsil ocağını 58000 məzunun
bitirdiyini və onların respublikanın iqtisadi inkişafında fəal iştirak etdiklərini qeyd edib. Hazırda tədris müəssisəsində
təhsil alan
630 şagirdin təlim-tərbiyəsi
ilə 124 mühəndis-pedaqoji
işçinin məşğul
olduğunu diqqətə
çatdırıb. ümummilli lider Heydər Əliyev siyasətinin Azərbaycan iqtisadiyyatının və
təhsilinin inkişafında
misilsiz xidmətlərindən
söz açan natiq həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla
aparıldığını yubiley iştirakçılarının
nəzərinə çatdırıb.
ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqda çıxış
edən təhsil naziri Misir Mərdanov
mərasim iştirakçılarını
salamlayıb, təhsil
ocağının mühəndis-pedaqoji
kollektivini, texniki işçilərini və
şagirdlərini peşə
liseyinin 40 illik yubileyi münasibətilə
təbrik edib. Belə tədbirlərin keçirilməsində
əsas məqsədin
peşə liseylərinə,
ümumilikdə peşə
təhsilinə diqqəti
artırmaqdan, bu sahədə çalışan
işçiləri həvəsləndirməkdən
ibarət olduğunu bildirib.
Peşə təhsilinin Azərbaycanda
uzun illər müxtəlif səviyyələrdə
diqqətdən kənarda
qaldığını, peşə
məktəblərinin əsasən
ulu öndərin respublikaya rəhbərliyi
dövründə inkişaf
etdirildiyini qeyd edib. 1969-cu ildə Azərbaycanda
70-80 peşə məktəbinin
fəaliyyət göstərdiyini,
1983-cü ildə bu rəqəmin 170-ə çatdırıldığını
qeyd edən nazir, ulu öndər
Heydər Əliyevin hələ 40 il bundan qabaq ölkənin
inkişafında peşə
təhsilinin rolunu gördüyünü və
bu istiqamətdə uğurlu işlər həyata keçirdiyini toplantı iştirakçılarının
nəzərinə çatdırıb.
Misir Mərdanov
Heydər Əliyev siyasətini bu gün layiqincə həyata keçirən Prezident cənab İlham Əliyevin peşə təhsilinə
xüsusi önəm verdiyini, "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
Dövlət Proqramı
(2007-2012-ci illər)"nın
təsdiq edilməsi haqqında 3 iyul 2007-ci il tarixli sərəncam
imzaladığını yubiley
iştirakçılarının diqqətinə çatdırıb.
Prezidentin bu sərəncamından
sonra bu sahədə müəyyən
addımların atıldığından
söz açan nazir 2010-cu ildə Prezidentin rəhbərliyi altında bu sahədə daha uğurlu nailiyyətlər
qazanılacağına əmin
olduğunu bildirib.
Hələlik peşə təhsilini inkişaf etdirmək üçün daxili imkanlardan səmərəli
istifadə olunmasının
vacibliyini diqqətə
çatdıran nazir peşə təhsili müəssisələri rəhbərlərinə
işlərini yaxşı
qurmağı tövsiyə
edib.
Peşə təhsili müəssisələrinin
inkişafına və
normal fəaliyyət göstərməsinə
Təhsil Nazirliyinin həmişə kömək
etdiyini vurğulayan nazir, Namiq Məmmədovun
Texniki peşə təhsili şöbəsinə
müdir təyin olunmasından sonra bu sahədə böyük dönüş
yarandığını açıqlayıb. Peşə təhsilinin
nəzərdə tutulan
səviyyəyə çatdırılması
üçün uğurlu
addımların atıldığını,
"Azərsu Holdinq"
peşə təhsili
ilə bağlı bir layihə həyata keçirəcəyini
və digər layihələrin reallaşdırılacağını
qeyd edib.
Təhsil naziri yaxın zamanlarda Lənkəranda və Ağstafada yeni peşə mərkəzlərinin yaradılması
ilə bağlı layihələrin həyata
keçiriləcəyini və
belə layihələrin
Quba və Xaçmaz rayonları üçün də nəzərdə tutulduğunu,
bu layihələrin reallaşdırılmasına beynəlxalq
təşkilatların kömək
edəcəyini bildirib.
Uzun illər peşə təhsili müəssisələri
üçün dərsliklərin
olmadığını qeyd
edən nazir bu problemi aradan
qaldırmaq məqsədilə
dövlətin qayğısı
və şöbənin
təşəbbüsü ilə 8 adda dərslik hazırlandığını
və hazırda çap edildiyini diqqətə çatdırıb.
Misir Mərdanov
bu təhsil ocağında Xəzər
dəniz Gəmiçiliyi
üçün ixtisaslı
kadrların hazırlandığını
və məzunların
kursu başa vurduqdan sonra işlə təmin olunduqlarını müsbət
hal kimi qiymətləndirib.
Nazir peşə
liseyinin kollektivini və tədbir iştirakçılarını qarşıdan gələn
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il bayramı münasibətilə
təbrik edib.
Sonda Misir Mərdanov məktəbin işçilərindən
bir neçəsinə
nazirliyin "Qabaqcıl
təhsil işçisi"
döş nişanını
və Fəxri fərmanını təqdim
edib.
Nizami MİRZƏ
Azərbaycan müəllimi.-2009.-31 dekabr.-S.3.