Qaliblərə mükafatlar təqdim
edildi
Bir neçə
ildir ki , Azərbaycan Respublikası
Prezidentinin bədən
tərbiyəsi və
idman sahəsi ilə bağlı sərəncam və fərmanlarından irəli
gələn vəzifələrin
yerinə yetirilməsi
vəziyyətini, fiziki
tərbiyə və idman sahəsində qabaqcıl pedaqoji təcrübəni öyrənmək,
təhsil sistemində
idman və fiziki tərbiyə işini daha da yaxşılaşdırmaq,
bu sahədə çalışan istedadlı
gənc idmançıları,
məşqçi-müəllimləri aşkar etmək, onları rəğbətləndirmək
məqsədilə ayrı-ayrı
nominasiyalar üzrə
respublika müsabiqələri
təşkil olunur.
Təhsil naziri Misir Mərdanovun "Respublika müsabiqəsinin
keçirilməsi haqqında"
23 sentyabr 2009-cu il tarixli əmri ilə keçirilən növbəti
müsabiqəyə artıq
yekun vurulmuş və qaliblər müəyyənləşdirilmişdir.
Dekabrın 28-də Təhsil Nazirliyində müsabiqə qaliblərinin
mükafatlandırılması mərasimi keçirildi. Nazirliyin məsul
işçilərinin, şöbələrinin
və müvafiq struktur bölmə rəhbərlərinin, müsabiqə
qaliblərinin, bir sıra idman məktəblərinin nümayəndələrinin
və KİV təmsilçilərinin
iştirak etdiyi mərasimi açan nazir qonaqları salamladı və dəvəti qəbul etdikləri üçün
onlara öz təşəkkürünü bildirdi.
Ölkəmizdə idmanın
inkişafına daim ciddi fikir verildiyini
qeyd edən təhsil naziri bu sahəyə göstərilən diqqət
və qayğının
ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu dedi. Son illərdə
bu işin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini bildirən nazir regionlarda olimpiya mərkəzlərinin
yaradılmasını, idmanın
müxtəlif sahələrinin
inkişafını diqqətə
çatdırdı. Nazirin çıxışında
Azərbaycanın dünya
ölkələri arasında
tanınmasında beynəlxalq
idman hərəkatının
əhəmiyyətindən bəhs olundu.
Daha sonra keçirilən
müsabiqə haqqında danışan Misir Mərdanov məlumat
verdi ki, ümumiyyətlə, Təhsil Nazirliyi sistemində 158
idman məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə
27 idman növü inkişaf etdirilir və 453 bölmədə
8938 qrup fəaliyyət göstərir. Həmin müəssisələrdə
5136 nəfər məşqçi-müəllim işləyir.
Onlardan 3468 nəfəri ixtisaslı, 50 nəfəri yüksək,
500 nəfəri isə I-II kateqoriyalı məşqçi-müəllimdir.
İdman məktəblərinin
maddi və tədris-texniki bazalarının möhkəmləndirilməsi
istiqamətində görülmüş işləri diqqətə
çatdıran nazir bildirdi ki, bir sıra rayonlarda və
Bakıda yerləşən müəssisələrin boks və
tennis zalları, "Təhsil" Respublika İdman Mərkəzinin
inzibati binası əsaslı təmir olunmuş və
lazımi avadanlıqlarla təmin edilmişdir. Naxçıvan
Şəhər Şahmat Məktəbi üçün yeni,
dünya standartları səviyyəsində, müasir inventar
və avadanlıqlarla təmin olunmuş bina tikilib istifadəyə
verilmişdir. Sumqayıt və Mingəçevir şahmat məktəbləri
isə əsaslı surətdə yenidən qurulur və
yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Sevindirici haldır ki,
Naxçıvan şəhər, Samux, Xızı
rayonlarında yeni şahmat məktəblərinin
açılışında, Yevlax və Şamaxı rayon şahmat
məktəblərinin isə əsaslı təmirdən sonra
açılış mərasimlərində ölkə
Prezidenti cənab İlham Əliyev də iştirak
etmişdir.
Cari tədris ilində Gəncə
şəhər 1 nömrəli əsas internat məktəbinin
bazasında Gəncə şəhər futbol təmayüllü
internat tipli gimnaziya yaradılmışdır. Bakı şəhərinin
51, 171, 237, 239, 136 nömrəli orta, Makarenko adına internat,
Füzuli rayonu 27 nömrəli orta məktəblərində
və "Təhsil" Respublika İdman Mərkəzinin
Bakı filialında yeni süni örtüklü futbol
meydançaları yaradılmışdır. Həmin təhsil
ocaqlarında AFFA-nın mütəxəssislərinin
iştirakı ilə futbol dərsləri tədris olunur.
10 nominasiya üzrə
keçirilən VII respublika müsabiqəsində Təhsil
Nazirliyi sistemində fəaliyyət göstərən 153 idman
məktəbinin iştirak etdiyini bildirən Misir Mərdanov
daha sonra qalibləri mərasim iştirakçılarına təqdim
etdi.
Nazir müsabiqə
qaliblərini təbrik edərək ən xoş
arzularını bildirdi. Onlara diplomlar və hədiyyələr
təqdim olundu.
Gənclər və
idman nazirinin müavini İsmayıl İsmayılov, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi sədrinin müavini Aynur Sofiyeva və olimpiya
çempionu Fərid Mansurov da təbriklərə qoşularaq
qaliblərə yeni nailiyyətlər arzuladılar.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.-2009.-31 dekabr.-S.3.