Təhsil naziri Gürcüstanda səfərdə olub

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının təhsil naziri, professor Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 24-25-də Gürcüstanda 2 günlük səfərdə olub. Nümayəndə heyətinə Təhsil Nazirliyinin şöbə müdirləri İlham Mustafayev, Faiq Şahbazlı, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov, Qax Rayon Təhsil Şöbəsinin məsləhətçisi Şarmazi Tartaraşvili, Zaqatala Rayon Əliabad qəsəbə 2 nömrəli orta məktəbinin direktoru Tərlan Rəcəbov daxil idilər.

 

Hava limanında nümayəndə heyətini Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə səlahiyyətli səfiri Namiq Əliyev, Gürcüstanın təhsil elm naziri Nika Qvaramiya nazirliyin əməkdaşları qarşıladıqdan sonra Gürcüstanın Təhsil Elm Nazirliyində 2 saatdan artıq işgüzar görüş keçirildi. 

Gürcüstanın təhsil elm naziri Nika Qvaramiya nümayəndə heyətini bir daha salamlayaraq ölkəsinin təhsil sistemi, burada həyata keçirilən islahatlar barədə ətraflı məlumat verdi, Azərbaycan Respublikası Prezidentinin Gürcüstana daim diqqətlə yanaşdığının, Gürcüstandakı təlim Azərbaycan dilində olan məktəblərin dərslik, dərs vəsaiti digər tədris ləvazimatları ilə təminatına köməyin, eləcə Qax, Zaqatala Balakən rayonlarının təlim gürcü dilindəki məktəblərinə həssas münasibətin Gürcüstanda böyük hörmət hissi ilə qarşılandığını xüsusi vurğuladı. O qeyd etdi ki, bu hər iki ölkə başçısının apardığı siyasətin, dostluq qarşılıqlı hörmətin inkişaf etdirilməsi əsasında mümkün olmuşdur. 

Bununla belə, Nika Qvaramiya Gürcüstan məktəblərinin, o cümlədən təlim Azərbaycan dilində olan məktəblərin təmiri, maddi-texniki təchizatı müəllim kadrları ilə təminatında çətinliklərin olduğunu vurğuladı.

Azərbaycanın təhsil naziri, professor Misir Mərdanov gürcüstanlı həmkarına səmimi qarşılanmaya görə təşəkkürünü bildirdikdən sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində aparılan islahatlardan, bu işin ilk nəticələrindən söhbət açdı. Nazir Gürcüstanın təhsil sistemində aparılan ciddi dəyişiklikləri tərəqqi kimi qiymətləndirərək bu işlərdə həmkarına yeni uğurlar arzuladı. Sonra Misir Mərdanov Gürcüstandakı Azərbaycan məktəblərinin problemləri barədə danışdı. O, Azərbaycan məktəblərinin sayının ilbəil azalmasından, bu məktəblərə Azərbaycan dilini bilməyən digər millətlərin nümayəndələrinin direktor təyin edilməsindən, bir sıra məktəblərdə ixtisaslı milli kadrların olmamasından, tədris proqramında gürcü dilinə ayrılan saatların azlığından, ali məktəblərdə azərbaycandilli kadr hazırlığının aparılmamasından, Gürcüstandakı təlim Azərbaycan dilində olan məktəblərdə işləyən müəllimlərin ixtisasartırma təhsili sahəsində aparılmamasından, Gürcüstanın Təhsil Elm Nazirliyində azərbaycanlı mütəxəssislərin çalışmaması ilə bağlı azərbaycanlı müəllimlərin üzləşdiyi çətinliklərdən, Gürcüstandakı  təlim Azərbaycan dilində olan məktəblərdə Azərbaycan tarixi Azərbaycan coğrafiyası, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən təlim gürcü dilində olan məktəblərdə Gürcüstan tarixi Gürcüstan coğrafiyası fənlərinin tədris edilməməsindən, şagirdlərin dərsliklərlə təminatının qədərincə ödənilməməsindən digər bu kimi məsələlərdən narahatlığını bildirdi konkret təkliflərini səsləndirdi.

Məsələlər ətrafında müzakirələr aparıldı.

Noyabrın 25-də təhsil naziri Misir Mərdanov Gürcüstanın təhsil elm naziri Nika Qvaramiya ulu öndər Heydər Əliyevin Tbilisi şəhərində ucaldılmış büstünü ziyarət etdilər. Sonra Tbilisi şəhərindəki 73 nömrəli təlim  Azərbaycan dilində olan məktəbin qonşuluqdakı təlim gürcü dilində olan məktəbin müəllim şagirdləri ilə görüşən Azərbaycan nümayəndə heyəti digər qonaqlar həmin tədris ocaqları ilə yaxından tanış olub, onların maddi-texniki təchizatının vəziyyəti ilə maraqlandılar. 

Daha sonra Azərbaycan nümayəndə heyəti qonaqlar Marneuli rayonuna gələrək Resurs Mərkəzində oldular ötən il orta əsas məktəbləri yüksək nailiyyətlərlə bitirmiş şagirdlərin 3 nömrəli məktəbdə təltifolunma mərasiminə qatıldılar. Sevindirici haldır ki, həmin məzunlardan qızıl medala layiq görülən iki şagirdin ikisi azərbaycanlıdır. Mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov nitq söyləyib soydaşlarımızın bu uğurlarından qürur duyduğunu bildirdi.

Marneuli şəhər 8 nömrəli orta məktəbinə gələn nazir Misir Mərdanov kollektivlə görüşərək onları dinlədi işlərində uğurlar arzuladı.

Nümayəndə heyətinin Marneuli şəhərində yerləşən Heydər Əliyev adına Gürcüstan - Azərbaycan Humanitar Universitetinin müəllim tələbələri ilə görüşü maraqlı keçdi. Bu universitetin rəhbərliyi təhsil ocağının akkreditasiyası ilə bağlı məsələni hər iki nazirin diqqətinə çatdırdı problemin həlli ilə əlaqədar köməklik göstərilməsini xahiş etdi.

Nazirlər onları müşayiət edən heyət Qızılhacılı kənd əsas məktəbinə gələrək burada görülmüş işlərlə yaxından tanış oldular.

Həmin gün Dmanisi rayonuna səfər edildi. Təlim Azərbaycan dilində olan Donisi kənd əsas məktəbinin kollektivi ilə görüşən nümayəndə heyəti daha sonra Dmanisi şəhərində Heydər Əliyev Fondunun köməyi ilə yaradılan kompüter mərkəzində oldu. Bundan sonra təlim gürcü dilində aparılan orta məktəbdə fəaliyyət göstərən gürcü dilinin intensiv tədris edildiyi Resurs Mərkəzində müəllimlərlə görüşən nazir Misir Mərdanov dinləyicilərə dövlət dilinin öyrənilməsinin əhəmiyyəti ilə bağlı fikirlərini bildirdi öz tövsiyələrini verdi. 

Bütün görüşlərdə soydaşlarımız Azərbaycan Respublikasının təhsil nazirinin Gürcüstan təhsil müəssisələrinə gəlişini müsbət qiymətləndirərək belə səfərlərin ölkələrimiz arasında elm təhsil sahəsində mövcud olan səmərəli əməkdaşlığın daha da inkişaf etdirilməsinə layiqli töhfələr verəcəyinə bütövlükdə Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həllinə müsbət təsir edəcəyinə ümidvar olduqlarını bildirdilər.

Azərbaycanın Gürcüstanın təhsil nazirləri səfərin nəticələrindən məmnunluqlarını bildirərək gələcəkdə əməkdaşlığın belə işgüzar səfərlərin faydalı olacağına əminliklərini ifadə etdilər.

Sonda Misir Mərdanov gürcüstanlı həmkarına qonaqpərvərliyə əməkdaşlığa görə təşəkkürünü bildirdi onu Azərbaycana işgüzar səfərə dəvət etdi.

 

 

Faiq ŞAHBAZLI

 

Azərbaycan müəllimi.-2009.-4 dekabr.-S.2.