Lənkəran Dövlət Humanitar Kollecinin 85 illik yubileyi qeyd edildi

 

Dekabrın 2-də Lənkəran şəhərinin "Sultan" sarayında Lənkəran  Dövlət  Humanitar Kollecinin 85 illiyinə həsr edilmiş "Təhsildə innovasiyalar" mövzusunda respublika  elmi- praktiki konfrans keçirildi.Tədbir iştirakçıları əvvəlcə  şəhərin Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. Sonra qonaqlar Heydər Əliyev Muzeyində, Dövlət Humanitar Kollecində humanitar təmayüllü 4 nömrəli məktəb-liseydə oldular.

Tədbiri giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman  Mikayılov   açaraq, kollecin 85 illik yubileyi münasibətilə təhsil ocağının müəllim tələbə kollektivini təbrik etdi,  xalqımızın ümummilli lideri Heydər  Əliyevin  onun layiqli davamçısı Prezident  İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdikləri əvəzsiz qayğı diqqətdən danışdı.

Lənkəran  Dövlət Humanitar Kollecinin direktoru Cahangir İbrahimov  təhsil ocağının 85 ildə keçdiyi yola nəzər salaraq qeyd etdi ki, kollec  pedaqoji kadr hazırlığı istiqamətində fəaliyyət göstərən tədris müəssisəsidir. Burada ibtidai əsas təhsil pilləsi üçün 11 ixtisas üzrə kadr hazırlanır.

Bildirdi ki, 85 il ərzində kolleci 52 min məzun bitirmişdir. Onların  arasında respublikanın adlı-sanlı  adamları, alimləri,əməkdar müəllimləri vardır.

Cənub bölgəsinin 7 rayonunun - Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad Biləsuvar təhsil işçilərinin iştirak etdiyi konfransda  təhsil naziri Misir Mərdanov "Regionlarda təhsilin inkişaf perspektivləri" mövzusunda məruzə  ilə çıxış etdi.

Cənub bölgəsindəki təhsil müəssisələrinin fəaliyyətini təhlil edən Misir Mərdanov regionda ümumi orta təhsildə, ali orta ixtisas məktəblərində qazanılmış uğurlardan mövcud problemlərdən danışdı, məktəbəqədər  təhsil müəssisələrinin peşə təhsilinin inkişafı digər məsələlərlə bağlı qarşıda duran vəzifələri  tədbir iştirakçılarının nəzərinə  çatdırdı.

Nazir bildirdi ki, bu gün  Lənkəran Dövlət Humanitar Kollecinin 85  yaşı tamam olur. ölkə  üçün müəllim  kadrlarının hazırlanmasında qocaman təhsil ocağının xidmətləri  böyükdür. Ona görə bu kollec respublikanın  digər təhsil ocaqları sırasında özünəməxsus layiqli yer tuta bilib.

Hazırda Azərbaycan  təhsilində gedən qlobal dəyişikliklərə, yeniləşmə prosesinə toxunan nazir  Misir Mərdanov qeyd etdi  ki, Lənkəran Dövlət Humanitar Kollecinin tarixinin bir çox  parlaq səhifələri müstəqilliyimizlə bağlı olmuşdur. Belə ki, burada orta ixtisas təhsilinin məzmununda da dəyişikliklər aparılaraq ixtisas istiqamətlər üzrə yeni dövlət standartları tətbiq edilmiş maddi tədris bazası müasir tələblər səviyyəsinə çatdırmışdır.

Təhsil naziri Misir Mərdanov  çıxışının sonunda  85-illik yubiley  münasibətilə kollecin  müəllim-tələbə kollektivini ürəkdən təbrik etdi onlara gələcək fəaliyyətlərində  yeni-yeni uğurlar arzuladı.

Elmi-praktik konfransda, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Yusif Məmmədovun "İnnovasiyalar pedaqoji kadrların hazırlanması", Milli Məclisin deputatı, professor Nizami Cəfərovun "Azərbaycanda təhsil dili: problemlər, mülahizələr" Bakı Pedaqoji Kadrların İxtisasartırma Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanovun "Fasiləsiz təhsil sistemi innovasiyalar" mövzularında məruzələri dinlənildi.

Tədbirdə Milli Məclis sədrinin  birinci müavini  Ziyafət Əsgərov, Yeni  Azərbaycan Partiyası  icra  katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Milli Məclisin Sosial Siyasət  Komitəsinin sədri Hadi Rəcəbli başqaları da çıxış edərək yubiley münasibətilə kollecin kollektivini təbrik etdilər.

Lənkəran rayonunun təhsil işçilərini əlamətdar  hadisə münasibətilə  təbrik edən təhsil naziri Misir Mərdanov bildirdi ki, Prezident İlham Əliyevin  16 noyabr 2009-cu il tarixli sərəncamı ilə respublikada təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup təhsil  işçisi medallarla fəxri adlarla təltif edilmişlər. Həmin sərəncama əsasən Lənkəran  Dövlət Humanitar Kollecinin direktoru Cahangir  İbrahimov "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına   kollecin Azərbaycan dili ədəbiyyat müəllimi Elduzə İsmayılova isə "Tərəqqi" medalına layiq görülmüşlər.

Təhsil naziri Misir Mərdanov müvafiq sənədi medalı sahiblərinə təqdim etdi.Kollecin bir qrup müəlliminə Təhsil Nazirliyi şəhər icra hakimiyyəti tərəfindən Fəxri fərmanlar qiymətli hədiyyələr verildi. 

Sonda Nəcəf bəy Vəzirov adına  Lənkəran Dövlət Dram Teatrında  kollecin 85 illik yubileyinə həsr olunmuş konsert oldu.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2009.-4 dekabr.-S.3.