Dyuk Universiteti
Yerləşir: ABŞ,
Şimali Karolina ştatı, Darem şəhəri
Yaranma tarixi: 1838-ci il
Tipi: Özəl
Prezidenti: Riçard Brodhed
Tələbələrin sayı:
6340 nəfər
Aspirantların sayı:
7117 nəfər
İşçi heyəti: 2877 nəfər
Rəsmi saytı: www.duke.edu
Dyuk Universiteti (
Tarixi
Dyuk
Universitetinin tarixi Şimali Karolina ştatının Randolf
qraflığında (hazırkı Triniti şəhəri)
yerləşən Braun Məktəb Evinin təsis olunduğu
1838-ci ildən başlayır. Bu məktəbin
adı Dyuk Universiteti adlandırılana qədər dörd dəfə
dəyişir (Braun Məktəb Evi-1838-1841, Birləşmiş
İnstitut Akademiyası-1841-1851, Normal Kollec-1851-1859, Triniti
Kollec-1859-1924 və 1924-cü ildən Dyuk Universiteti).
1841-ci ildə Şimali
Karolinada Birləşmiş Cəmiyyət İnstitutu və müqəddəs ata Brantli
Yorkun rəhbərlik etdiyi bir
qrup metodist və kvakerlər (İngiltərə və
ABŞ-da kilsə mərasimlərini inkar edən xristian dini təriqətin
üzvləri) tərəfindən təşkil olunan Braun Məktəb
Evinin Birləşmiş İnstitut Akademiyası
adlandırılması ilə bağlı xartiya
buraxılır. Şimali Karolina
ştatının Qanunvericilik Məclisi 1851-ci ildə akademiyanın
Normal Kollec adlandırılması, 1853-cü ildə isə
ona dərəcə verilməsi haqqında qərar qəbul
edir. 1859-cu ildə məktəbin adı dəyişdirilərək
Triniti Kollec adlandırılır, devizi isə "Bilik və
Din" qəbul olunur.
1887-ci ildə
Yel Universitetinin məzunu olmuş iqtisadçı Franklin
Krouvel Triniti Kollecinin prezidenti təyin olunur. Krouvel tədris
proqramlarını ciddi şəkildə nəzərdən
keçirir.
Tütün sənayesi
hesabına varlanan güclü və möhtərəm
metodistlər -
Vaşinqton Dyuk və Culian Kar adlı maqnatlar Triniti
Kollecin inkişafı üçün böyük məbləğdə
yardım edirlər. 1892-ci ildə Vaşinqton
Dyuk və Culian Karın köməyilə Triniti Kollec Darem
şəhərinə köçür. C.Kar
hazırda Qərb Kampusunun yerləşdiyi ərazini kollecə
hədiyyə edir. V.Dyuk isə
qadınların kişilərlə bərabər şəkildə
yerləşdirilməsi şərti ilə qızı
Mariyanın şərəfinə adlandırılacaq
qızlar yataqxanasının inşasına və fond
yaradılmasına 100000 dollar ayırmağı təklif edir.
1894-cü ildə Con Kilqo kollecin prezidenti
seçilir. Onun rəhbərliyi dövründə
Dyuk ailəsinin Trinitiyə yatırımlarının məbləği
xeyli artır. 1924-cü il dekabrın
11-də Vaşinqton Dyukun oğlu Ceyms Dyuk 40 milyon dollar məbləğində
Etimad Fondunu təsis edir. Fondun illik gəliri
Karolinada xəstəxanalar, uşaq evləri, metodik kilsə,
üç kollec və Triniti Kolleci ətrafında universitet
tikintisi üçün nəzərdə tutulur. Triniti Kollecinin prezidenti Con Kilqo kollecin adını dəyişərək
Vaşinqton Dyuk və onun ailəsinin şərəfinə
Dyuk Universiteti adlandırılmasını israr edir. Beləliklə, 1924-cü ildə kollec Dyuk Universiteti
adlandırılır.
Universitet
sürətlə inkişaf edir. Dyukun orijinal kampusu (hazırkı
Şərqi Kampus)
1925-1927-ci illərdə bərpa olunur, 1926-cı
ildə dini və ali məktəblər açılır. 1930-cu ilədək kampusun ərazisindəki
binaların əksəriyyətinin tikintisi başa
çatır. Bu binalar Triniti Kollecinin kişi
tələbələri üçün nəzərdə
tutulmuşdu. 1930-cu ildə Şərqi Kampus
üzrə Qadınlar Kolleci açılır. 1931-ci ildə Tibb Bacıları Məktəbi təsis
olunur, 1935-ci ildə isə Dyuk kilsəsinin tikintisi başa
çatır, 1938-ci ildən başlayaraq Meşə məktəbi
(sonradan Ekoloji məktəb) fəaliyyət göstərir.
Həmin il Dyuk Universiteti Amerika Universitetləri
Assosiasiyasının 34-cü üzvü olur.
1903-cü ildən
universitetdə tədris edilən mühəndislik ixtisası
1959-cu ildən müstəqil məktəb kimi fəaliyyət
göstərir. Şimali Karolina ştatının
keçmiş qubernatoru Terri Sanford 1969-cu ildə universitetin
prezidenti seçilir. 1971-ci ildə burada Siyasi Elmlər və
İctimaiyyətlə Əlaqələr İnstitutu təsis
edilir, bir il sonra qadınlar
üçün fəaliyyət göstərən kollec
kişi və qadınlar üçün Liberal İncəsənət
Kolleci adı altında Triniti ilə birləşdirilir.
1974-cü ildə universitetdə Meri Lu Uilyams adına
Zənci Mədəniyyət Mərkəzi açılır.
1980-ci ildə Dyuk Universitetinin tibb, cərrahiyyə,
pediatriya, mamalıq və ginekologiya şöbələrindən
ibarət xəstəxanalarının tikintisi başa
çatır.
Son illər ərzində
Dyuk Universitetinin elmi-tədqiqat mərkəzi kimi nüfuzu
artıb.
1993-cü ildə Dyukun 3 üzvü nüfuzlu Uilyam Louell
Patnem riyaziyyat yarışmasında birinci yer tutaraq Birləşmiş
Ştatlar və Kanadanın riyaziyyat üzrə ən
yaxşı tələbə komandası adına
layiq görülüb. Dyuk bu uğuru 1996 və
2000-ci illərdə də təkrarlayıb. Son on ilin doqquzunda Dyuk komandası Harvarddan sonra ilk
üçlükdə yer tutan yeganə məktəbdir.
1992-ci ildən Dyukun beş tələbəsi
Patnem təqaüdçüsü elan edilib. 90-cı
illərdə kampusun ərazisindəki tikinti işləri
davam etdirilib. 1994-cü ildə universitetdəki
Terri Sanford İctimai Siyasət İnstitutu yeni bina və
yataqxanaya köçürülür. 1995-ci
ildə Piter Nikolas adlı xeyriyyəçi Ətraf
Mühitin Mühafizəsi Məktəbinə 20 milyon dollar
yardım edir. Ceyms Dyukun qızı Doris
Dyuk isə tədqiqatların aparılması məqsədilə
universitetə 10 milyon dollar vəsait ayırır. 1996-cı ildə Robert Kolman fizika üzrə Nobel
mükafatına layiq görülür.
1998-ci ildə
Dyuk prezidenti Nan Keoheyn universitetin kapital yığımına
dəstək üçün beşillik kampaniyaya
başlayır. Dyuk uğrunda kampaniya 2003-cü ildə 2,36
milyard dollar vəsaitin toplanması ilə başa
çatır. Bu kampaniya Amerikanın ali təhsil
tarixində keçirilən kampaniyalar arasında miqyasına
görə beşinci olur. 2004-cü ildə
universitetin elmi tədqiqatlara sərf etdiyi xərclər 490
milyon dolları ötür, bu isə bir sıra mühüm
irəliləyişlərə səbəb olur.
Dyuk Qlobal Səhiyyə
Araşdırmaları Laboratoriyası ABŞ-ın infeksion xəstəliklərlə
mübarizə üçün yeni vaksinlər, dərman
preparatları və testlər hazırlayan dörd
laboratoriyasından biridir. 2005-ci ildə
universitetin üç tələbəsi Rods təqaüdçüsü
adını alaraq, Dyuku ən çox təqüdçüləri
olan ikinci universitet edib. Dyuk tarixində 40 tələbə
bu təqaüdə layıq görülüb.
Universitet bu gün
8610 akr (35 km2) ərazidə
yerləşən Dyuk Universiteti 220 binaya malikdir.
Onun 7200 akrı (29 km2) meşəlikdən
ibarətdir. Universitetin ərazisi dörd əsas
sahəyə - Qərb, Şərq, Mərkəzi kampuslara və
Tibb Mərkəzinə ayrılıb. Bütün
kampuslar bir-birilə avtobus xidməti vasitəsilə birləşir.
Atlantik okeanının Bofort sahilində Dyukun 15 akrlıq (61000
m2) sahəsi var. Dyuk kampusundakı əsas ictimai əyləncə
yerlərindən biri 1930-cu ildə yaradılmış 55
akrlıq (220000 m2) sahəyə malik Sara Dyuk
bağıdır. 2005-ci il noyabrın 1-nə olan məlumata
görə, Dyuk 2001-ci ilin fevralından 34 tikinti layihəsinə
835 milyon dollar sərf edib. Həmin vaxt Dyuk
"Kamillik qurğusu" adlı beşillik strateji plan
hazırlayıb. 2002-ci ildə başa
çatdırılmış layihələrə biznes,
hüquq, tibbi xidmət, ibadət məktəbi, yeni kitabxana,
incəsənət muzeyi, futbol məşqləri
üçün obyektlər, iki yaşayış binası,
mühəndislik qurğuları, Göz İnstitutu, iki Genetik
Araşdırmalar İnstitutu, Elmi Mərkəz və iki yeni
Tibbi Araşdırmalar Mərkəzi daxildir.
Dyuk Universitetində
bakalavrlar üçün Triniti İncəsənət və
Elm, Pratt Mühəndislik, magistr və aspirantlar
üçün isə Ali, Pratt Mühəndislik, Nikolas Ətraf
Mühitin Mühafizəsi, Tibb, Tibb Bacısı, Hüquq,
İlahiyyat, Fuqua Biznes, Sanford Dövlət Siyasəti məktəbləri
mövcuddur. ötən onillikdə Dyuk təqaüdlərinin
sayına görə ölkənin özəl universitetləri
arasında altıncı yerə layiq görülüb. 2007-ci
ildə Dyuk Universitetinin fondu 5,9 milyard
dollar məbləğində qiymətləndirilib. Universitetin xüsusi tədris obyektlərinə bədii
muzey, bir sıra dil laboratoriyası, Dyuk meşəsi, azad
elektronlarda lazer, nüvə və dəniz laboratoriyaları
daxildir. Dyuk həmçinin Milli Dəmiryolu
Şəbəkəsinin aparıcı
iştirakçılarından biridir və istedadlı
uşaqlar üçün "İstedadın müəyyən
edilməsi" kimi proqramların hazırlanması ilə məşğuldur.
Dyuk öz tələbələrindən
tələbəlik illərinin ilk üç ilini kampusda
keçirməyi tələb edir. Tələbələrin
85%-i kampusda yaşayır. Birinci kurs tələbələrinin
hamısı Şərqi Kampusdakı 14 evdən birində
yerləşdirilirlər. 1892-ci ildə
tikilmiş bu binalar 190 sakin üçün nəzərdə
tutulub. İkinci kurs tələbələrinin
böyük əksəriyyəti Qərb Kampusunda
yaşayır, lakin onlar yaşayış yeri kimi Mərkəzi
Kampusu da seçə bilərlər. Mərkəzi
Kampus 1050 tələbəni yaşayışla təmin edir. Qərb Kampusu 1930-cu
illərdə tikilib, sonralar ona iki yeni bina əlavə edilib.
Bu kampus Qərb Sağlamlaşdırma Kampusu,
Azad Maddələr Bölməsi və Boldvin Təqaüd
Proqramının daxil olduğu üç tədris cəmiyyəti
üçün nəzərdə tutulub. Dyuk
Universitetinin yaşlı tələbələrinin təxminən
yarısı kampusdan kənarda yaşamağa
üstünlük verir.
Dyuk Universitetinin kitabxana
sistemi 5,5 milyon cild kitabdan ibarət olmaqla
ABŞ-ın ən iri özəl universitet kitabxanaları
sistemindən biridir. Bu kitabxana Amerikanın
bütün kitabxanaları arasında 29-cu yeri tutur.
Burada 17,7 milyon əlyazma, 1,2 milyon ictimai sənəd, onlarca
film və videoyazılar var. Uilyam Perkins Kitabxanasından
başqa, universitetdə müstəqil idarə edilən Ford
(biznes), Diviniti Məktəbi, Dyuk Hüquq və Tibbi Mərkəzi
kitabxanaları mövcuddur. Kampusun ərazisində Uilyam Perkins
Kitabxanasının 9 filialı var. Bundan əlavə, kitabxana
sisteminə Biologiya və Ekologiya, Bostok, Xidmət Mərkəzi,
Lili, Musiqi və s. kitabxanalar daxildir.
2005-ci ilin
payızında açılan Naşer İncəsənət
Muzeyi Dyuk Universitetinin Təsviri Sənət Muzeyini əvəz
edib. Rafael Vinoli tərəfindən layihələndirilən
Naşer İncəsənət Muzeyi Dyukun sənət əsərləri
kolleksiyaçısı Raymond Naşerin şərəfinə
adlandırılıb. Muzeydə Endi Varhol, Henri de
Tuluz-Lotrek və Pablo Pikassonun sənət əsərləri
daxil olmaqla 13
000-dən çox incəsənət nümunəsi
qorunur.
Dyuk Universiteti
tələbələrə 36 incəsənət və dəqiq
elmlər təklif edir. Buraya II Proqramla əlavə edilmiş 46
ixtisas da daxildir. Tələbələr 3-ə
qədər ixtisas seçə bilərlər. Bu ali təhsil müəssisəsinə daxil olan
tələbələrin 80%-i incəsənət və dəqiq
elmləri, qalanları isə Pratt Mühəndislik Məktəbini
seçirlər. Dyuk Universitetinin tədris metodu
"Kurikulum-2000" proqramının yenidən
baxılmış versiyasına əsasən fəaliyyət
göstərir. Bu, tələbələrin müxtəlif
"elm sahələri" və "tədqiqat
üsulları" ilə
Universitetin məşhur məzunları
Dyuk Universitetinin
məzunları 2005-2006-cı illərdə ABŞ-ın milli
universitetləri məzunları arasında
üçüncü yeri tutub. ABŞ-ın keçmiş prezidenti
Riçard Nikson, çilinin sabiq prezidenti Rikardo Laqos, ABŞ
prezidenti Barak Obamanın şəxsi köməkçisi Reci
Lav, eks-prezident Corc Buşun şəxsi köməkçisi
Cared Vaynşteyn, Nazirlər Kabinetinin keçmiş
üzvü və senator Elizabet Doul, eləcə də
"Morqan Stanley və Pfizer"şirkətinin direktorları
universitetin məşhur məzunlarıdırlar. Bundan əlavə, süni ürək
implantasiyası əməliyyatını həyata keçirən
ilk həkim Uilyam DeVraysın adı da məzunlar
siyahısındadır. Universitetin
tanınmış şəxsləri siyahısına
2003-cü ildə kimya üzrə Nobel mükafatına layiq
görülmüş Piter Aqr da daxildir. Birləşmiş
Ştatların keçmiş ədliyyə naziri, baş
prokurorun müavini və Bill Klintonun prezidentlik illərində
Hüquq Məsləhətxanası İdarəsinin rəhbəri
vəzifəsində çalışmış III Uolter
Dellincer, 1992-ci ildə Lourens Olivye mükafatına layiq
görülmüş yazıçı-dramaturq Ariyel Dorfman,
Klinton və Corc Buş dövründə Milli Təhlükəsizlik
Şurasının üzvü Piter Fiver də daxildirlər. Universitetin məzunu Devid Gergen prezidentlər
Riçard Nikson, Cerald Ford, Ronald Reyqan və Bill Klintonun
müşaviri olub. Bill Klintonun prezidentliyi
dövründə Azadlıq Medalı ilə təltif edilən
Con Hop da Dyuk Universitetinin məzunudur. Nobel
mükafatının 19 laureatının universitetlə
bilavasitə bağlılığı var.
Dyuk Universitetinin məşhur məzunları:
Riçard Nikson - ABŞ-ın
sabiq prezidenti
Rikardo Loqos - Çilinin sabiq prezidenti
Reci Lav - ABŞ prezidenti Barak
Obamanın şəxsi köməkçisi
Cared Vaynşteyn -ABŞ-ın
eks-prezidenti Corc Buşun şəxsi köməkçisi
Elizabet Doul -ABŞ-ın Şimali Karolina
üzrə sabiq senatoru
Uolter Dellincer - ABŞ-ın
Hüquq Məsləhətxanası İdarəsinin sabiq rəhbəri
Piter Fiver -ABŞ-ın Milli Təhlükəsizlik
Şurasının sabiq üzvü
Piter Aqr - kimya üzrə Nobel
mükafatı laureatı
Kurt Vyutrix - kimya üzrə Nobel
mükafatı laureatı
Maks Born - fizika üzrə
Nobel mükafatı laureat
Qertruda Elion - psixologiya və tibb
üzrə Nobel mükafatı laureatı
Qreq Mello - psixologiya və tibb
üzrə Nobel mükafatı laureatı
Jozef Stiqlitz - iqtisadiyyat üzrə Nobel
mükafatı laureatı
Hazırda Dyuk
Universitetində 6340 tələbə və 7117 aspirant təhsil
alır. Onların 40%-ni ABŞ-ın 50 ştatından və
dünyanın 106 ölkəsindəki etnik azlıqlardan olan tələbələr
təşkil edir. Universitetdə 2877-yə
yaxın professor-müəllim heyəti
çalışır. ABŞ-ın digər universitetləri
kimi, bu qədim ali təhsil ocağı da
öz elmi nailiyyətləri ilə dünyada seçilir. Dyuk Universiteti müasir elm mərkəzi olmaqla
yanaşı, qotik üslubda inşa edilmiş binaları ilə
turistləri cəlb edən və dövlət tərəfindən
qorunan tarixi abidədir.
Hazırladı: Leyla HEYDƏROVA
Azərbaycan müəllimi.-2009.-4
dekabr.-S.5.