Uşaqlar üçün xeyriyyə
tədbiri
Noyabrın 28-də Respublika
İncəsənət Gimnaziyasının müəllim
və şagirdləri, valideynlər
müqəddəs Qurban
bayramı münasibətilə
Türkan qəsəbəsində
yerləşən E. Mirzəyev
adına nitqi qüsurlu uşaqlar üçün Respublika xüsusi internat məktəbində olmuşlar.
Qeyd edək
ki, gimnaziyanın xeyriyyə tədbirləri
artıq ənənə
halını alıb.
Hər il təhsil müəssisəsinin
kollektivi milli bayramlarda ayrı-ayrı internat məktəblərində
olur, uşaqların vəziyyəti
ilə maraqlanır, onlara ərzaq aparır, konsert proqramları ilə könüllərini
oxşayırlar.
Bu dəfə də ənənəyə sadiq
qalan Respublika İncəsənət Gimnaziyası
bayram sovqatları və müxtəlif səhnəciklərlə uşaqların
qarşısına çıxdı. Təhsil
müəssisəsinin teatr
şöbəsinin müdüri
Hicran Sadıqzadə öz yetirmələri Mirböyükağa Abasov,
Pərviz Abbasov, Mehdi Kərimovla birlikdə N. Vəzirovun "Dələduz"
komediyasından bir parça nümayiş etdirdilər.
Teatr parçalarının
quruluşcu rejissoru, teatr şöbəsinin müəllimi Yaqut Mehdiyeva şagirdləri Mirböyükağa
Abasov və Günel Sadıqova ilə birlikdə Soltan Məcid Qənizadənin "Xor-xor"
əsərindən bir parçanı məharətlə nümayiş etdirərək tədbir iştirakçılarının diqqətini qazandılar.
Xalq çalğı
alətləri şöbəsinin
şagirdi Urfan Cəfərov qarmon müəllimi Aydın Ağayev və nağara müəllimi Azər Nəzərovun müşayiəti ilə
xalq və bəstəkar mahnılarını
məharətlə ifa
etdi.Ülviyyə Bəşirzadə
və Nigar Bağırova milli rəqslərimizdən
olan "Tərəkəmə",
"Güllərim" və
"Qaval" rəqslərini
ifa edərək hamının
diqqətini cəlb etdi.
Qeyd edək
ki, tədbirin daha da rəngarəng
və maraqlı keçməsində
xeyriyyəçi valideyn
Gülnar Məmmədovanın
da böyük əməyi olmuşdur.
Rəşad ZİYADOV
Azərbaycan müəllimi.-2009.-4 dekabr.-S.5.