Layihə

 

Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün  xarici  dil fənni kurikulumu (V-XI siniflər)

 

Təhsil səviyyələri üzrə təlim nəticələri

 

Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri

 

1. Dinləyib-anlama

Şagird:

* dinlədiyi mətnin məzmununa münasibət bildirir;

* dinlədiyi mətnin məzmununu şərh edir.

2. Danışma

Şagird:

* söz və ifadələrdən məna və qrammatik xüsusiyyətlərinə görə istifadə edir;

* dialoji və monoloji nitq bacarıqları nümayiş etdirir;

* fikirlərini müqayisələr aparmaqla izah edir.

3. Oxu

Şagird:

* mətndəki yeni söz və ifadələri mənimsədiyini nümayiş etdirir;

* mətni sürətli, düzgün və ifadəli oxuyur;

* oxuduğu mətnin məzmununu məntiqi ardıcıllıqla danışır;

* oxuduğu mətnin məzmununa münasibət bildirir.

4. Yazı

Şagird:

* yazısında mətnin tərkib hissələrini (giriş, əsas hissə, nəticə) əlaqələndirir;

* müxtəlif formalı (ifadə, inşa, esse, hekayə, məktub, ərizə, tərcümeyi-hal) rabitəli mətnlər qurur;

* fakt və hadisələrə yazılı münasibət bildirir;

* müxtəlif konstruksiyalı cümlələri düzgün yazır.

 

Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri

 

1. Dinləyib-anlama

Şagird:

* dinlədiyi nitqin məzmununu izah edir;

* dinlədiyi məlumatın məzmununa aid təqdimatlar edir;

* dinlədiyi məlumatın məzmununu qiymətləndirir.

2. Danışma

Şagird:

* fakt və hadisələrə münasibət bildirir;

* danışığında məntiqi ardıcıllığa riayət edir;

* müxtəlif mövqeli fikirləri ümumiləşdirir, təqdim edir;

* müxtəlif mövzularda əsaslandırılmış nitq qurur.

3. Oxu

Şagird:

* mətndəki yeni ifadə və terminlərin mənasını izah edir;

* mətni məzmununa və üslubuna görə düzgün oxuyur;

* oxuduğu müxtəlif üslublu mətnlərin məzmununu şərh edir;

* müxtəlif üslublu mətnləri təhlil edir və dəyərləndirir.

4. Yazı

Şagird:

* yazısında orfoqrafik, qrammatik və durğu işarələri qaydalarına əməl edir;

* özünün və başqasının yazısını təkmilləşdirir;

* müxtəlif üslublu yazılar yazır;

* rəy, çıxış, layihə və təqdimatlar hazırlayır.

 

Siniflər üzrə məzmun standartları

 

V SİNİF

 

V sinfin sonunda şagird:

* kiçikhəcmli dialoqlarda iştirak edir;

* kiçikhəcmli mətnlərin məzmununu danışır;

* dinlədiyi və oxuduğu mətnlərdə yeni söz və ifadələri seçir, qruplaşdırır və düzgün oxuyur;

* sözləri məna və qrammatik cəhətdən əlaqələndirərək cümlələr qurur.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1. Dinləyib- anlama

Şagird:

1.1.      Dinlədiyi mətnin məzmununu anladığını nümayiş etdirir.

1.1.1.   Müraciətlər zamanı sadə sualları cavablandırır.

1.1.2.   Dinlədiyi mətndə yeni söz və ifadələri seçir.

2. Danışma

Şagird:

2.1.      Şifahi nitq bacarıqları nümayiş etdirir.

2.1.1.   Yeni söz və ifadələrdən düzgün istifadə edir.

2.1.2.   Kiçikhəcmli dialoqlarda iştirak edir.

2.1.3.   Kiçikhəcmli mətnlərin məzmununu danışır.

3. Oxu

Şagird:

3.1.      Oxuduğu mətnin məzmununu mənimsədiyini nümayiş etdirir.

3.1.1.   Söz  ifadələri seçir və qruplaşdırır.

3.1.2.   Mətndəki sözləri düzgün tələffüzlə oxuyur.

3.1.3.   Mətnin bütöv hissələrini fərqləndirir.

3.1.4.   Mətnin məzmununa uyğun suallara cavab verir.

4. Yazı

Şagird:

4.1.      Düzgün yazı bacarıqları nümayiş etdirir.

4.1.1.   Verilmiş sözləri məna və qrammatik cəhətdən əlaqələndirərək cümlələr qurur.

4.1.2.   Gördüyü  əşya və hadisələrin adını yazır.

4.1.3.   Sözlərdə böyük və kiçik hərflərin yazılış qaydalarına əməl edir.

 

 

VI SİNİF

 

VI sinfin sonunda şagird:

 

* dinlədiyi mətndəki yeni informasiyanı müəyyən edir;

* söz və ifadələrin leksik-semantik mənalarını fərqləndirir, onlardan danışığında istifadə edir;

* müxtəlif mövzulu dialoqlarda iştirak edir;

* mətni tərkib hissələrinə ayırır və məzmununa uyğun suallar verir;

* sözləri düzgün yazır, kiçikhəcmli mətnlər qurur;

* məktub və elan yazır.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1. Dinləyib- anlama

Şagird:

1.1.      Dinlədiyi mətnin məzmununu anladığını nümayiş etdirir.

1.1.1.   Müraciətlər zamanı sualları cavablandırır.

1.1.2.   Dinlədiyi mətndəki yeni informasiyanı müəyyən edir.

2. Danışma

Şagird:

2.1.      Şifahi nitq bacarıqları nümayiş etdirir.

2.1.1.   öyrəndiyi yeni söz və ifadələrdən mövzuya uyğun istifadə edir.

2.1.2.   Müxtəlif mövzulu dialoqlarda iştirak edir.

2.1.3.   Mövzu ilə bağlı fikirlərini ifadə edir.

3. Oxu

Şagird:

3.1.      Oxuduğu mətnin məzmununu mənimsədiyini nümayiş etdirir.

3.1.1.   Söz və ifadələrin leksik-semantik mənasını fərqləndirir.

3.1.2.   Mətndəki sözləri düzgün vurğu ilə oxuyur.

3.1.3.   Mətni tərkib hissələrinə (giriş, əsas hissə, nəticə) ayırır.

3.1.4.   Mətnin məzmununa uyğun suallar verir.

4. Yazı

Şagird:

4.1.      Düzgün yazı bacarıqları nümayiş etdirir.

4.1.1.   Verilmiş cümlələr əsasında kiçikhəcmli mətnlər qurur.

4.1.2.   Gördüyü əşya və hadisələrin əlamətlərini yazır.

4.1.3.   Sözləri orfoqrafiya qaydalarına uyğun yazır.

4.1.4.   Məktub və elan yazır.

 

 

VII SİNİF

 

VII sinfin sonunda şagird:

 

* dinlədiyi və oxuduğu mətnlərdə əsas fikri və məntiqi ardıcıllığı müəyyən edir;

* nitq etiketlərindən, nitq modellərindən istifadə edir;

* verilmiş mövzu ilə bağlı fikirlərini şifahi və yazılı ifadə  edir;

* orfoqrafiya işarələrindən düzgün istifadə edir;

* afişa və dəvətnamə yazır.

 

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1. Dinləyib- anlama

Şagird:

1.1.      Dinlədiyi mətnin məzmununu anladığını nümayiş etdirir.

1.1.1.   Müraciətlərə uyğun tapşırıqları icra edir.

1.1.2.   Dinlədiyi mətndəki əsas fikri müəyyən edir.

2. Danışma

Şagird:

2.1.      Şifahi nitq bacarıqları nümayiş etdirir.

2.1.1.   öyrəndiyi nitq modellərindən məqsədyönlü istifadə edir.

2.1.2.   Dialoqlarda nitq etiketlərindən istifadə edir.

2.1.3.   Mövzu ilə bağlı fikirlərini müxtəlif formalarda (şəxsi dəyişmək, zamanı dəyişmək) ifadə edir .

3. Oxu

Şagird:

3.1.      Oxuduğu mətnin məzmununu mənimsədiyini nümayiş etdirir.

3.1.1.   Söz və söz birləşmələrini morfoloji xüsusiyyətlərinə görə qruplaşdırır.

3.1.2.   Mətni uyğun ton, temp, ritm və fasilə ilə oxuyur.

3.1.3.   Mətnin tərkib hissələri arasındakı məntiqi ardıcıllığı müəyyən edir.

3.1.4.   Mətndəki əsas fikri müəyyən edir.

4. Yazı

Şagird:

4.1.      Düzgün yazı bacarıqları nümayiş etdirir.

4.1.1.   Verilmiş mövzu üzrə fikirlərini yazılı ifadə edir.

4.1.2.   Müxtəlif əşya və hadisələri təsvir edir.

4.1.3.   Orfoqrafiya işarələrindən düzgün istifadə edir.

4.1.4.   Afişa və dəvətnamə yazır.

 

 

VIII SİNİF

 

VIII sinfin sonunda şagird:

* dinlədiyi və oxuduğu mətnin məzmununu hissələrə ayırır və plan tərtib edir;

* müxtəlif cümlə konstruksiyalarından istifadə etməklə fikirlərini ardıcıl ifadə edir;

* söz və söz birləşmələrini qrammatik xüsusiyyətlərinə görə fərqləndirir, cümlələri düzgün intonasiya ilə oxuyur;

* mətndəki fakt və hadisələri seçir, qruplaşdırır;

* durğu işarələrindən düzgün istifadə edir;

* anket formaları doldurur, məlumat xarakterli mətnlər tərtib edir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Dinləyib anlama

Şagird:

1.1.      Dinlədiyi mətnin məzmununa münasibət bildirir.

1.1.1.   Müraciətlərə uyğun tapşırıqları ardıcıl icra edir.

1.1.2.   Dinlədiyi mətnin məzmununu hissələrə ayırır.

2. Danışma

 

Şagird:

2.1.      Şifahi nitq bacarıqları nümayiş etdirir.

2.1.1.   Fikrini müxtəlif cümlə konstruksiyaları ilə ifadə edir.

2.1.2.   Müzakirələrdə mövzu ilə bağlı fikirlərini bildirir.

2.1.3.   Mövzu ilə bağlı fikirləri məntiqi ardıcıllıqla ifadə edir.

3. Oxu

Şagird:

3.1.      Oxuduğu mətnin məzmununu mənimsədiyini nümayiş etdirir.

3.1.1.   Söz və ifadələri qrammatik-semantik xüsusiyyətlərinə görə fərqləndirir.

3.1.2.   Cümlələri məqsəd və intonasiyaya görə düzgün oxuyur.

3.1.3.   Mətnin məzmununa uyğun plan tutur.

3.1.4.   Mətndəki əsas fakt və hadisələri seçir, qruplaşdırır.

4. Yazı

Şagird:

4.1.      Düzgün yazı bacarıqları nümayiş etdirir.

4.1.1.   Dinlədiyi mətnin məzmununu ardıcıl yazır.

4.1.2.   Məlumat xarakterli mətnlər yazır.

4.1.3.   Sadə cümlələrdə durğu işarələrindən istifadə edir.

4.1.4.   Müxtəlif anket formalarını doldurur.

 

 

IX SİNİF

 

IX sinfin sonunda şagird:

* dinlədiyi və oxuduğu mətnin məzmununu danışır;

* oxuduğu mətnin məzmununa yazılı və şifahi münasibət bildirir;

* müzakirələrə qoşulur, fikirlərini izah edir;

* nitq vahidlərindən istifadə etməklə fikirlərini müxtəlif formalarda ifadə edir

* müxtəlif konstruksiyalı cümlələri düzgün oxuyur və yazır;

* tərcümeyi-hal, ərizə yazır.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1. Dinləyib-anlama

Şagird:

1.1.      Dinlədiyi mətnin məzmununa münasibət bildirir.

1.1.1.   Müraciətdə ifadə olunan fikrə münasibət bildirir.

1.1.2.   Dinlədiyi mətnin məzmununu şərh edir.

2. Danışma

Şagird:

2.1.      Şifahi nitq bacarıqları nümayiş etdirir.

2.1.1.   Fikrini müxtəlif nitq vahidlərindən istifadə etməklə ifadə edir.

2.1.2.   Müxtəlif mövzularda müzakirələr (təbiət, cəmiyyət, ailə, məktəb) aparır.

2.1.3.   Fikirlərini müqayisələr aparmaqla izah edir.

3. Oxu

Şagird:

3.1.      Oxuduğu mətnin məzmununu mənimsədiyini nümayiş etdirir.

3.1.1.   Söz və ifadələrin qrammatik-semantik xüsusiyyətlərini izah edir .

3.1.2.   Mətndəki müxtəlif konstruksiyalı cümlələri düzgün oxuyur.

3.1.3.   Oxuduğu mətnin məzmununu məntiqi ardıcıllıqla danışır.

3.1.4.   Oxuduğu mətnin məzmununa münasibət bildirir.

4. Yazı

Şagird:

4.1.      Düzgün yazı bacarıqları nümayiş etdirir.

4.1.1.   Fikirlərini müxtəlif formalarda (inşa, esse, hekayə) ifadə edir.

4.1.2.   Fakt və hadisələrə yazılı münasibət bildirir.

4.1.3.   Müxtəlif konstruksiyalı cümlələri düzgün yazır.

4.1.4.   Ərizə, tərcümeyi-hal yazır.

 

 

X SİNİF

 

X sinfin sonunda şagird:

* fikir və mülahizələrini, fakt və hadisələri yazılı və şifahi şərh edir;

* mətnin məzmununa, müxtəlif mövqeli fikirlərə münasibət bildirir;

* mətnləri üslubuna görə fərqləndirir, məzmununa uyğun intonasiya ilə oxuyur;

* ifadə və terminlərin mənasını müəyyənləşdirir;

* mənbələrdən istifadə etməklə hesabat və çıxışlar hazırlayır, yazısını düzəlişlər və əlavələr etməklə təkmilləşdirir.

 

 Məzmun xətləri üzrə əsas və alt-standartlar

 1. Dinləyib-anlama

Şagird:

1.1.      Dinlədiyi mətnin məzmununa münasibət bildirir.

1.1.1.   Dinlədiyi nitqin məzmununu izah edir.

1.1.2.   Dinlədiyi mətndəki fakt və hadisələri qruplaşdırır, ümumiləşdirmələr aparır.

2. Danışma

Şagird:

2.1.      Şifahi nitq bacarıqları nümayiş etdirir.

2.1.1.   Fakt və hadisələri şərh edir.

2.1.2.   Müxtəlif mövqeli fikirlərə münasibət bildirir.

2.1.3.   Ümumiləşdirmə aparmaqla fikirlərini şərh edir.

3. Oxu

Şagird:

3.1.      Oxuduğu mətnin məzmununu mənimsədiyini nümayiş etdirir.

3.1.1.   Mətndəki yeni ifadə və terminlərin mənasını müəyyənləşdirir.

3.1.2.   Mətni məzmununa uyğun intonasiya ilə oxuyur.

3.1.3.   Oxuduğu mətnləri üslubuna görə fərqləndirir.

3.1.4.   Mətndəki fakt və hadisələri təhlil edir.

4. Yazı

Şagird:

4.1.      Düzgün yazı bacarıqları nümayiş etdirir.

4.1.1.   Mənbələrdən istifadə etməklə yazısına düzəlişlər və əlavələr edir.

4.1.2.   Oxuduğu mətnlə bağlı mülahizələrini yazır.

4.1.3.   Cümlələri və abzasları düzgün əlaqələndirmək üçün bağlayıcı vasitələrdən  istifadə edir.

4.1.4.   Hesabat və çıxışlar hazırlayır.

 

XI SİNİF

 

XI sinfin sonunda şagird:

* dinlədiyi məlumatları, müxtəlif mövqeli fikirləri ümumiləşdirir, təqdimatlar hazırlayır;

* fakt və hadisələri real həyatla əlaqələndirərək şərh edir, onlara münasibət bildirir;

* müxtəlif üslublu mətnləri düzgün oxuyur, məzmununu şərh edir;

* ifadə və terminlərin kontekstə uyğun mənasını izah edir;

* müxtəlif üslublu mətnlər qurur, özünün və başqasının yazısını təkmilləşdirir;

* yazı qaydalarına əməl edir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1. Dinləyib- anlama

Şagird:

1.1.      Dinlədiyi mətnin məzmununa münasibət bildirir.

1.1.1.   Dinlədiyi məlumatın məzmununa aid təqdimatlar edir.

1.1.2.   Dinlədiyi mətnin məzmununu qiymətləndirir.

2. Danışma

Şagird:

2.1.      Şifahi nitq bacarıqları nümayiş etdirir.

2.1.1.   Fakt və hadisələrə münasibət bildirir.

2.1.2.   Müxtəlif mövqeli fikirləri ümumiləşdirir, təqdimatlar edir.

2.1.3.   Müxtəlif mövzularda əsaslandırılmış nitq qurur.

3. Oxu

Şagird:

3.1.      Oxuduğu mətnin məzmununu mənimsədiyini nümayiş etdirir.

3.1.1.   Yeni ifadə və terminlərin kontekstə uyğun mənasını izah edir.

3.1.2.   Müxtəlif üslublu mətnləri düzgün oxuyur.

3.1.3.   Müxtəlif üslublu mətnlərin məzmununu şərh edir.

3.1.4.   Mətndəki fakt və hadisələri real həyatla əlaqələndirərək şərh edir.

4. Yazı

Şagird:

4.1.      Düzgün yazı bacarıqları nümayiş etdirir.

4.1.1.   Özünün və başqasının yazısını təkmilləşdirir.

4.1.2.   Fikirlərini müxtəlif üslublarda ifadə edir.

4.1.3.   Orfoqrafiya, qrammatika və durğu işarəsi qaydalarına əməl edir.

4.1.4.   Layihələr və təqdimatlar hazırlayır.

 

 

(Ardı var)

 

Azərbaycan müəllimi.-2009.-4 dekabr.-S.6.