Bilik yarışının qalibləri mükafatlandırıldı

 

Bakıdakı 46 nömrəli orta məktəbdə  BMT-nin Uşaq Hüquqları Konvensiyasının 20-ci ildönümünə həsr  olunmuş  "Uşaqlara sevinc  bəxş  edək" layihəsi əsasında  tədbir keçirildi.

Məktəbin direktoru  Sevinc  Budaqova  "Uşaq ili" çərçivəsində  keçirilən tədbirlərin uşaqların dünyagörüşlərinin   artmasında, şəxsiyyətlərinin formalaşmasında,mənəvi dünyalarının zənginləşməsində,yaradıcılıq keyfiyyətlərinin aşkarlanmasında, həmçinin  bilik bacarıqlarının  üzə çıxarılmasında  mühüm rol oynadığından  bəhs etdi. Xüsusilə vurğuladı ki, Heydər Əliyev Fondunun prezidenti, millət  vəkili  Mehriban  xanım Əliyevanın  uşaqlara göstərdiyi  diqqət qayğının nəticəsidir ki, bu gün idman,mədəniyyət   incəsənət sahəsində qazanılan uğurlara yeniyetmə   gənclərlə  bərabər uşaqlar da imza atırlar.

Sonra paytaxtın 31,35,46,60,150,164 nömrəli məktəblərini təmsil edən II sinif şagirdləri arasında ingilis dilində bilik yarışına start verildi. Bu yarışmada  ingiliscə  dialoqlar,şeirlər,mahnılar,şəkil üzrə danışıqlar, qısahəcmli  cümlələr s. dinlənildi.

Sonda bilik yarışmasının nəticələri qiymətləndirildi. Qalib komanda 164 nömrəli  məktəbin  ikinciləri  elan olundu. Onlara hədiyyələr paylandı.

 

 

Azərbaycan müəllimi.-2009.-4 dekabr.-S.8.