Bizim planet gələcəkdə

 

Noyabrın 25-də Laçın rayonu 6 nömrəli məktəbdə "Bizim planet gələcəkdə" adlı ekoloji tədbir keçirildi.

Tədbirin məqsədi məktəblilərdə ekoloji təlim-tərbiyənin gücləndirilməsinə, ekoloji maarifləndirmə təbiətin qorunmasına yönəldilmişdir.

Məktəblilərin rəsm, tikmə təbii materiallardan hazırlanmış əl işlərindən ibarət sərginin açılışından sonra  Azərbaycan Dövlət himni səsləndi.  Məktəbin direktoru Rahib Əzimov tədbir iştirakçılarını salamlayaraq tədbirin məqsəd məramını bir daha diqqətə çatdırdı. Laçın rayonu 6 nömrəli məktəbin "Yaşıl Patrul" dəstəsinin hərbi salamı maraqla qarşılandı. Sonra məktəblilərin ekoloji çıxışlarına start verildi.

Məktəblilərdən Şahmur Muradov, Lalə Ağazadə Ləman Əliyeva (VII "A" sinfi), Röya Muradova, Əfsanə Zülfüqarlı, Şükufə Məmmədova, İmran İsmayılov, Əli Əliyev,  Aysel Aslanova (VII "B" sinfi) Əlisahib Mehdixanlı "Erməni təcavüzü nəticəsində işğal altında qalan torpaqlarımızın bugünkü ekoloji durumu", "Nadir ağac bitkilər", "Azərbaycanın fauna florası ilə tanışlıq", "Təbiət tarixi kolleksiyaları", "Bizim planet gələcəkdə", "Həyata ekoloji  baxış" s. adlı ekoloji referatlar səsləndirdilər.

Daha sonra bacarıqlı şagirdlər "Ekoloji bədii gecə" səhnəcik  şeir nümunələri ilə çıxış etdilər. 

Planetimizi ekoloji problemsiz aydın səmalı görmək arzusu ilə məktəblilər səmaya azadlıq quşu olan göyərçin uçurtdular.      

Tədbirin sonunda  "Biomüxtəlifliyin davamlı idarəolunması - Cənubi Qafqaz" layihəsinin rəhbəri, doktor Kristian Cönner, alman bio - ekoloqu doktor Hartmurt Müller, Təhsil Nazirliyinin şöbə müdiri  Ağababa İbrahimov çıxış edərək "Bizim planet gələcəkdə" adlı ekoloji tədbirlə bağlı fikir təkliflərini məktəblilərlə bölüşdülər.

Tədbirdə fəal iştirak edən bir qrup şagirdə diplom hədiyyələr təqdim olundu.

 

 

Mətanət RZAYEVA

 

Azərbaycan müəllimi.-2009.-4 dekabr.-S.8.