Kornell Universiteti
Yerləşir:
ABŞ, Nyu-York
ştatı, İtaka şəhəri
Yaranma tarixi: 1865-ci il
Tipi:
Özəl
Rektoru: Devid Skorton
İşçi heyəti: 1594 nəfər
Tələbələrin sayı: 13510 nəfər
Aspirantların sayı:
6290 nəfər
İllik büdcəsi (2009-2010): 2,94 milyard
ABŞ dolları
İanə fondu (Endowment): 4,5 milyard ABŞ
dolları
Rəsmi saytı:
www.cornell.edu
Kornell Universiteti (
Tarixi
Kornell Universitetinin
yaranmasında biznesmen, teleqraf sənayesinin əsasını
qoymuş Ezra Kornellin və tanınmış alim, siyasətçi
Endryu Uaytın böyük rolu olub. Hələ XIX əsrin
50-ci illərində Kornell və Uayt bir-birindən xəbərsiz
ümummilli, ən qabaqcıl tədris metoduna malik, elmi-texniki
tərəqqinin tələblərinə cavab verə biləcək
bir ali təhsil müəssisəsi yaratmaq fikrinə
düşürlər. E.Kornell teleqraf biznesindən əldə
etdiyi gəlirlərin yarısını xeyriyyə məqsədlərinə
sərf etmək qərarına gəlir. Hər iki mesenat -
Kornell və Uayt universitet yaratmaq məqsədilə ABŞ
prezidenti A. Linkolna müraciət edir, lakin onların
planlarının həyata keçməsinə həmin
dövrdə baş verən Vətəndaş müharibəsi
mane olur.
Kornell və Uayt 1862-ci ildə
Nyu-York ştatında senat üzvü olarkən
Kornell şəxsi büdcəsi
hesabına İtaka şəhərində 1,2 hektar ərazi
alır. 27 aprel 1865-ci ildə Nyu-York ştatının
qubernatoru Royben Fenton universitetin yaradılması
haqqındakı sənədi imzalayır və bu tarixi hadisə
Kornell Universitetinin yarandığı gün kimi qeyd olunur.
Endryu Uayt yeni yaranmış universitetə prezident təyin
olunur. Uayt universitetə rəhbər təyin edilən
gündən təhsil müəssisəsinin idarəetmə
prinsipini, tədris proqramlarını hazırlayır,
qabaqcıl müəllimləri bu ali məktəbə cəlb
edir. Sonra o, Avropa universitetlərinin təcrübəsi ilə
Yarandığı gündən
Kornell Universitetinə oğlanlarla yanaşı, qızlar da qəbul
olunur. Lakin qız tələbələr üçün
yataqxananın olmaması onların sayının daha da
artmasına ciddi maneə yaradır. Universitetdə qızlar
üçün ilk yataqxana 1875-ci ildə tikilir. Bu ali təhsil
müəssisəsinin bakalvr pilləsini 1873-cü ildə
bitirmiş ilk qız məzun Emma İstmen, ilk doktorluq dərəcəsini
1880-ci ildə almış qadın isə Mey Preston olub.
1868-ci ildə Kornell
Universitetinin tələbələri müstəqil və sərbəst
surətdə fənn seçmək, öz tədris
proqramlarını hazırlamaq hüququ qazanırlar. Bu
addım, sözün əsl mənasında, inqilab kimi dəyərləndirilir
və tələbələrin hazırladıqları həmin
proqram onilliklər keçdikdən sonra ABŞ-ın adi tədris
proqramına çevrilir. 1892-ci ildə universitetin 3-cü
prezidenti inauqurasiyası zamanı çıxışında
Nyu-York ştatının rəhbərliyinə müraciət
edərək, onlardan universitet üçün ərazi və
bu təhsil ocağının inkişafına kömək istəyir.
Rəhbərlik həmin müraciətə cavab olaraq, Kornell
Universitetinin nəzdində Baytarlıq Kollecinin
yaradılması üçün subsidiya ayırır, eləcə
də hər il kollecə maliyyə yardımı göstərir.
Beləliklə, Kornell Universiteti ABŞ-da dövlət tərəfindən
yardım alan ilk özəl ali məktəb kimi tanınır
və bundan sonra Kornell Universitetində təhsil alan nyu-yorklu tələbələrə
təhsil haqqının ödənilməsində güzəştlər
edilir.
XX əsrdə universitet
sürətlə inkişaf etməyə başlayır, həmin
əsrin ortalarına qədər məktəb və kolleclərin
sayı 10-dan çox olur. Bütün kollec və məktəblər
muxtariyyət hüququna malik olur, öz akademik
proqramlarını yaradır və qiymət sistemini tətbiq
edir. Məsələn, bakalavr dərəcəsi almaq
üçün ümumi universitet imtahanına
üzgüçülük və idmanın başqa
növü üzrə imtahanlar daxil edilir. Eyni zamanda hər
bir tələbə oxuduğu fakültədən
asılı olmayaraq, istənilən başqa fakültənin
proqramını öyrənə bilər. Universitetdə
mütəmadi olaraq fakültələrarası proqramlar və
kurslar təşkil edilir.
Kornell Universitetinin nəşriyyatı
1889-cu ildə yaradılıb. Mexaniki İncəsənət
Kollecində fəaliyyət göstərən ilk nəşriyyat
sonradan Mühəndislik Məktəbinə köçür.
Nəşriyyatın burada fəaliyyət göstərməsindən
irəli gələrək, müəllim və tələbələr
çap işini çox yaxşı bilirdilər. Burada dərslik,
elmi nəşrlər, həftəlik tələbə
jurnalları, pamfletlər, rəsmi universitet sənədləri
də çap olunur. İl ərzində antropologiya, ədəbiyyat,
tarix, fəlsəfə, siyasət, beynəlxalq münasibətlər,
psixologiya, psixiatriya və s. sahələr üzrə 150-dən
çox nəşr dərc olunur.
Kornell Universiteti beynəlxalq
təhsil və elmi əməkdaşlıq sahələri
üzrə hər zaman fəal mövqe tutmağı ilə
seçilib. Son zamanlar onun fəaliyyətində məhz bu sahə
daha sürətlə inkişaf edir. Qətərdə yerləşən
Veyl Tibb Kolleci, çin, Hindistan, Sinqapur və s. ölkələrin
universitetləri ilə bağlanmış əməkdaşlıq
müqavilələri Kornell Universitetinin "dünyanın
ilk transmilli universiteti" adlandırılmasına səbəb
olur.
Universitet bu gün
Kornell Universitetinin əsas
kampusu Nyu-York ştatının İtaka şəhərində
yerləşir. Universitet yarandığı vaxtlar 1,2 hektar ərazidə
yerləşirdisə, hazırda onun İtakada ərazisi 3
hektara yaxındır. Bu ərazidə yerləşən 260
bina Mərkəzi və Şimali kampuslar arasında
bölünüb. Universitetin bütün tədris
korpusları, laboratoriyalar, muzeylər, inzibati binalar, yataqxanalar
Mərkəzi kampusda cəmlənib. Kampusun binaları elektrik,
qotik, viktorian, neoklassik və modern üslublarda inşa edilib.
Kornell Universitetinin Nyu-Yorkda
da kampusu mövcuddur. Burada universitetin bakalavrlar
üçün Veyl Tibb Kolleci və aspirantlar
üçün Veyl Ali Tibb Kolleci yerləşir. Bu kolleclər
1927-ci ildən Nyu-Presbiterian hospitalı ilə birgə fəaliyyət
göstərir. Universitetin Nyu-Yorkda Kornell xidmət proqramı
da mövcuddur. Proqram tələbələrə
Nyu-Yorkdakı kasıb uşaq, ailə və icmalara köməyi
təklif edir. Buradakı İnsan Ekologiyası, Kənd Təsərrüfatı
və Həyat Elmi kollecləri, Sənaye və Əmək Əlaqələri
Məktəbi də həmin məqsədlərə xidmət
edir. Mühüm maliyyə rayonu olan Manhettendəki Mühəndislik
Kolleci biznes-tədqiqatların optimallaşması, sənayenin,
ictimai əməkdaşlığın gücləndirilməsi
və digər bu kimi işlər görür.
Kornell Universitetinin Qətərdəki
təhsil şəhərciyində 2004-cü ilin
sentyabrında açılan Veyl Tibb Kolleci fəaliyyət
göstərir. Bu kollec ABŞ-ın hüdudlarından kənarda
açılmış ilk tibb məktəbidir. Qətər
dövləti ilə Kornell Universitetinin məlum birgə layihəsi
bu ölkədə akademik proqramların və tibbi xidmətlərin
yüksəldilməsi üçün həyata
keçirilib. Kollec Qətər dövləti tərəfindən
maliyyələşir və Qətər fondu məktəbin
tikintisinə 750 milyon dollar vəsait ayırıb. Buradakı
Veyl Tibb Kolleci memar Arat İsodzaki tərəfindən inşa
edilən ikimərtəbəli böyük binada yerləşir.
2004-cü ildən Qətər fondu Veyl Tibb Kollecinin yerləşdiyi
ərazidə xəstəxana tikintisinə başlayıb və
hazırda tikinti davam etməkdədir.
Kornell Universitetinin nəzdində
bakalavr, magistrant və aspirantlar üçün kolleclər fəaliyyət
göstərir. Bakalavrların təhsil ala biləcəyi
kolleclər bunlardır:
Kənd Təsərrüfatı
və Həyat Elmi Kolleci - tələbələrinin sayına
görə Kornell Universitetinin ikinci ən böyük
kollecidir. öz sahəsi üzrə apardığı tədqiqatlara
görə kollec ölkədə birincidir.
Memarlıq, İncəsənət
və Planlaşdırma Kolleci - şəhər və reqional
planlaşdırma, təsviri və
vizual incəsənət, memarlığın tarixi və nəzəriyyəsi
və s. sahələr üzrə tələbə
hazırlayır.
İncəsənət və
Elmlər Kolleci - tələbələrinin sayına görə
Kornell Universitetinin ən böyük kollecidir, tələbələrini
yüksək səviyyəli humanitar təhsil ilə təmin edir.
Mühəndislik Kolleci -
texnologiya və innovasiya tədqiqatları aparılır.
Hotel Administrasiyası Məktəbi
- texniki əməkdaşlar, istiqamətləndirilmiş xidməti
personal hazırlayır.
İnsan Ekologiyası Kolleci
- real həyatda insanın imkanlarının, onun həyat tərzinin,
liderlik xüsusiyyətlərinin inkişafını və əhali
ilə təmas, ekologiya və ətraf mühitin mühafizə
edilməsini öyrədir.
Sənaye və Əmək Əlaqələri
Məktəbi - ölkədə bu sahə üzrə yaranan
ilk ali məktəbdir.
Hesablama və informasiya elmləri
fakültəsi - kompüter elmləri üzrə
ixtisaslaşıb.
Magistr və aspirantlar
üçün aşağıdakı məktəblər fəaliyyət
göstərir:
Kornell Ali Məktəbi -
90-dan çox sahə üzrə magistr, aspirant, doktorant dərəcələri
təqdim edir.
Kornell Hüquq Məktəbi
- qanun, qanunvericilik, geniş dünyagörüşünə
malik hüquqşünaslar və liderlər hazırlay
Conson adına Ali Menecment Məktəbi
- menecment sahəsi üzrə tədqiqat və
araşdırmalar aparır.
Veyl Tibb Kolleci (Nyu-York) -
akademik təbabət və biotibbi tədqiqatlar üzrə
dünyada məşhurdur, görkəmli həkim və alimlər
hazırlayır. Nyu-Presbiterian Hospitalı və Memorial
Sloan-Ketterinq Xərçəng Mərkəzi ilə sıx əlaqələr
qurur.
Veyl Tibb Kolleci (
Veyl Ali Tibb Elmləri Kolleci
(Nyu-York) - biotibbi elmlər, elmi metodların aparılması, tədqiqatlar
üzrə mükəmməl proqramlar həyata keçirir.
Veyl Tibb Kolleci və Sloan-Ketterinq Xərçəng Mərkəzi
bu kollecin bünövrəsi hesab edilir.
Baytarlıq Məktəbi -
heyvanlar üzərində aparılan təcrübələr
sayəsində bir çox xəstəliklərin müalicəsini
aşkarlayıb, burada mühüm kəşflər edilib və
məktəb dünya elminə xeyli nailiyyətlər verib.
Təhsilin Davametdirilməsi
Məktəbi və Yay Sessiyaları - universitetdən xaric
olunan tələbələrin, yuxarı kurs tələbələrinin, Kornell Universiteti əməkdaşları
və məzunlarının,
yerli əhalinin təhsili ilə məşğuldur.
Kornell Universiteti geniş beynəlxalq
əlaqə layihələrini həyata keçirir. Burada tələbələrə
Afrika, fransız, alman, yəhudi, latın, Yaxın Şərq,
Uzaq Şərq, rus, roman dilləri, ədəbiyyatı və
mədəniyyəti üzrə proqramlar təklif edir.
Universitetin Asiya ölkələri üzrə tədqiqatlar
proqramı mövcuddur. Bu məqsədlə Kornell
Universitetinin Mühəndislik Kolleci Pekinin Sinxua, Hotel
Administrasiyası Məktəbi Sinqapurun Nanyanq Texnologiya, Kənd
Təsərrüfatı və Həyat Elmi Kolleci Filippinin
Los-Banyos universitetləri və Yaponiya Milli Aqrobiologiya Elmləri
İnstitutu ilə müqavilələr bağlayıb. Kornell
Universiteti Kanadanın Kraliça (Queen) Universiteti ilə birgə
MBA proqramı həyata keçirir.
Kornell Universitetinin kitabxana
sistemi böyüklüyünə görə ABŞ-da 11-ci
yerdə durur. Kitabxana sisteminə 7,5 milyon cilddən çox
kitab, 8,2 milyon mikrofilm və mikrofişlər, 440 min xəritə,
kino, DVD, səsyazma, kompüter faylları, arxivlər və rəqəmsal
resurs aiddir. Bu, İnternet şəbəkəsinə
qoşulan ilk ABŞ kitabxanalarındandır. Kitabxanaların
çoxu İtakada yerləşən kampusda cəmləşib.
Nyu-York və Qətərdə də universitetin
kitabxanaları mövcuddur. Universitetin kitabxana sisteminə
Adelson (Ornitologiya laboratoriyası), Afrikan, Katervud, Entomologiya, təsviri incəsənət,
Cenevrə təcrübə stansiyası, kroç, hüquq,
idarəetmə, mann, riyaziyyat, tibb, musiqi, nestle (Hotel
Administrasiyası Məktəbinin kitabxanası), Oloin və
Yuris, fiziki elmlər, baytarlıq kitabxanaları daxildir.
Dünyanın başqa
universitetlərində olduğu kimi, Kornell Universitetinin tələbələri
də təhsil aldıqları məktəbin ərazisində
məskunlaşırlar. Tələbə yataqxanaları, əsasən,
Şimal, Qərb və Kollectaun kampuslarında yerləşir.
Şimal kampusda birinci kurs tələbələri qalırlar,
lakin burada yuxarı kurs tələbələri
üçün də bir neçə yataqxana - Risli,
Yalnız musiqi, Ekologiya evi, Hollandiya beynəlxalq
yaşayış mərkəzi, Latino yaşayış mərkəzi,
Akvekon və Ujamaa rezidensiyaları mövcuddur. Latino
yaşayış mərkəzi, Akvekon və Ujamaa
yataqxanalarında tez-tez irqi və etnik qarşıdurmalar
baş verir. Kornell Universitetinin tələbələri
üçün ildən-ilə yeni, daha yüksək şəraitə
malik yataqxanalar tikilir - 2004-ci ildə Alisa Kuk, 2005-ci ildə
Karl Beker, 2007-ci ildə Hans Beth, 2008-ci ildə Uilyam Kiton, Flora
Rouz və s.
Qəzetimizin "Dünya
universitetləri" rubrikasında Böyük Britaniyanın
"Times Hiqher Education Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu il üzrə müəyyənləşdirdiyi
reytinqə əsasən, dünyanın 100 ən yaxşı
ali məktəbindən
16-sı haqqında geniş məlumatlar dərc olunub.
Bütün dünyanın diqqətində olan bu böyük
təhsil və elm mərkəzlərində təhsil alan azərbaycanlılar
haqqında məlumat yəqin ki, oxucular ücün də
maraqlı olar. Qəzetimizin bu sayından başlayaraq, həmin
universitetlərin tələbə və məzunları
sırasında olan azərbaycanlı gənclər haqqında
da məlumat veriləcək.
Ötən
saylarımızda haqqında yazı dərc olunmuş 16
universitetdə azərbaycanlıların təhsili ilə
bağlı məlumatları diqqətinizə
çatdırırıq:
Harvard Universiteti - Dövlət
Proqramı çərçivəsində 1 nəfər 2008-ci ildə məzun olub
Kembric Universiteti - Dövlət
Proqramı çərçivəsində 3 nəfər təhsil
alır, 1 nəfər 2009-ci ildə məzun olub
Oksford Universiteti - Dövlət
Proqramı çərçivəsində 1 nəfər təhsil
alır
Kolumbiya Universiteti - Dövlət
Proqramı çərçivəsində 1 nəfər təhsil
alır, 1 nəfər 2009-ci ildə məzun olub
Dyuk Universiteti - Dövlət
Proqramı çərçivəsində 2 nəfər təhsil
alır
Digər 9 universitetdə isə Dövlət Proqramı
çərçivəsində azərbaycanlı gənclər
hələlik təhsil almaq hüququ qazana bilməyib.
Büdcə vəsaitləri və illik təhsil
haqqı
Universitetin 2009-2010-cu tədris ili üçün gəlirlərinin
2,94 milyard ABŞ dolları olacağı
planlaşdırılır. ötən tədris ilində bu rəqəm
2,92 milyard, 2007-2008-ci tədris ilində isə 2,81 milyard olub.
Kornell Universitetinin builki büdcəsinin 726,4 milyon dolları təhsil
haqqından, 241 milyon dolları isə ianə və
yardımlardan daxil olan vəsaitlərdir. Universitetin ianələr
hesabına formalaşmış fondundakı vəsaitlərin
həcmi hazırda 4,5 milyard ABŞ dollarıdır. Universitetdə
illik təhsil haqqı tələbələrin seçdiyi
ixtisasa, oxuduğu kursa uyğun olaraq, 19-52 min ABŞ dolları
arasında dəyişir. Digər Amerika universitetlərində
olduğu kimi, bu ali məktəbdə də universitetin yerləşdiyi
ştatdan olan tələbələrə təhsil xərclərində
xüsusi güzəştlər tətbiq olunur.
Kornell Universitetinin elmi nailiyyətləri
1962-ci ildən başlayaraq
Kornell Universitetinin tədqiqatçıları Mars planetinə
pilotsuz uçuşu və XXI əsrdə "Mars
Araşdırma Səyyahı" ("Mars Exploration
Rover") missiyasını həyata keçirib. 2004-cü ildə "səyyahlar" elmi nailiyyətlərinə
görə "İlin uğuru" mükafatına layiq
görülüblər. Onlar Marsda apardıqları tədqiqatlardan
əlavə, Uran planetinin ətrafında mövcud olan
halqaları müəyyən ediblər. Aresiboda (Puerto-Riko
adasında ərazi) Kornell Universitetinin dünyada ən
böyük və həssas radioteleskopu yerləşir.
Kornell Universitetinin məşhur məzunları:
Li Tenq-hui - Çin
Xalq Respublikasının sabiq prezidenti
Mario Qarsia Menokal - Kubanın sabiq
prezidenti
Camşid Amuzeqar - İran
İslam Respublikasının sabiq baş naziri
Sendi Berger -
ABŞ-ın sabiq prezidenti Bill Klintonun milli təhlükəsizlik
üzrə məsləhətçisi
Stefan Hedli -
ABŞ-ın sabiq prezidenti Corc Buşun milli təhlükəsizlik
üzrə məsləhətçisi
Paul Vulfoviç -
Dünya Bankının sabiq prezidenti
Uiliyam Rocers -
ABŞ-ın sabiq dövlət katibi
Edmund Muskie - ABŞ-ın sabiq dövlət
katibi
Janet Reno -
ABŞ-ın sabiq baş prokuroru
Rut Bader Ginsburq - ABŞ Ali Məhkəməsinin
sabiq hakimi
Riçard Feynman - fizika üzrə Nobel
mükafatı laureatı
Devid Li - fizika üzrə Nobel
mükafatı laureatı
Robert Kolman Riçardson - fizika üzrə Nobel
mükafatı laureatı
Hannes Alfven - fizika üzrə Nobel
mükafatı laureatı
Piter Debye - kimya üzrə Nobel
mükafatı laureatı
Riçard Ernst - kimya üzrə Nobel
mükafatı laureatı
Roald Hoffmann - kimya üzrə Nobel
mükafatı laureatı
Herbert Spenser Gaser - psixologiya və
tibb üzrə Nobel mükafatı laureatı
Paul Qrinqard
- psixologiya və tibb üzrə Nobel
mükafatı laureatı
Frits Albert Lipmann - psixologiya və tibb üzrə
Nobel mükafatı laureatı
Norman Borlauq - sülh üzrə Nobel
mükafatı laureatı
Amartya Sen - iqtisadiyyat üzrə Nobel
mükafatı laureatı
Oktavio Paz - ədəbiyyat üzrə Nobel
mükafatı laureatı
Vul Soyinka - ədəbiyyat üzrə Nobel
mükafatı laureatı
1952-ci ildə Kornell Aviasiya
Elmi-Tədqiqat Laboratoriyasının əməkdaşı Con
Mur "Avtomobildə qəza travmalarının aradan
qaldırılması üzrə araşdırma" layihəsini
həyata keçirir. O, təcrübələrini manekenlərin
deyil, meyitlərin üzərində aparır və belə nəticəyə
gəlir ki, sükan çarxının enerjisini mənimsəyən
qapının qıfılının genişləndirilməsi,
yumşaq panel və təhlükəsizlik kəməri zədələrin
faiz nisbətini xeyli azaldır. Layihənin nəticəsi
olaraq, 1956-cı ildə "Kornell təhlükəsizlik
avtomobili" nümayiş edilir, bu isə avtomobil
istehsalçılarında müsbət dönüş
yaradır və onlar həmin yenilikləri tətbiq etməyə
başlayırlar.
1984-cü ildə universitetin
Milli elm fondu 5 yeni superkompüter istehsalı mərkəzi
yaradır. 1985-ci ildə fond ARPANET-ə qoşula biləcək
NSFNET, TCP/IP-şəbəkə kompüterləri istehsal edir.
NSFNET İnternetin sürətli inkişafı
üçün dönüş nöqtəsi olur və
ümümdünya hörumçək torunun inkişafına
gətirib çıxarır.
Kornell Universitetinin alimləri
70 ildən çoxdur ki, elementar hissəciklərin tədqiqatı
ilə məşğuldurlar. Universitetin fizikləri,
xüsusilə Hans Bete nüvə fizikasının
inkişafına nail olur. Onlar həmçinin Manhetten layihəsinin
iştirakçılarıdırlar. 1930-cu ildə Kornell
Universitetində ABŞ-da ikinci dəfə olaraq siklotron
quraşdırılıb, 1950-ci ildə ilk dəfə burada
sinxron şüalanma öyrənilib. 1990-cı ildə
universitetdə dünyada birinci olaraq ən yüksək
işıqlılıq qabiliyyətinə malik elektron-pozitron
kollayder yaradılır. Sinxotronu yaratdıqdan sonra alim Robert
Uilson ABŞ-da ən böyük sürətləndirici
quraşdırmağı nəzərdə tutan
"Fermilab"ı yaratmaq üçün məzuniyyətə
çıxır.
Hazırda universitet Beynəlxalq
xətt kollayderinin tikintisi ilə məşğuldur.
Kollayderin quraşdırılmasının 2010-cu ildə bitəcəyi
nəzərdə tutulur. Beynəlxalq xətt kollayderinin
Böyük Adron kollayderini tamamlayacağı qeyd edilir. Bunun
isə materiyanın eyniliyi və əlavə
ölçülərin mövcudluğu kimi suallara
aydınlıq gətirəcəyi bildirilir.
ABŞ-ın başqa
universitetləri kimi, Kornell Universiteti də təbiətin
mühafizəsi üzrə müxtəlif proqramlar həyata
keçirir. 2007-ci ildə burada Sabit gələcək mərkəzi
yaradılıb. Universitetdə xüsusi zavodlar mövcuddur ki,
onlar öz tullantılarını emal edərək təhsil
müəssisəsini 100% enerji və istiliklə təmin edir.
Hazırda Kornell Universitetinin
İtakada yerləşən kampusunda 1594, Nyu-Yorkdakı təhsil
müəssisələrində 1005, Qətərdəki kollecdə
isə 34 nəfərlik professor-müəllim heyəti fəaliyyət
göstərir. Universitetdə çalışan məşhur
alimlər arasında Karl Saqan, çarlz Evans Hyuz, Norman Malkolm,
Vladimir Nabokov, M. H. Abrams, Riçard Feynman, Kip Torn, Arçi
Rendolf Ammons, Piter Debay, Allan Blum, Pol de Man, Jak Derid və digərlərinin
adları vardır. 2008 və 2009-cu illərdə
ABŞ-ın "Ali təhsil xronikası" jurnalı
Kornell Universitetini "Böyük robot kolleci"
adlandırıb. Bu ad universitetə rəhbərlik işinin
yüksək səviyyədə qurulması, əməkdaşların
işləməkdən zövq alması, onlara təqaüdə
çıxdıqdan sonra yüksək məbləğdə
təqaüd və kompensasiya ödənilməsi, tələbələrin,
eləcə də digər əməkdaşların burada
oxuyub fəaliyyət göstərdikləri üçün
verilib. Kornell Universitetinin müəllim
və məzunlarından 41 nəfər Nobel mükafatına
layiq görülüb.
Hazırda Kornell Universitetində
azərbaycanlı tələbə təhsil almır. Lakin
tezliklə bu universitetin məşhur məzunları
arasında bizim tələbələrin də adlarının
olacağına böyük ümid bəsləyirik.
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.-2009.-11
dekabr.-S.5.