"Dünya sənin,
dünya mənim, bizlər isə bu Vətənin"
Dekabrın 5-də 201 nömrəli
orta məktəbdə "Uşaq ili"nə həsr olunmuş "Dünya sənin, dünya mənim, bizlər isə bu Vətənin"
adlı tədbir keçirilmişdir.
Mərasimdə Nizami
Rayon İcra Hakimiyyətinin
başçısı Tahir
Budaqov, təhsil nazirinin müavini Elmar Qasımov, Bakı şəhər İcra Hakimiyyəti başçısının
müavini Fidumə Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədr müavini Sədaqət Qəhrəmanova,
Valideyn-Müəllim Assosiasiyasının
prezidenti Təranə
Şərifova, YAP Nizami
Rayon Təşkilatının sədri Sədaqət Vəliyeva, H.Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdir müavini Məhəbbət
Qarabağlı, Azərbaycan
Respublikası Ombudsman aparatının,
qeyri-hökumət təşkilatlarının
nümayəndələri, məktəb direktorları,
müəllimlər, valideyn
və şagirdlər
iştirak edirdilər.
Məktəbin direktoru Süsən Salmanova iştirakçıları
salamlayıb ölkəmizdə uşaqlara göstərilən diqqət
və qayğıdan,
onların təhsil alması üçün
yaradılan şəraitdən
danışdı.
Sonra söz şagirdlərə
verildi. Onlar üzərlərinə düşən
vəzifələrin Vətən
qarşısında borclarından,
müasir gəncliyə yiyələnməsi
vacib olan keyfiyyətlərdən danışdılar.
Onların ifasında maraqlı bədii proqram
təqdim olundu. Şagirdlərdən
Aysel Məmmədovanın,
Aliyə Mürsəlovanın,
Ləman Rəcəbovanın,
Sevinc Quliyevanın, Kamran Tağızadənin, Faiq Xıdırovun, Səmayə
Piriyevanın
söylədikləri şeirlər, bayatılar,
göstərdikləri tamaşalar,
səhnəciklər tədbir
iştirakçılarında xoş ovqat yaratdı.
Dil-ədəbiyyat müəllimi Simuzər Əhmədova "Uşaqlarımızı
problemli dünyadan necə uzaqlaşdıraq,
problemsiz dünya yoxdur, güvənc yerimiz Vətəndir"
mövzusunda çıxış
etdi.
Tədbirdə ümummilli
lider Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və təhsil naziri Misir Mərdanovun müxtəlif vaxtlarda uşaqlarla görüşlərindən lentə
alınmış bəzi
məqamlar nümayiş
olundu.
Ecazkar uşaq
aləminin sehrinə düşən qonaqlar
belə gözəl tədbirə görə məktəbin kollektivinə
öz təşəkkürlərini
bildirdilər.
Sonda şagirdlərə hədiyyələr
verildi.
Sifai Səfərova
Azərbaycan müəllimi.-2009.-11 dekabr.-S.4.