Azərbaycanlı alim Madriddə keçirilən beynəlxalq
konfransda iştirak edib
Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun
rektoru, professor Asəf Zamanov Beynəlxalq Təhsil, Texnologiya və
İnkişaf Assosiasiyasının və Beynəlxalq Pedaqoji Tədqiqatlar
Mərkəzinin (CİEP) dəvəti ilə 15-26 noyabr 2009-cu il tarixlərdə
Madriddə (İspaniya) və Parisdə (Fransa) xidməti
ezamiyyətdə olmuşdur.
Əməkdaşımız
səfərlə bağlı fizika-riyaziyyat elmləri doktoru,
professor Asəf Zamanovdan müsahibə almışdır. Həmin
müsahibədən bəzi məqamları dərc edirik. Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin
apardığı uğurlu daxili və xarici siyasət
bütün sahələrdə olduğu kimi, elm və təhsil
sahəsində də özünü göstərir. Belə
ki, Azərbaycan alimlərinin beynəlxalq elmi konfranslarda,
simpoziumlarda iştirakı, həmçinin təhsil müəssisələrinin
beynəlxalq əlaqələr sahəsindəki
uğurları məhz həmin bu siyasətin nəticəsidir.
Mən 16-18 noyabr 2009-cu il tarixlərdə
Noyabrın 21-dən 25-ə
qədər Parisə ezamiyyə vaxtı Beynəlxalq Pedaqoji Tədqiqatlar
Mərkəzinin (CİEP) fəaliyyəti
ilə
CİEP Fransanın ümumi
Təhsil Nazirliyinin və Ali Təhsil və Elm Nazirliyinin rəsmi
agentliyidir. İki nazirliyin tapşırığı ilə
CİEP Fransanın və başqa ölkələrin müxtəlif
elm və təhsil müəssisələri arasında vasitəçi
kimi çıxış edərək, təhsil sahəsində
beynəlxalq əməkdaşlığı təşkil
edir, müxtəlif səviyyəli təhsil müəssisələri
ilə müntəzəm olaraq konfranslar, seminarlar, treninqlər
və başqa tədbirlər keçirir.
24 noyabr 2009-cu il tarixdə həmin
mərkəzlə Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutu
arasında elm və təhsil sahəsində əməkdaşlığa
dair müqavilə imzaladıq. Müqaviləni Fransa tərəfdən
həmin mərkəzin rəhbəri professor Tristan Lekoq, Azərbaycan
tərəfdən isə mən imzaladıq. Qeyd edim ki, bu mərkəz
dünyanın yüzdən çox ölkəsi ilə elm və
təhsil sahəsində əməkdaşlıq edir.
Müqaviləyə əsasən,
tərəflər öz resursları və intellektual
rotensiallarından istifadə edərək elmi-tədqiqat, elmi-metodik, məsləhət və
informasiya fəaliyyətini həyata keçirəcəklər.
Müqavilədə öz səlahiyyətlərimiz daxilində
pedaqoji kadrların təlimi və ixtisaslarının
artırılması, Azərbaycanda və Fransada
konfransların, seminarların,
yaxud tədris treninqlərinin təşkili, təhsil sahəsində
rəhbər kadrların təlimi və ixtisasının
artırılması, pedaqoji innovasiyalar rroblemləri,
xüsusilə tədris rroqramlarının, tədris
metodikasının yeniləşməsi məsələləri
üzrə birgə elmi-tədqiqat işlərinin, konfrans və
seminarların təşkili, iri beynəlxalq təşkilatların
maliyyə dəstəyi ilə beynəlxalq təhsil
layihələrinin reallaşdırılmasında birgə
iştirak nəzərdə tutulmuşdur.
Həmçinin
adıçəkilən mərkəzlə Azərbaycan,
Ukrayna, Rusiya, Qazaxıstan və Belarusun müvafiq ali məktəblərinin
təşkilatçılığı ilə 2010-ju ilin
oktyabr ayında Bakıda "Təhsilin keyfiyyətinin qiymətləndirilməsi"
mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi
barədə qərar qəbul etdik.
Qeyd edim ki, bu müqavilə
beynəlxalq əməkdaşlığı əsas prioritet
istiqamətlərdən biri hesab edən institutumuzun son iki ildə
imzaladığı doqquzuncu müqavilədir. 2008-ci ildən
indiyə qədər
Ş.MƏMMƏDOV
Azərbaycan müəllimi.-2009.-11 dekabr.-S.4.