Heydər Əliyev təhsil haqqında
* Təhsil hər bir dövlətin,
ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin
mühüm bir sahəsidir.
* Təhsilimizin məqsədi
gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə
hazırlamaqdır. Hər bir insan gərək
eyni zamanda vətəndaş olsun. Mütləq
vətəndaş olsun. Dövlətinə
sadiq, millətinə sadiq, ənənələrinə sadiq,
xalqına sadiq vətəndaş olsun.
* Bizdə təhsil çox
inkişaf edibdir. Azərbaycanda, demək olar ki, təhsil
almayan adam yoxdur.
* Bir müstəqil dövlət
olaraq özümüzün təhsil sistemimizi istədiyimiz
kimi qururuq. İndiyə qədər
yaranmış təməlin üzərində Azərbaycan təhsili,
məktəbi bundan sonra daha da təkmilləşəcəkdir.
* İndi dərs alan uşaqlar, gənclər gərək
mütləq və mütləq bizim yeni dərsliklər əsasında
oxusunlar.
* Milli ideologiyamızı hər
yerdə tətbiq etmək üçün məktəblərdə
Azərbaycan xalqının tarixinin tədrisinə çox
ciddi fikir vermək lazımdır... Gənclərimiz
öz tarixini, öz tarixi keçmişini gərək
yaxşı bilsinlər. çünki
mənəviyyatımız, gənclərin bugünkü və
gələcək mənəviyyatı bununla
bağlıdır.
* Azərbaycanın
ali məktəblərinin,
təhsil sisteminin səviyyəsini qaldırmalıyıq. Eyni zamanda dünyanın inkişaf etmiş ölkələrinin,
yüksək səviyyəli universitetlərin, institutların
imkanlarından Azərbaycanın gələcəyi, dəyərli
kadrlar hazırlanması üçün bundan sonra da səmərəli
istifadə etməliyik.
* Həyat böyük bir
prosesdir. Bu prosesdə uğurla iştirak etmək
üçün insan müasir tələblərə
uyğun olan təhsilə malik olmalıdır. Təhsil də daim təkmilləşdirilməlidir.
Bütün bunlar Azərbaycanın təhsil
işçilərinin üzərinə düşən vəzifələrdir.
* Təhsil sistemi Azərbaycanın
gələcəyini təmin edən bir sistemdir. Hər bir millətin, hər bir ölkənin gələcəyi
gənclərdir. Biz gənclərimizi nə qədər
yüksək təhsilli etsək, həqiqi yüksək təhsilli
etsək, onların müəyyən ixtisaslara mükəmməl
yiyələnməsinə şərait yarada bilsək,
müstəqil Azərbaycanın gələcəyi və demək,
müstəqil Azərbaycanın iqtisadiyyatının
inkişafı, elminin inkişafı, təhsilinin
inkişafı, insanların rifah halı o qədər də
yaxşı olacaqdır.
Azərbaycan
müəllimi.-2009.-11 dekabr.-S.2.