Tanrının xalqımıza ən böyük töhfəsi

 

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına Uca Tanrı tərəfindən bəxş edilmiş töhfə, paydır.

Heydər Əliyev dünya siyasətində Günəşdir. Böyük şəxsiyyətdir. Onun müdrik siyasəti yaşayır müstəqil Azərbaycanın parlaq gələcəyinə işıq salır.

Günbəgün çiçəklənən Vətənimizin hər bir guşəsində ulu öndərin izi görünür, əməlləri yaşayır. Xalqının qarşısında xilaskarlıq missiyasını şərəflə yerinə yetirən Heydər Əliyev bütün Azərbaycanı qarış-qarış gəzirdi. Yaddaşımızda dərin iz salan bir tarixi hadisəni böyük sevinc iftixar hissilə həmişə xatırlayıram. 1973-cü ilin sentyabrında Heydər Əliyev Ağdam rayonunun Qaradağlı kəndinə gəldi. Tarlaları gəzdikdən sonra camaatla görüşdü.

Sosialist əməyi qəhrəmanları Sürəyya Kərimova, Turab Məmmədov mənim anam - Sosialist Əməyi Qəhrəmanı Səkinə İmanova ilə çox səmimi söhbət etdi. Həmin günün xatirəsi mənim qəlbimdə əbədidir.

Bu gün ulu öndər Heydər Əliyevin bizim xalqımız üçün etdiklərini hamımız bütün dünya görür anlayır. O, bütün mənalı həyatını Azərbaycan xalqının rifahına sərf etmişdir. Ata yolunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev haqlı olaraq, daha doğrusu, hamının qəlbini oxuyaraq demişdir:

"Heydər Əliyev bütün dünyaya lazımdır".

Hər il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü böyük təntənə ilə qeyd olunur.

Heydər Əliyev xalq üçün yaranmışdı, xalq üçün yaşadı...

Bəli, müstəqil Azərbaycanımız Heydər Əliyevin şah əsəridir. O, Azərbaycanı qurdu, yaratdı. Heydər Əliyev bu quruculuqda öz həyatını əsirgəmədi.

Dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin ölməz ideyaları bu gün xalqımızın başı üstündə bir həqiqət azadlıq Günəşi kimi nur saçır, ürəklərə hərarət, gözlərə işıq verir.

Mən Ağdam rayonunun üç kənd orta məktəbində Azərbaycan dili ədəbiyyat müəllimi işləyirəm. Uzun illərdir ki, tədris prosesində dilimizin, ədəbiyyatımızın təntənəsində ulu öndərimiz, böyük insan Heydər Əliyevin rolunu, titanik fəaliyyətini həmişə ön plana çəkirəm.

Bütün xalqımız kimi, mən ümummilli liderimiz Heydər Əliyevə çox yüksək hörmət ehtiram bəsləyir, şagirdlərimi onun nümunəsində tərbiyə etməyə çalışıram.

 

 

Sahib İMANOV

 

Azərbaycan müəllimi.-2009.-11 dekabr.-S.2.