Milli təhsilimizin himayədarı

 

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin "Heydər Əliyev Azərbaycan təhsili" mövzusunda 130-cu məşğələsi keçirilmişdir. ümummilli liderin anım günü ərəfəsinə təsadüf edən məşğələdə öncə dahi öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı misilsiz xidmətlərindən bəhs etmişdir. Millət vəkili ulu öndərin hər iki hakimiyyəti dövründə Azərbaycanda aparılan təhsil quruculuğundan, regionda təhsilin inkişafına göstərilən qayğıdan ətraflı söz açmışdır. Rektor Heydər Əliyevin milli təhsilin tərəqqisi   dünyaya inteqrasiyası istiqamətindəki məqsədyönlü fəaliyyətinin  bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.

Sonra NDU-nun Pedaqogika psixologiya kafedrasının dosenti, pedaqoji elmlər namizədi, Azərbaycan Respublikasının əməkdar müəllimi Kamal Camalovun mövzu üzrə məruzəsi dinlənilmişdir. Məruzədə Heydər Əliyevin müxtəlif ali orta ixtisas məktəblərinin yaradılmasına formalaşmasına, gənclərin keçmiş SSRİ-nin ən məşhur ali təhsil ocaqlarında oxumalarına göstərdiyi diqqət qayğıdan, təhsil işçilərinin əməyini dəfələrlə yüksək qiymətləndirməsindən danışılmışdır. Natiq ümummilli liderin Naxçıvan Dövlət Universiteti ilə sıx əlaqələrindən, muxtar respublikanın bu yeganə dövlət ali məktəbinin inkişafındakı rolundan bəhs edərək gəncliyi ümummilli liderin həyatından siyasi irsindən daim bəhrələnməyə, onun ideyalarına sadiq qalmağa çağırmışdır.

 

 

Mehriban SULTAN

 

Azərbaycan müəllimi.-2009.-11 dekabr.-S.2.