Bakı Dövlət
Universitetində Elmi Şuranın növbəti
iclası keçirilib
Dekabrın 5-də Bakı Dövlət Universitetində Elmi Şuranın növbəti
iclası keçirildi. İclas Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin 30 oktyabr tarixli sərəncamları
ilə universitetin əməkdaşlarına verilmiş
fəxri adların və təltiflərin təqdimatına həsr olunmuşdu. Tədbirdə Azərbaycan Respublikasının
təhsil naziri Misir Mərdanov, Elmi Şuranın üzvləri, universitetin
professor-müəllim heyəti,
tələbələr və
KİV təmsilçiləri iştirak edirdilər.
Akademik Abel Məhərrəmov
dövlət başçısının
30 oktyabr tarixli sərəncamları ilə
BDU-nun alimlərinə - 107 nəfərə Azərbaycanın
ən böyük mükafatları və fəxri adlarının verilməsini təhsil ocağına olan böyük diqqət və qayğı kimi dəyərləndirdi.
Azərbaycanın təhsil
tarixində ilk dəfə
olaraq, eyni zamanda bir təhsil
müəssisəsinin bu
qədər çox sayda əməkdaşının
dövlət mükafatlarına
layiq görüldüyünü
diqqətə çatdıran
rektor bu faktı nəinki universitetə, bütövlükdə
Azərbaycan elminə,
Azərbaycan təhsilinə
yetirilən xüsusi diqqət, təhsil işçilərinin əməyinə
verilən yüksək
qiymət kimi dəyərləndirdi. A.Məhərrəmov təltif olunanlar adından ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirdi.
Sonra çıxış üçün
söz təhsil naziri Misir Mərdanova
verildi. Təhsil naziri dövlət
başçısının salamını, hörmət
və ehtiramını
universitetin kollektivinə
çatdıraraq bu tədbirin şəxsən
onun tapşırığı
ilə həyata keçirildiyini vurğuladı.
Nazir Bakı
Dövlət Universitetinin
bir müddət öncə qeyd olunmuş 90 illik yubileyinin ümumilikdə Azərbaycan təhsilinin bayramına çevrildiyini
dedi. Misir Mərdanov yubileyə həsr olunmuş təntənəli
mərasimdə Prezident
İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın iştirak etməsi, dövlət başçısına
universitetin fəxri doktoru adının verilməsi, təhsil ocağının əməkdaşlarının
müxtəlif fəxri
adlar, orden və medallarla təltif olunması və s. kollektivin yaddaşında önəmli
hadisə kimi yaşayacağına əminliyini
ifadə etdi. Dövlət
başçısının müvafiq sərəncamlarını
təhsil sahəsinə
göstərilən xüsusi
qayğının növbəti
təzahürü kimi
qiymətləndirən nazir
ölkənin bütün
təhsil ictimaiyyəti
adından cənab Prezidentə minnətdarlığını
bildirdi və kollektivin hər bir üzvünün bu şərəfə layiq fəaliyyət göstərməsinin, bu etimadı doğruldaraq öz işinə daha məsuliyyətlə yanaşmasının zəruriliyini
vurğuladı.
Misir Mərdanov daha sonra çıxışında
ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasətinin bu gün Prezident
İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsindən
bəhs etdi. Qeyd olundu ki, hazırda Azərbaycanda bütün
sahələrin, o cümlədən
elmin və təhsilin inkişafı üçün əlverişli
şərait yaradılıb
və bunun sayəsində təhsil sistemində əsaslı infrastruktur dəyişiklikləri
baş verir, inkişafyönümlü proqram
və layihələr
həyata keçirilir,
təhsil müəssisələrinin
maddi-texniki bazasının
möhkəmləndirilməsi və digər məsələlər üzrə
çox mühüm işlər görülür.
Ali təhsil
sahəsində mövcüd
olan problemlərdən
və bununla bağlı qarşıda
duran vəzifələrdən
söz açan nazir BDU-nun həmişə
olduğu kimi bu məsələlərin
həllində də digər ali məktəblərə örnək
olacağına ümid
etdiyini bildirdi.
Təhsil naziri Misir Mərdanov
çıxışının sonunda dövlət mükafatlarına layiq görülənləri təbrik
edərək onlara gələcək fəaliyyətlərində
yeni-yeni nailiyyətlər,
şəxsi həyatlarında
cansağlığı və
xoşbəxtlik arzuladı.
Sonra Bakı Dövlət Universitetinin əməkdaşlarına
verilən fəxri adların, orden və medalların təqdimatı oldu. Təltif olunanlar
təhsil naziri ilə xatirə şəkli çəkdirdilər.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.-2009.-11 dekabr.-S.4.