Gimnaziyanın 50 illiyi qeyd olundu
Dekabrın 5-də Respublika İncəsənət
Gimnaziyasında əsl
bayram əhval-ruhiyyəsi
vardı. Həmin gün gimnaziyanın yaranmasının
50 ili tamam
olurdu. Bu münasibətlə təhsil
ocağının akt
zalında böyük
tədbir keçirildi.
Tədbirdə Təhsil
Nazirliyinin şöbə
müdüri Arif Muradov, nazirliyin baş məsləhətçisi
Məhərrəm Səfərov,
Misir Ərəb Respublikasının Azərbaycandakı
fövqəladə səfiri,
doktor Sabor Mənsur, Misir Mədəniyyət Mərkəzinin
direktoru Adel Dərviş,
veteran müəllimlər, məzunlar və digər qonaqlar iştirak edirdilər.
Tədbiri giriş
sözü ilə açan gimnaziyanın direktoru Maya Şabanbəyova qonaqları, məzunları və vetaran
müəllimləri salamlayaraq
gimnaziya haqqında geniş məlumat verdi. Bildirdi ki, təhsil
ocağı ilk vaxtlar
internat məktəbi kimi fəaliyyət göstərib. Həmin
illərdə respublikanın
rayonlarından
istedadlı uşaqlar
doqquzuncu sinifdən bu məktəbə gələrək
təhsil ocağında
tədrisi davam etdirirdilər. İndi gimnaziya kimi fəaliiyət göstərən bu təhsil ocağı cəmiyyətə
istedadlı və savadlı gənclər verir. Bu gün
gimnaziyanın bəzi
məzunları dünyanın
qabaqcıl universitetlərində
təhsillərini davam
etdirirlər.
Sonra məktəbin fəaliyyəti
haqqında film nümayiş
olundu. Təhsil müəssisəsinin məzunları
və şagirdləri
bir-birindən maraqlı
teatr səhnəciklərilə,
musiqi nömrələrilə
qonaqlara unudulmaz anlar yaşatdılar.
Tədbirə gələnlər
gimnaziyanın 50 illik yubileyi münasibətilə təhsil
ocağının pedaqoji
kollektivini təbrik etdi, şagirdlərə və məzunlara təhsil aldıqları gimnaziyanın adına layiq olmağı və həmişə onun adını uca tutmağı arzu etdilər.
Tədbirin sonunda
qonaqlara gimnaziyanın teatr şöbəsinin müdiri Hicran
Sadıqovanın bu təhsil
ocağının 50 illiyinə həsr etdiyi "Əsrə bərabər
ömür yolu" kitabı təqdim olundu.
Azərbaycan müəllimi.-2009.-11 dekabr.-S.6.