Kornell Universiteti
Yerləşir:
ABŞ, Nyu-York
ştatı, İtaka şəhəri
Yaranma tarixi: 1865-ci il
Tipi: Özəl
Rektoru: Devid Skorton
İşçi heyəti: 1594 nəfər
Tələbələrin sayı: 13510 nəfər
Aspirantların sayı:
6290 nəfər
İllik büdcəsi (2009-2010): 2,94 milyard ABŞ dolları
İanə fondu (Endowment): 4,5 milyard ABŞ dolları
Rəsmi saytı: www.cornell.edu
Kornell Universiteti (
Tarixi
Kornell
Universitetinin yaranmasında biznesmen, teleqraf sənayesinin əsasını
qoymuş Ezra Kornellin və tanınmış alim, siyasətçi
Endryu Uaytın böyük rolu olub. Hələ XIX əsrin 50-ci illərində
Kornell və Uayt bir-birindən xəbərsiz ümummilli, ən qabaqcıl
tədris metoduna malik, elmi-texniki tərəqqinin tələblərinə
cavab verə biləcək bir ali təhsil
müəssisəsi yaratmaq fikrinə düşürlər. E.Kornell teleqraf biznesindən əldə etdiyi gəlirlərin
yarısını xeyriyyə məqsədlərinə sərf
etmək qərarına gəlir. Hər iki mesenat - Kornell
və Uayt universitet yaratmaq məqsədilə ABŞ prezidenti
A. Linkolna müraciət edir, lakin onların planlarının həyata
keçməsinə həmin dövrdə baş verən Vətəndaş
müharibəsi mane olur.
Kornell və Uayt 1862-ci ildə
Nyu-York ştatında senat üzvü olarkən
Kornell şəxsi büdcəsi
hesabına İtaka şəhərində 1,2
hektar ərazi alır. 27 aprel 1865-ci ildə
Nyu-York ştatının qubernatoru Royben Fenton universitetin
yaradılması haqqındakı sənədi imzalayır və
bu tarixi hadisə Kornell Universitetinin yarandığı gün kimi
qeyd olunur. Endryu Uayt yeni yaranmış universitetə
prezident təyin olunur. Uayt universitetə rəhbər təyin
edilən gündən təhsil müəssisəsinin idarəetmə
prinsipini, tədris proqramlarını hazırlayır,
qabaqcıl müəllimləri bu ali məktəbə
cəlb edir. Sonra o, Avropa universitetlərinin təcrübəsi ilə
Yarandığı
gündən Kornell Universitetinə oğlanlarla yanaşı,
qızlar da qəbul olunur. Lakin qız tələbələr
üçün yataqxananın olmaması onların sayının daha da
artmasına ciddi maneə yaradır. Universitetdə
qızlar üçün ilk yataqxana 1875-ci ildə tikilir. Bu ali təhsil müəssisəsinin bakalvr pilləsini
1873-cü ildə bitirmiş ilk qız məzun Emma İstmen, ilk
doktorluq dərəcəsini 1880-ci ildə almış
qadın isə Mey Preston olub.
1868-ci ildə
Kornell Universitetinin tələbələri müstəqil və sərbəst
surətdə fənn seçmək, öz tədris proqramlarını
hazırlamaq hüququ qazanırlar. Bu addım, sözün əsl
mənasında, inqilab kimi dəyərləndirilir və tələbələrin
hazırladıqları həmin proqram onilliklər keçdikdən
sonra ABŞ-ın adi tədris proqramına çevrilir. 1892-ci ildə universitetin 3-cü prezidenti inauqurasiyası
zamanı çıxışında Nyu-York ştatının rəhbərliyinə
müraciət edərək, onlardan universitet üçün ərazi və bu
təhsil ocağının inkişafına kömək istəyir.
Rəhbərlik həmin müraciətə cavab olaraq, Kornell
Universitetinin nəzdində Baytarlıq Kollecinin
yaradılması üçün subsidiya ayırır, eləcə də
hər il kollecə maliyyə
yardımı göstərir. Beləliklə, Kornell Universiteti
ABŞ-da dövlət tərəfindən yardım alan ilk özəl ali məktəb kimi
tanınır və bundan sonra Kornell Universitetində təhsil
alan nyu-yorklu tələbələrə təhsil
haqqının ödənilməsində güzəştlər
edilir.
XX əsrdə
universitet sürətlə inkişaf etməyə başlayır,
həmin əsrin ortalarına qədər məktəb və
kolleclərin sayı 10-dan çox olur. Bütün kollec və məktəblər
muxtariyyət hüququna malik olur, öz akademik proqramlarını
yaradır və qiymət sistemini tətbiq edir. Məsələn, bakalavr dərəcəsi almaq üçün
ümumi universitet imtahanına üzgüçülük və idmanın başqa
növü üzrə imtahanlar daxil edilir. Eyni zamanda hər
bir tələbə oxuduğu fakültədən asılı
olmayaraq, istənilən başqa fakültənin proqramını
öyrənə bilər. Universitetdə mütəmadi
olaraq fakültələrarası proqramlar və kurslar təşkil
edilir.
Kornell
Universitetinin nəşriyyatı 1889-cu ildə
yaradılıb. Mexaniki İncəsənət Kollecində
fəaliyyət göstərən ilk nəşriyyat sonradan Mühəndislik
Məktəbinə köçür. Nəşriyyatın
burada fəaliyyət göstərməsindən irəli gələrək,
müəllim və tələbələr çap işini çox
yaxşı bilirdilər. Burada dərslik,
elmi nəşrlər, həftəlik tələbə
jurnalları, pamfletlər, rəsmi universitet sənədləri
də çap olunur. İl ərzində antropologiya, ədəbiyyat,
tarix, fəlsəfə, siyasət, beynəlxalq münasibətlər,
psixologiya, psixiatriya və s. sahələr üzrə 150-dən
çox nəşr dərc olunur.
Kornell
Universiteti beynəlxalq təhsil və elmi əməkdaşlıq
sahələri üzrə hər zaman fəal mövqe tutmağı
ilə seçilib.
Son zamanlar onun fəaliyyətində məhz bu
sahə daha sürətlə inkişaf edir. Qətərdə
yerləşən Veyl Tibb Kolleci, çin, Hindistan, Sinqapur və s.
ölkələrin universitetləri ilə bağlanmış əməkdaşlıq
müqavilələri Kornell Universitetinin "dünyanın ilk
transmilli universiteti" adlandırılmasına səbəb
olur.
Universitet bu gün
Kornell
Universitetinin əsas kampusu Nyu-York ştatının İtaka
şəhərində yerləşir. Universitet
yarandığı vaxtlar 1,2 hektar ərazidə
yerləşirdisə, hazırda onun İtakada ərazisi 3
hektara yaxındır. Bu ərazidə yerləşən
260 bina Mərkəzi və Şimali kampuslar arasında bölünüb.
Universitetin bütün tədris korpusları,
laboratoriyalar, muzeylər, inzibati binalar, yataqxanalar Mərkəzi
kampusda cəmlənib. Kampusun binaları
elektrik, qotik, viktorian, neoklassik və modern üslublarda inşa
edilib.
Kornell
Universitetinin Nyu-Yorkda da kampusu mövcuddur. Burada universitetin
bakalavrlar üçün Veyl Tibb Kolleci və aspirantlar üçün Veyl Ali Tibb
Kolleci yerləşir. Bu kolleclər 1927-ci
ildən Nyu-Presbiterian hospitalı ilə birgə fəaliyyət
göstərir. Universitetin Nyu-Yorkda Kornell xidmət
proqramı da mövcuddur. Proqram tələbələrə
Nyu-Yorkdakı kasıb uşaq, ailə və icmalara köməyi
təklif edir. Buradakı İnsan
Ekologiyası, Kənd Təsərrüfatı və Həyat Elmi
kollecləri, Sənaye və Əmək Əlaqələri Məktəbi
də həmin məqsədlərə xidmət edir. Mühüm maliyyə rayonu olan Manhettendəki Mühəndislik
Kolleci biznes-tədqiqatların optimallaşması, sənayenin,
ictimai əməkdaşlığın gücləndirilməsi və
digər bu kimi işlər görür.
Kornell
Universitetinin Qətərdəki təhsil şəhərciyində
2004-cü ilin sentyabrında açılan Veyl Tibb Kolleci fəaliyyət
göstərir. Bu kollec ABŞ-ın hüdudlarından kənarda
açılmış ilk tibb məktəbidir. Qətər
dövləti ilə Kornell Universitetinin məlum birgə layihəsi
bu ölkədə akademik proqramların və tibbi xidmətlərin
yüksəldilməsi üçün həyata keçirilib. Kollec
Qətər dövləti tərəfindən maliyyələşir
və Qətər fondu məktəbin tikintisinə 750 milyon
dollar vəsait ayırıb. Buradakı
Veyl Tibb Kolleci memar Arat İsodzaki tərəfindən inşa
edilən ikimərtəbəli böyük binada yerləşir.
2004-cü ildən Qətər fondu Veyl Tibb Kollecinin
yerləşdiyi ərazidə xəstəxana tikintisinə
başlayıb və hazırda tikinti davam etməkdədir.
Kornell
Universitetinin nəzdində bakalavr, magistrant və aspirantlar
üçün kolleclər fəaliyyət göstərir. Bakalavrların təhsil ala
biləcəyi kolleclər bunlardır:
Kənd Təsərrüfatı
və Həyat Elmi Kolleci - tələbələrinin sayına
görə Kornell Universitetinin ikinci ən böyük kollecidir. öz sahəsi
üzrə apardığı tədqiqatlara görə kollec ölkədə
birincidir.
Memarlıq, İncəsənət
və Planlaşdırma Kolleci - şəhər və reqional
planlaşdırma, təsviri və vizual incəsənət,
memarlığın tarixi və nəzəriyyəsi və s.
sahələr üzrə tələbə hazırlayır.
İncəsənət və
Elmlər Kolleci - tələbələrinin sayına görə
Kornell Universitetinin ən böyük kollecidir, tələbələrini
yüksək səviyyəli humanitar təhsil ilə təmin edir.
Mühəndislik Kolleci -
texnologiya və innovasiya tədqiqatları aparılır.
Hotel
Administrasiyası Məktəbi - texniki əməkdaşlar,
istiqamətləndirilmiş xidməti personal hazırlayır.
İnsan
Ekologiyası Kolleci - real həyatda insanın
imkanlarının, onun həyat tərzinin, liderlik xüsusiyyətlərinin
inkişafını və əhali ilə təmas, ekologiya və
ətraf mühitin mühafizə edilməsini öyrədir.
Sənaye və Əmək Əlaqələri
Məktəbi - ölkədə bu sahə üzrə yaranan ilk ali məktəbdir.
Hesablama və
informasiya elmləri fakültəsi - kompüter elmləri üzrə
ixtisaslaşıb.
Magistr və aspirantlar üçün
aşağıdakı məktəblər fəaliyyət göstərir:
Kornell Ali Məktəbi -
90-dan çox sahə üzrə magistr, aspirant, doktorant dərəcələri
təqdim edir.
Kornell Hüquq Məktəbi -
qanun, qanunvericilik, geniş dünyagörüşünə malik
hüquqşünaslar və liderlər hazırlay
Conson adına
Ali Menecment Məktəbi - menecment sahəsi üzrə tədqiqat
və araşdırmalar aparır.
Veyl Tibb Kolleci (Nyu-York) -
akademik təbabət və biotibbi tədqiqatlar üzrə dünyada
məşhurdur, görkəmli həkim və alimlər
hazırlayır. Nyu-Presbiterian Hospitalı və
Memorial Sloan-Ketterinq Xərçəng Mərkəzi ilə sıx əlaqələr
qurur.
Veyl Tibb Kolleci (
Veyl Ali Tibb Elmləri Kolleci
(Nyu-York) - biotibbi elmlər, elmi metodların aparılması, tədqiqatlar
üzrə mükəmməl proqramlar həyata keçirir. Veyl
Tibb Kolleci və Sloan-Ketterinq Xərçəng Mərkəzi bu
kollecin bünövrəsi hesab edilir.
Baytarlıq Məktəbi -
heyvanlar üzərində aparılan təcrübələr sayəsində
bir çox xəstəliklərin müalicəsini aşkarlayıb,
burada mühüm kəşflər edilib və məktəb dünya elminə
xeyli nailiyyətlər verib.
Təhsilin Davametdirilməsi
Məktəbi və Yay Sessiyaları - universitetdən xaric
olunan tələbələrin, yuxarı kurs tələbələrinin, Kornell
Universiteti əməkdaşları və məzunlarının, yerli əhalinin
təhsili ilə məşğuldur.
Kornell
Universiteti geniş beynəlxalq əlaqə layihələrini
həyata keçirir. Burada tələbələrə Afrika, fransız, alman,
yəhudi, latın, Yaxın Şərq, Uzaq
Şərq, rus, roman dilləri, ədəbiyyatı və mədəniyyəti
üzrə proqramlar təklif edir. Universitetin Asiya
ölkələri üzrə tədqiqatlar proqramı mövcuddur.
Bu məqsədlə Kornell Universitetinin Mühəndislik Kolleci
Pekinin Sinxua, Hotel Administrasiyası Məktəbi Sinqapurun
Nanyanq Texnologiya, Kənd Təsərrüfatı və Həyat
Elmi Kolleci Filippinin Los-Banyos universitetləri və Yaponiya Milli
Aqrobiologiya Elmləri İnstitutu ilə müqavilələr
bağlayıb. Kornell Universiteti Kanadanın
Kraliça (Queen) Universiteti ilə birgə MBA proqramı həyata
keçirir.
Kornell
Universitetinin kitabxana sistemi böyüklüyünə görə ABŞ-da 11-ci
yerdə durur.
Kitabxana sisteminə 7,5 milyon cilddən çox kitab, 8,2 milyon
mikrofilm və mikrofişlər, 440 min xəritə, kino, DVD, səsyazma,
kompüter faylları, arxivlər və rəqəmsal resurs aiddir.
Bu, İnternet şəbəkəsinə
qoşulan ilk ABŞ kitabxanalarındandır. Kitabxanaların çoxu İtakada yerləşən
kampusda cəmləşib. Nyu-York və Qətərdə
də universitetin kitabxanaları mövcuddur. Universitetin
kitabxana sisteminə Adelson (Ornitologiya laboratoriyası), Afrikan,
Katervud, Entomologiya, təsviri incəsənət,
Cenevrə təcrübə stansiyası, kroç, hüquq, idarəetmə,
mann, riyaziyyat, tibb, musiqi, nestle (Hotel Administrasiyası Məktəbinin
kitabxanası), Oloin və Yuris, fiziki elmlər, baytarlıq
kitabxanaları daxildir.
Dünyanın
başqa universitetlərində olduğu kimi, Kornell
Universitetinin tələbələri də təhsil
aldıqları məktəbin ərazisində məskunlaşırlar. Tələbə
yataqxanaları, əsasən, Şimal, Qərb və Kollectaun
kampuslarında yerləşir. Şimal kampusda birinci kurs
tələbələri qalırlar, lakin burada yuxarı kurs tələbələri
üçün də bir neçə yataqxana - Risli, Yalnız musiqi, Ekologiya
evi, Hollandiya beynəlxalq yaşayış mərkəzi,
Latino yaşayış mərkəzi, Akvekon və Ujamaa
rezidensiyaları mövcuddur. Latino yaşayış
mərkəzi, Akvekon və Ujamaa yataqxanalarında tez-tez irqi və
etnik qarşıdurmalar baş verir. Kornell Universitetinin tələbələri
üçün ildən-ilə yeni, daha yüksək şəraitə malik
yataqxanalar tikilir - 2004-ci ildə Alisa Kuk, 2005-ci ildə Karl
Beker, 2007-ci ildə Hans Beth, 2008-ci ildə Uilyam Kiton, Flora Rouz
və s.
Qəzetimizin "Dünya
universitetləri" rubrikasında Böyük Britaniyanın
"Times Hiqher Education Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu il üzrə müəyyənləşdirdiyi
reytinqə əsasən, dünyanın 100 ən yaxşı ali məktəbindən
16-sı haqqında geniş məlumatlar dərc
olunub. Bütün dünyanın diqqətində olan bu böyük təhsil və
elm mərkəzlərində təhsil alan
azərbaycanlılar haqqında məlumat yəqin ki, oxucular
ücün də maraqlı olar. Qəzetimizin bu
sayından başlayaraq, həmin universitetlərin tələbə
və məzunları sırasında olan azərbaycanlı gənclər
haqqında da məlumat veriləcək.
Ötən saylarımızda
haqqında yazı dərc olunmuş 16 universitetdə azərbaycanlıların
təhsili ilə bağlı məlumatları diqqətinizə
çatdırırıq:
Harvard Universiteti - Dövlət
Proqramı çərçivəsində 1 nəfər 2008-ci ildə məzun olub
Kembric Universiteti - Dövlət
Proqramı çərçivəsində 3 nəfər təhsil
alır, 1 nəfər 2009-ci ildə məzun olub
London Universitet Kolleci - Dövlət Proqramı çərçivəsində 4 nəfər
təhsil alır
London İmperial Kolleci -
Dövlət Proqramı çərçivəsində 2 nəfər 2009-cu
ildə məzun olub
Oksford Universiteti - Dövlət
Proqramı çərçivəsində 1 nəfər təhsil
alır
Kolumbiya Universiteti - Dövlət Proqramı
çərçivəsində 1 nəfər təhsil alır, 1 nəfər
2009-ci ildə məzun olub
Dyuk Universiteti - Dövlət
Proqramı çərçivəsində 2 nəfər təhsil
alır
Digər 9 universitetdə isə Dövlət
Proqramı çərçivəsində azərbaycanlı gənclər
hələlik təhsil almaq hüququ qazana bilməyib.
Büdcə vəsaitləri və illik təhsil haqqı
Universitetin 2009-2010-cu tədris ili üçün gəlirlərinin 2,94 milyard
ABŞ dolları olacağı planlaşdırılır. ötən tədris ilində bu rəqəm 2,92
milyard, 2007-2008-ci tədris ilində isə 2,81 milyard olub.
Kornell Universitetinin builki büdcəsinin 726,4
milyon dolları təhsil haqqından, 241 milyon dolları isə
ianə və yardımlardan daxil olan vəsaitlərdir.
Universitetin ianələr hesabına formalaşmış
fondundakı vəsaitlərin həcmi hazırda 4,5 milyard ABŞ dollarıdır. Universitetdə
illik təhsil haqqı tələbələrin seçdiyi ixtisasa,
oxuduğu kursa uyğun olaraq, 19-52 min ABŞ dolları
arasında dəyişir. Digər Amerika universitetlərində
olduğu kimi, bu ali məktəbdə də
universitetin yerləşdiyi ştatdan olan tələbələrə
təhsil xərclərində xüsusi güzəştlər tətbiq
olunur.
Kornell Universitetinin elmi nailiyyətləri
1962-ci ildən
başlayaraq Kornell Universitetinin tədqiqatçıları Mars
planetinə pilotsuz uçuşu və XXI əsrdə "Mars
Araşdırma Səyyahı" ("Mars Exploration
Rover") missiyasını həyata keçirib. 2004-cü ildə "səyyahlar" elmi
nailiyyətlərinə görə "İlin uğuru"
mükafatına layiq görülüblər. Onlar Marsda
apardıqları tədqiqatlardan əlavə, Uran planetinin ətrafında
mövcud olan halqaları müəyyən ediblər. Aresiboda (Puerto-Riko adasında ərazi) Kornell
Universitetinin dünyada ən böyük və həssas radioteleskopu yerləşir.
Kornell Universitetinin məşhur məzunları:
Li Tenq-hui - Çin Xalq
Respublikasının sabiq prezidenti
Mario Qarsia Menokal - Kubanın sabiq
prezidenti
Camşid Amuzeqar - İran
İslam Respublikasının sabiq baş naziri
Sendi Berger -
ABŞ-ın sabiq prezidenti Bill Klintonun milli təhlükəsizlik
üzrə məsləhətçisi
Stefan Hedli -
ABŞ-ın sabiq prezidenti Corc Buşun milli təhlükəsizlik
üzrə məsləhətçisi
Paul Vulfoviç - Dünya
Bankının sabiq prezidenti
Uiliyam Rocers - ABŞ-ın sabiq dövlət
katibi
Edmund Muskie - ABŞ-ın
sabiq dövlət katibi
Janet Reno -
ABŞ-ın sabiq baş prokuroru
Rut Bader Ginsburq - ABŞ Ali Məhkəməsinin
sabiq hakimi
Riçard Feynman - fizika üzrə
Nobel mükafatı laureatı
Devid Li - fizika
üzrə Nobel mükafatı laureatı
Robert Kolman Riçardson - fizika üzrə Nobel
mükafatı laureatı
Hannes Alfven - fizika üzrə Nobel mükafatı
laureatı
Piter Debye - kimya üzrə
Nobel mükafatı laureatı
Riçard Ernst - kimya üzrə
Nobel mükafatı laureatı
Roald Hoffmann - kimya üzrə Nobel
mükafatı laureatı
Herbert Spenser Gaser - psixologiya və
tibb üzrə Nobel mükafatı laureatı
Paul Qrinqard
-
psixologiya və tibb üzrə Nobel mükafatı laureatı
Frits Albert Lipmann - psixologiya və
tibb üzrə Nobel mükafatı laureatı
Norman Borlauq - sülh üzrə Nobel
mükafatı laureatı
Amartya Sen - iqtisadiyyat üzrə
Nobel mükafatı laureatı
Oktavio Paz - ədəbiyyat
üzrə Nobel mükafatı laureatı
Vul Soyinka - ədəbiyyat
üzrə Nobel mükafatı laureatı
1952-ci ildə
Kornell Aviasiya Elmi-Tədqiqat Laboratoriyasının əməkdaşı
Con Mur "Avtomobildə qəza travmalarının aradan
qaldırılması üzrə araşdırma" layihəsini
həyata keçirir. O, təcrübələrini manekenlərin deyil, meyitlərin
üzərində aparır və belə nəticəyə gəlir
ki, sükan çarxının enerjisini mənimsəyən
qapının qıfılının genişləndirilməsi,
yumşaq panel və təhlükəsizlik kəməri zədələrin
faiz nisbətini xeyli azaldır. Layihənin nəticəsi
olaraq, 1956-cı ildə "Kornell təhlükəsizlik
avtomobili" nümayiş edilir, bu isə avtomobil
istehsalçılarında müsbət dönüş yaradır və onlar həmin
yenilikləri tətbiq etməyə başlayırlar.
1984-cü ildə universitetin
Milli elm fondu 5 yeni superkompüter istehsalı mərkəzi
yaradır. 1985-ci ildə fond ARPANET-ə qoşula biləcək
NSFNET, TCP/IP-şəbəkə kompüterləri istehsal edir.
NSFNET İnternetin sürətli inkişafı üçün
dönüş nöqtəsi olur və ümümdünya hörumçək torunun
inkişafına gətirib çıxarır.
Kornell
Universitetinin alimləri 70 ildən çoxdur ki, elementar hissəciklərin
tədqiqatı ilə məşğuldurlar. Universitetin
fizikləri, xüsusilə Hans Bete nüvə fizikasının
inkişafına nail olur. Onlar həmçinin
Manhetten layihəsinin iştirakçılarıdırlar. 1930-cu ildə Kornell Universitetində ABŞ-da ikinci dəfə
olaraq siklotron quraşdırılıb, 1950-ci ildə ilk dəfə
burada sinxron şüalanma öyrənilib. 1990-cı
ildə universitetdə dünyada birinci olaraq ən yüksək
işıqlılıq qabiliyyətinə malik elektron-pozitron
kollayder yaradılır. Sinxotronu
yaratdıqdan sonra alim Robert Uilson ABŞ-da ən böyük sürətləndirici
quraşdırmağı nəzərdə tutan
"Fermilab"ı yaratmaq üçün məzuniyyətə
çıxır.
Hazırda
universitet Beynəlxalq xətt kollayderinin tikintisi ilə məşğuldur. Kollayderin
quraşdırılmasının 2010-cu ildə bitəcəyi
nəzərdə tutulur. Beynəlxalq xətt
kollayderinin Böyük Adron kollayderini tamamlayacağı qeyd edilir.
Bunun isə materiyanın eyniliyi və əlavə
ölçülərin mövcudluğu kimi suallara aydınlıq gətirəcəyi
bildirilir.
ABŞ-ın
başqa universitetləri kimi, Kornell Universiteti də təbiətin
mühafizəsi üzrə müxtəlif proqramlar həyata keçirir. 2007-ci ildə
burada Sabit gələcək mərkəzi yaradılıb.
Universitetdə xüsusi zavodlar mövcuddur ki, onlar öz
tullantılarını emal edərək təhsil müəssisəsini
100% enerji və istiliklə təmin edir.
Hazırda
Kornell Universitetinin İtakada yerləşən kampusunda 1594,
Nyu-Yorkdakı təhsil müəssisələrində 1005, Qətərdəki
kollecdə isə 34 nəfərlik professor-müəllim heyəti
fəaliyyət göstərir. Universitetdə çalışan məşhur
alimlər arasında Karl Saqan, çarlz Evans Hyuz, Norman Malkolm,
Vladimir Nabokov, M. H. Abrams, Riçard Feynman, Kip Torn, Arçi Rendolf Ammons,
Piter Debay, Allan Blum, Pol de Man, Jak Derid və digərlərinin
adları vardır. 2008 və 2009-cu illərdə
ABŞ-ın "Ali təhsil xronikası" jurnalı
Kornell Universitetini "Böyük robot kolleci" adlandırıb.
Bu ad universitetə rəhbərlik işinin yüksək
səviyyədə qurulması, əməkdaşların
işləməkdən zövq alması, onlara təqaüdə
çıxdıqdan sonra yüksək məbləğdə təqaüd
və kompensasiya ödənilməsi, tələbələrin, eləcə
də digər əməkdaşların burada oxuyub fəaliyyət
göstərdikləri üçün verilib. Kornell Universitetinin müəllim və məzunlarından
41 nəfər Nobel mükafatına layiq görülüb.
Hazırda
Kornell Universitetində azərbaycanlı tələbə təhsil
almır. Lakin tezliklə bu universitetin məşhur məzunları
arasında bizim tələbələrin də adlarının
olacağına böyük ümid bəsləyirik.
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.-2009.-11
dekabr.-S.5.