"Dünya sənin,
dünya mənim, bizlər isə bu Vətənin"
Dekabrın 5-də 201 nömrəli
orta məktəbdə "Uşaq ili"nə həsr olunmuş "Dünya sənin, dünya mənim, bizlər isə bu Vətənin"
adlı tədbir keçirilmişdir.
Mərasimdə Nizami
Rayon İcra Hakimiyyətinin
başçısı Tahir
Budaqov, təhsil nazirinin müavini Elmar Qasımov,
Bakı şəhər
İcra Hakimiyyəti başçısının müavini
Fidumə Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Valideyn-Müəllim
Assosiasiyasının prezidenti
Təranə Şərifova,
YAP Nizami Rayon Təşkilatının
sədri Sədaqət
Vəliyeva, H.Əliyev
adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Qarabağlı,
Azərbaycan Respublikası
Ombudsman aparatının, qeyri-hökumət
təşkilatlarının nümayəndələri, məktəb
direktorları, müəllimlər,
valideyn və şagirdlər iştirak edirdilər.
Məktəbin direktoru Süsən Salmanova iştirakçıları
salamlayıb ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan, onların təhsil alması üçün yaradılan şəraitdən
danışdı.
Sonra söz şagirdlərə verildi. Onlar üzərlərinə
düşən vəzifələrin
Vətən qarşısında
borclarından, müasir gəncliyə yiyələnməsi
vacib olan keyfiyyətlərdən danışdılar.
Onların ifasında maraqlı bədii proqram
təqdim olundu. Şagirdlərdən
Aysel Məmmədovanın,
Aliyə Mürsəlovanın,
Ləman Rəcəbovanın,
Sevinc Quliyevanın, Kamran Tağızadənin, Faiq Xıdırovun, Səmayə
Piriyevanın
söylədikləri şeirlər,
bayatılar, göstərdikləri
tamaşalar, səhnəciklər
tədbir iştirakçılarında
xoş ovqat yaratdı.
Dil-ədəbiyyat müəllimi Simuzər Əhmədova "Uşaqlarımızı
problemli dünyadan necə uzaqlaşdıraq,
problemsiz dünya yoxdur, güvənc yerimiz Vətəndir"
mövzusunda
çıxış etdi.
Tədbirdə ümummilli
lider Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və təhsil naziri Misir Mərdanovun müxtəlif vaxtlarda uşaqlarla görüşlərindən lentə
alınmış bəzi
məqamlar nümayiş olundu.
Ecazkar uşaq
aləminin sehrinə düşən qonaqlar belə gözəl tədbirə görə məktəbin kollektivinə
öz təşəkkürlərini
bildirdilər.
Sonda şagirdlərə hədiyyələr
verildi.
Sifai Səfərova
Azərbaycan müəllimi.-2009.-11 dekabr.-S.4.