Təhsil Nazirliyi ilə "Microsoft" şirkəti arasında

 

Anlaşma Memorandumu imzalandı

              

Dekabrın 10-da Təhsil Nazirliyində Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə "Microsoft" şirkəti arasında "Təhsildə əməkdaşlıq" proqramı üzrə Anlaşma Memorandumu imzalandı. İmzalanma mərasimində "Microsoft" şirkətinin Orta Qərbi Avropa üzrə "Təhsildə əməkdaşlıq" proqramının rəhbəri Teodor Milev, "Microsoft Azərbaycan" şirkətinin baş direktoru Teymur Axundov, həmin şirkətin təhsil proqramları rəhbəri Emin Axundov, nazirliyin rəhbərliyi əməkdaşları, bu sahədə nazirliklə əməkdaşlıq edən şirkətlərin rəhbərləri, İKT ilə bağlı layihənin həyata keçirilməsində xüsusi yeri olan məktəblərin rəhbərləri, müəllimlər KİV nümayəndələri iştirak edirdilər.

Mərasimi açan təhsil naziri Misir Mərdanov zala toplaşanları salamlıyıb Təhsil Nazirliyi ilə "Microsoft" şirkəti arasında əməkdaşlıq bu əməkdaşlıq əsasında görülmüş birgə haqqında qısa məlumat verdi. Nazir qeyd etdi ki, hələ üç il öncə "Microsoft" şirkəti ilə "Təhsildə əməkdaşlıq" proqramı çərçivəsində 2006-2009-cu illəri əhatə edən Memorandum imzalanmışdır. Onun vaxtı qurtardığı üçün növbəti belə bir sənədin imzalanması zərurətə çevrilmişdir. Yeni memorandum 2010-2013-cu illəri əhatə edir.

Misir Mərdanov bildirdi ki, proqram üzrə birgə əməkdaşlıqda əsas məqsəd təhsildə İKT-nin tətbiqidir. "Təhsildə əməkdaşlıq" proqramı "İnnovativ məktəblər", "İnnovativ müəllimlər", "İnnovativ şagirdlər" kimi 3 istiqaməti əhatə edir.

"İnnovativ müəllimlər" istiqaməti çərçivəsində indiyədək "Uşaqların İnternetdə təhlükəsizliyi" mövzusunda müvafiq tədris vəsaiti hazırlanaraq dərc olunub bu mövzuya həsr olunmuş tədbirlər reallaşdırılıb.

"İnnovativ şagirdlər" istiqaməti üzrə bir sıra ölkəmiqyaslı şagird informasiya texnologiyaları müsabiqələrinə ("Gənc Kompüter İstedadları", "Gənc İnformatik", "Skilis Vork") dəstək göstərilib.

Dünya üzrə həyata keçirilən "İnnovativ məktəblər" proqramında ilk Azərbaycan məktəbinin iştirakına imkan yaradılıb. Bu proqramda iştirak üçün 110-dan artıq ölkədən ərizə göndərilsə , onların arasından 31 məktəb seçilib Bakının 7 nömrəli orta məktəbi Braziliyanın Salvador şəhərində keçirilən "İnnovativ məktəblər" Forumunda iştirak edib.

Nazir onu da vurğuladı ki, Təhsil Nazirliyi ilə "Microsoft" şirkəti arasında imzalanmış "Məktəb sazişi" çərçivəsində məktəblərə paylanan kompüterlər güzəştli qiymətlə lisenziyalı "Microsoft Vindovs" əməliyyat sistemi "Microsoft Office" proqram dəsti ilə təchiz olunub. Nazir bütün bunların Azərbaycan hökumətinin, ölkə Prezidentinin diqqət mərkəzində duran məsələlər olduğunu onlara xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırdı. Bildirdi ki, son bir neçə ildə bu istiqamətdə çox böyük addımlar atılıb, DATA mərkəzi yaradılaraq 500-dən çox məktəb İnternet şəbəkəsinə qoşulub. Gələn il bu işin başa çatdırılması nəzərdə tutulur.

"Microsoft" şirkətinin Orta Qərbi Avropa üzrə "Təhsildə əməkdaşlıq" proqramının rəhbəri Teodor Milev mərasimdə söz alaraq birgə əməkdaşlığa onun davam etdirilməsinə göstərdiyi marağa görə Təhsil Nazirliyinə minnətdarlıq etdi, şirkətlərinin bu əməkdaşlıqdan məmnun olduğunu, imzalanacaq sənəddən çox şey gözlədiklərini bildirdi.

Sonra təhsil naziri Misir Mərdanov "Microsoft" şirkətinin Orta Qərbi Avropa üzrə "Təhsildə əməkdaşlıq" proqramının rəhbəri Teodor Milev Anlaşma Memorandumunu imzaladılar.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.-2009.-11 dekabr.-S.4.