Azərbaycanlı alim Madriddə keçirilən beynəlxalq konfransda iştirak edib

 

Bakı Pedaqoji Kadrların İxtisasartırma Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov Beynəlxalq Təhsil, Texnologiya İnkişaf Assosiasiyasının Beynəlxalq Pedaqoji Tədqiqatlar Mərkəzinin (CİEP) dəvəti ilə 15-26  noyabr 2009-cu il tarixlərdə Madriddə (İspaniya) Parisdə (Fransa) xidməti ezamiyyətdə olmuşdur.

Əməkdaşımız səfərlə bağlı fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanovdan müsahibə almışdır. Həmin müsahibədən bəzi məqamları dərc edirik. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin apardığı uğurlu daxili xarici siyasət bütün sahələrdə olduğu kimi, elm təhsil sahəsində özünü göstərir. Belə ki, Azərbaycan alimlərinin beynəlxalq elmi konfranslarda, simpoziumlarda iştirakı, həmçinin təhsil müəssisələrinin beynəlxalq əlaqələr sahəsindəki uğurları məhz həmin bu siyasətin nəticəsidir. Mən 16-18 noyabr 2009-cu il tarixlərdə Madrid şəhərində Beynəlxalq Təhsil, Texnologiya İnkişaf Assosiasiyasının təşkil etdiyi "Təhsil, tədqiqat innovasiyalar" Beynəlxalq elmi konfransında iştirak etdim "Təhsil sistemində andraqoji yanaşma" mövzusunda məruzə etdim. Tədbirdə 60 ölkədən 600-dən çox mütəxəssis iştirak edirdi. Konfransda təhsildə texnologiyalar üzrə tədqiqatlar; təhsil, tədqiqat qloballaşma; tədqiqat, beynəlxalq layihələr innovasiyalar; ətraf mühitin virtual öyrənilməsi; mühəndislik təhsilində yeni tədqiqatlar; biliklərin idarəolunması; riyaziyyat statistikada yeni fikir təcrübələr; E-öyrənmə layihələri; təcrübə tədqiqatlara texnologiya metedologiyaların tətbiqi; akademik tədqiqat layihələri; universitet - sənaye əməkdaşlığında təcrübələr; pedaqoji taktika strategiyalar; ali təhsil sahəsində yeni çağırış; xarici dillərin öyrənilməsində tədrisində metodologiyalar; strategiya, prinsiplər, tələblər s. bölmələrdə elmin təhsilin çoxlu sahələri üzrə məruzələr dinlənilib müzakirə olundu.

Noyabrın 21-dən 25-ə qədər Parisə ezamiyyə vaxtı Beynəlxalq Pedaqoji Tədqiqatlar Mərkəzinin  (CİEP) fəaliyyəti ilə tanış oldum. Yeri gəlmişkən qeyd edim ki, bu mərkəzlə bizim institut 2009-cu ilin əvvəllərindən virtual əməkdaşlıq edir. CİEP inzibati xarakterli dövlət müəssisəsi kimi öz fəaliyyətini iki istiqamətdə həyata keçirir: təhsil sahəsində beynəlxalq əməkdaşlıq dil təlimi (fransız dilinin xaricdə tədrisi Fransada xarici dillərin tədrisi). CİEP təhsil sahəsində ekspert qiymətləndirmə, təhsil proqramlarının hazırlanması sertifikatlaşdırılması ilə məşğuldur.

CİEP Fransanın ümumi Təhsil Nazirliyinin Ali Təhsil Elm Nazirliyinin rəsmi agentliyidir. İki nazirliyin tapşırığı ilə CİEP Fransanın başqa ölkələrin müxtəlif elm təhsil müəssisələri arasında vasitəçi kimi çıxış edərək, təhsil sahəsində beynəlxalq əməkdaşlığı təşkil edir, müxtəlif səviyyəli təhsil müəssisələri ilə müntəzəm olaraq konfranslar, seminarlar, treninqlər başqa tədbirlər keçirir.

24 noyabr 2009-cu il tarixdə həmin mərkəzlə Bakı Pedaqoji Kadrların İxtisasartırma Yenidənhazırlanma İnstitutu arasında elm təhsil sahəsində əməkdaşlığa dair müqavilə imzaladıq. Müqaviləni Fransa tərəfdən həmin mərkəzin rəhbəri professor Tristan Lekoq, Azərbaycan tərəfdən isə mən imzaladıq. Qeyd edim ki, bu mərkəz dünyanın yüzdən çox ölkəsi ilə elm təhsil sahəsində əməkdaşlıq edir.

Müqaviləyə əsasən, tərəflər öz resursları intellektual rotensiallarından istifadə edərək elmi-tədqiqat,  elmi-metodik, məsləhət informasiya fəaliyyətini həyata keçirəcəklər. Müqavilədə öz səlahiyyətlərimiz daxilində pedaqoji kadrların təlimi ixtisaslarının artırılması, Azərbaycanda Fransada konfransların, seminarların,  yaxud tədris treninqlərinin təşkili, təhsil sahəsində rəhbər kadrların təlimi ixtisasının artırılması, pedaqoji innovasiyalar rroblemləri, xüsusilə tədris rroqramlarının, tədris metodikasının yeniləşməsi məsələləri üzrə birgə elmi-tədqiqat işlərinin, konfrans seminarların təşkili, iri beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə beynəlxalq  təhsil  layihələrinin reallaşdırılmasında birgə iştirak nəzərdə tutulmuşdur.

Həmçinin adıçəkilən mərkəzlə Azərbaycan, Ukrayna, Rusiya, Qazaxıstan Belarusun müvafiq ali məktəblərinin təşkilatçılığı ilə 2010-ju ilin oktyabr ayında Bakıda "Təhsilin keyfiyyətinin qiymətləndirilməsi" mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi barədə qərar qəbul etdik.

Qeyd edim ki, bu müqavilə beynəlxalq əməkdaşlığı əsas prioritet istiqamətlərdən biri hesab edən institutumuzun son iki ildə imzaladığı doqquzuncu müqavilədir. 2008-ci ildən indiyə qədər Ukrayna, Belarus Rusiyanın müvafiq səkkiz ali məktəbi ilə müqavilələr imzalamışıq. Hazırda bu ali məktəblərlə müxtəlif layihələr üzərində işləyirik. Bu müqavilələr əsasında həm Azərbaycanda, həm xaricdə birgə beynəlxalq elmi konfranslar təşkil etmişik. Bunlardan Bakıda 2008-ci ilin noyabrında keçirilmiş "Qloballaşma şəraitində pedaqoji kadrların ixtisasının artırılması: reallıqlar perspektivlər", 2009-cu ilin sentyabrında Kiyevdə təşkil olunmuş "Diplomdansonrakı pedaqoji təhsil: Avropa orientirləri regional prioritetlər" beynəlxalq konfranslarının adını çəkmək yerinə düşər.

 

 

Ş.MƏMMƏDOV

 

Azərbaycan müəllimi.-2009.-11 dekabr.-S.4.