Heydər Əliyev təhsil
haqqında
* Təhsil
hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının,
fəaliyyətinin mühüm
bir sahəsidir.
* Təhsilimizin
məqsədi gənc
nəslə, uşaqlara
təhsil verib onları gələcəyə
hazırlamaqdır. Hər bir
insan gərək eyni zamanda vətəndaş
olsun. Mütləq vətəndaş olsun. Dövlətinə
sadiq, millətinə sadiq, ənənələrinə
sadiq, xalqına sadiq vətəndaş olsun.
* Bizdə
təhsil çox inkişaf edibdir. Azərbaycanda, demək olar ki, təhsil
almayan adam
yoxdur.
* Bir müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. İndiyə qədər yaranmış
təməlin üzərində
Azərbaycan təhsili,
məktəbi bundan sonra daha da
təkmilləşəcəkdir.
* İndi
dərs alan
uşaqlar, gənclər
gərək mütləq
və mütləq bizim yeni dərsliklər
əsasında oxusunlar.
* Milli ideologiyamızı hər
yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan
xalqının tarixinin
tədrisinə çox ciddi fikir vermək
lazımdır... Gənclərimiz öz tarixini, öz
tarixi keçmişini gərək yaxşı bilsinlər. çünki mənəviyyatımız,
gənclərin bugünkü
və gələcək
mənəviyyatı bununla
bağlıdır.
* Azərbaycanın ali məktəblərinin,
təhsil sisteminin səviyyəsini qaldırmalıyıq.
Eyni zamanda dünyanın inkişaf etmiş ölkələrinin, yüksək
səviyyəli universitetlərin,
institutların imkanlarından
Azərbaycanın gələcəyi,
dəyərli kadrlar hazırlanması üçün bundan sonra da
səmərəli istifadə
etməliyik.
* Həyat
böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə
uyğun olan təhsilə malik
olmalıdır. Təhsil də
daim təkmilləşdirilməlidir.
Bütün bunlar Azərbaycanın təhsil işçilərinin
üzərinə düşən
vəzifələrdir.
* Təhsil
sistemi Azərbaycanın
gələcəyini təmin
edən bir sistemdir. Hər bir millətin,
hər bir ölkənin gələcəyi
gənclərdir. Biz gənclərimizi
nə qədər yüksək təhsilli etsək, həqiqi yüksək təhsilli etsək, onların müəyyən ixtisaslara mükəmməl yiyələnməsinə
şərait yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi
və demək, müstəqil Azərbaycanın
iqtisadiyyatının inkişafı,
elminin inkişafı,
təhsilinin inkişafı,
insanların rifah halı o qədər də yaxşı olacaqdır.
Azərbaycan müəllimi.-2009.-11
dekabr.-S.2.