Dünya siyasətçiləri
Heydər Əliyev haqqında
Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli fəaliyyəti
xalqlarımızın ümumi
tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının
təməlini qoymuş,
dostluğumuzun və qarşılıqlı anlaşmamızın
möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir.
Vladimir PUTİN,
Rusiya Federasiyasının
keçmiş Prezidenti
Mərhum Heydər Əliyevin
müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan
bu gün xarici
siyasətində etibar
və sabitlik amili kimi çıxış
edən, iqtisadi inkişaf və sosial rifah yolunda
möhkəm addımlarla
irəliləyən, beynəlxalq
birliyin nüfuzlu bir üzvü kimi
etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir. Azərbaycanın bu gün yürütdüyü uğurlu və tarazlaşdırılmış
xarici siyasətinin memarı olan Heydər Əliyevi itirməyimiz tarixi və mədəni tellərlə bir-birinə
bağlanmış olan
xalqlarımızı dərindən
kədərləndirmişdir.
Abdullah GüL,
Türkiyə Respublikasının Prezidenti
Heydər Əliyev Cənubi Qafqazda uzun müddət
ərzində ən əsas şəxsiyyət
olmuşdur. Bu günlərdə
Amerika Birləşmiş
Ştatları və Azərbaycanın bəhrələndiyi
dostluq əlaqələrinin
qurulmasında və Azərbaycanın müstəqilliyinin
qorunmasında onun şəxsi səyləri
həyati əhəmiyyət
daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları
və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar
da daxil olmaqla, terrorizmə qarşı mübarizədə
tərəfdaş olmuşlar.
Dağlıq Qarabağ
faciəsinin sülh danışıqları vasitəsilə
ədalətli və uzunmüddətli həllinə
nail olmaq sahəsində
onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və
sabitliyin saxlanmasında
mühüm əhəmiyyət
kəsb etmişdir.
Corc BUŞ,
Amerika Birləşmiş
Ştatlarının keçmiş
Prezidenti
Bu qeyri-adi şəxsiyyət
Azərbaycanı çiçəklənmə
yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz
zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında
müzakirələr apararkən,
münaqişənin sülh yolu ilə həllində
onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək
qiymətləndirdim.
Jak ŞİRAK,
Fransa Respublikasının
keçmiş Prezidenti
Azərbaycan müəllimi.-2009.-11 dekabr.-S.2.