Tanrının xalqımıza ən
böyük töhfəsi
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına Uca Tanrı tərəfindən
bəxş edilmiş
töhfə, paydır.
Heydər Əliyev dünya siyasətində Günəşdir. Böyük şəxsiyyətdir.
Onun müdrik siyasəti yaşayır və müstəqil Azərbaycanın
parlaq gələcəyinə
işıq salır.
Günbəgün çiçəklənən Vətənimizin
hər bir guşəsində ulu öndərin izi görünür, əməlləri yaşayır. Xalqının qarşısında xilaskarlıq missiyasını
şərəflə yerinə
yetirən Heydər Əliyev bütün Azərbaycanı qarış-qarış
gəzirdi. Yaddaşımızda dərin iz salan
bir tarixi hadisəni böyük sevinc və iftixar hissilə həmişə xatırlayıram.
1973-cü ilin sentyabrında
Heydər Əliyev Ağdam rayonunun Qaradağlı kəndinə
gəldi. Tarlaları gəzdikdən
sonra camaatla görüşdü.
Sosialist əməyi qəhrəmanları
Sürəyya Kərimova,
Turab Məmmədov və mənim anam - Sosialist Əməyi Qəhrəmanı
Səkinə İmanova
ilə çox səmimi söhbət etdi. Həmin günün xatirəsi
mənim qəlbimdə
əbədidir.
Bu gün ulu öndər
Heydər Əliyevin bizim xalqımız üçün etdiklərini hamımız və bütün dünya görür
və anlayır. O, bütün mənalı həyatını
Azərbaycan xalqının
rifahına sərf etmişdir. Ata yolunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev haqlı olaraq, daha doğrusu, hamının qəlbini oxuyaraq demişdir:
"Heydər Əliyev bütün dünyaya lazımdır".
Hər il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü böyük təntənə ilə qeyd olunur.
Heydər Əliyev
xalq üçün yaranmışdı, xalq üçün də yaşadı...
Bəli, müstəqil Azərbaycanımız
Heydər Əliyevin şah əsəridir. O, Azərbaycanı
qurdu, yaratdı. Heydər Əliyev bu quruculuqda öz həyatını əsirgəmədi.
Dünya şöhrətli siyasi xadim, türk dünyasının
böyük oğlu Heydər Əliyevin ölməz ideyaları bu gün xalqımızın
başı üstündə
bir həqiqət və azadlıq Günəşi kimi nur saçır, ürəklərə hərarət,
gözlərə işıq
verir.
Mən Ağdam rayonunun üç kənd orta
məktəbində Azərbaycan
dili və ədəbiyyat müəllimi
işləyirəm. Uzun illərdir
ki, tədris prosesində dilimizin, ədəbiyyatımızın təntənəsində ulu
öndərimiz, böyük insan Heydər Əliyevin rolunu, titanik fəaliyyətini həmişə ön plana çəkirəm.
Bütün xalqımız kimi, mən də ümummilli liderimiz Heydər Əliyevə çox yüksək hörmət və ehtiram bəsləyir, şagirdlərimi onun nümunəsində tərbiyə
etməyə çalışıram.
Sahib İMANOV
Azərbaycan müəllimi.-2009.-11 dekabr.-S.2.