Milli təhsilimizin
himayədarı
Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən
Heydər Əliyev Universitetinin "Heydər
Əliyev və Azərbaycan təhsili"
mövzusunda 130-cu məşğələsi
keçirilmişdir. ümummilli
liderin anım günü ərəfəsinə
təsadüf edən məşğələdə öncə
dahi öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan rektor,
akademik İsa Həbibbəyli Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı
misilsiz xidmətlərindən
bəhs etmişdir.
Millət vəkili ulu
öndərin hər iki hakimiyyəti dövründə Azərbaycanda aparılan təhsil quruculuğundan, regionda təhsilin inkişafına
göstərilən qayğıdan
ətraflı söz açmışdır. Rektor
Heydər Əliyevin milli təhsilin tərəqqisi və dünyaya
inteqrasiyası istiqamətindəki
məqsədyönlü fəaliyyətinin bu gün ölkə başçısı
İlham Əliyev tərəfindən uğurla
davam etdirildiyini vurğulamışdır.
Sonra NDU-nun Pedaqogika və psixologiya kafedrasının
dosenti, pedaqoji elmlər namizədi, Azərbaycan Respublikasının
əməkdar müəllimi
Kamal Camalovun mövzu üzrə məruzəsi dinlənilmişdir. Məruzədə
Heydər Əliyevin müxtəlif ali
və orta ixtisas məktəblərinin
yaradılmasına və
formalaşmasına, gənclərin
keçmiş SSRİ-nin ən məşhur ali təhsil ocaqlarında oxumalarına
göstərdiyi diqqət
və qayğıdan,
təhsil işçilərinin
əməyini dəfələrlə
yüksək qiymətləndirməsindən
danışılmışdır. Natiq ümummilli liderin Naxçıvan Dövlət Universiteti ilə sıx əlaqələrindən, muxtar
respublikanın bu yeganə dövlət ali məktəbinin
inkişafındakı rolundan
bəhs edərək gəncliyi ümummilli liderin həyatından və siyasi irsindən daim bəhrələnməyə, onun
ideyalarına sadiq qalmağa çağırmışdır.
Mehriban SULTAN
Azərbaycan müəllimi.-2009.-11 dekabr.-S.2.