Bakı Dövlət
Universitetində Elmi Şuranın növbəti iclası keçirilib
Dekabrın 5-də Bakı Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirildi. İclas Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin 30 oktyabr tarixli sərəncamları
ilə universitetin əməkdaşlarına verilmiş
fəxri adların və təltiflərin təqdimatına həsr olunmuşdu. Tədbirdə Azərbaycan Respublikasının
təhsil naziri Misir Mərdanov, Elmi Şuranın üzvləri, universitetin
professor-müəllim heyəti,
tələbələr və
KİV təmsilçiləri iştirak
edirdilər.
Akademik Abel Məhərrəmov
dövlət başçısının
30 oktyabr tarixli sərəncamları ilə
BDU-nun alimlərinə - 107 nəfərə Azərbaycanın
ən böyük mükafatları və fəxri adlarının verilməsini təhsil ocağına olan böyük diqqət və qayğı kimi dəyərləndirdi.
Azərbaycanın təhsil
tarixində ilk dəfə
olaraq, eyni zamanda bir təhsil
müəssisəsinin bu qədər çox sayda əməkdaşının
dövlət mükafatlarına
layiq görüldüyünü diqqətə çatdıran rektor bu faktı
nəinki universitetə,
bütövlükdə Azərbaycan
elminə, Azərbaycan
təhsilinə yetirilən
xüsusi diqqət, təhsil işçilərinin
əməyinə verilən
yüksək qiymət kimi dəyərləndirdi.
A.Məhərrəmov təltif olunanlar
adından ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirdi.
Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova
verildi. Təhsil naziri dövlət
başçısının salamını,
hörmət və ehtiramını universitetin
kollektivinə çatdıraraq
bu tədbirin şəxsən onun tapşırığı ilə
həyata keçirildiyini vurğuladı.
Nazir Bakı
Dövlət Universitetinin
bir müddət öncə qeyd olunmuş 90 illik yubileyinin ümumilikdə Azərbaycan təhsilinin bayramına çevrildiyini dedi. Misir Mərdanov yubileyə həsr olunmuş təntənəli
mərasimdə Prezident
İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın iştirak etməsi, dövlət başçısına
universitetin fəxri doktoru adının verilməsi, təhsil ocağının əməkdaşlarının
müxtəlif fəxri adlar, orden və
medallarla təltif olunması və s. kollektivin yaddaşında önəmli hadisə kimi yaşayacağına əminliyini ifadə etdi. Dövlət başçısının müvafiq sərəncamlarını
təhsil sahəsinə
göstərilən xüsusi
qayğının növbəti
təzahürü kimi qiymətləndirən nazir
ölkənin bütün təhsil ictimaiyyəti adından cənab Prezidentə minnətdarlığını
bildirdi və kollektivin hər bir üzvünün bu
şərəfə layiq
fəaliyyət göstərməsinin,
bu etimadı doğruldaraq öz işinə daha məsuliyyətlə yanaşmasının
zəruriliyini vurğuladı.
Misir Mərdanov daha sonra çıxışında
ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasətinin bu gün Prezident
İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsindən
bəhs etdi. Qeyd olundu ki, hazırda Azərbaycanda bütün sahələrin, o cümlədən
elmin və təhsilin inkişafı üçün əlverişli şərait yaradılıb
və bunun sayəsində təhsil sistemində əsaslı infrastruktur dəyişiklikləri
baş verir, inkişafyönümlü proqram və layihələr həyata keçirilir, təhsil müəssisələrinin
maddi-texniki bazasının
möhkəmləndirilməsi və
digər məsələlər
üzrə çox mühüm işlər görülür.
Ali təhsil
sahəsində mövcüd olan problemlərdən və bununla bağlı qarşıda duran vəzifələrdən söz
açan nazir BDU-nun həmişə olduğu
kimi bu məsələlərin
həllində də digər ali məktəblərə örnək
olacağına ümid etdiyini bildirdi.
Təhsil naziri Misir Mərdanov
çıxışının sonunda dövlət mükafatlarına layiq görülənləri təbrik
edərək onlara gələcək fəaliyyətlərində
yeni-yeni nailiyyətlər,
şəxsi həyatlarında
cansağlığı və
xoşbəxtlik arzuladı.
Sonra Bakı Dövlət Universitetinin əməkdaşlarına
verilən fəxri adların, orden və medalların təqdimatı oldu. Təltif olunanlar
təhsil naziri ilə xatirə şəkli çəkdirdilər.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.-2009.-11 dekabr.-S.4.