Tanınmış alim elm təşkilatçısı

 

 

Hər bir insan öz əməlləri fəaliyyəti ilə həyatda iz qoyur, hörmət nüfuz qazanır. Belə insanlardan biri bütün həyatını gənc nəslin təlim-tərbiyəsinə, ixtisaslı mütəxəssis kimi yetişməsinə, iqtisad elminin inkişafına həsr edən iqtisad elmləri doktoru, professor Asif İsmayıl oğlu Şirəliyevdir. 70 illik ömür yolu keçmiş Asif müəllim iqtisad elminin zənginləşdirilməsində özünəməxsus rolu, problemlərə münasibəti, tədqiqat ümumiləşdirmə metodu, dərin elmi-fəlsəfi məntiqi olan tədqiqatçılardandır. O, çoxsaylı məqalə, monoqrafiya dərs vəsaitinin, o cümlədən MDB ölkələrində, Misirdə, İranda, Türkiyədə digər ölkələrdə nəşr olunmuş elmi əsərlərin müəllifidir.

 Şəxsiyyətinə elmi fəaliyyətinə yaxından bələd olduğumuz Asif Şirəliyev zəngin bir ömür yolu keçmişdir. Səmimi insan, qayğıkeş müəllim, dəyərli tədqiqatçı alim olan Asif müəllim 1939-cu il dekabrın 19-da Şərur rayonunun Düdəngə kəndində dünyaya göz açmışdır. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində ali təhsil almış universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Bakı Ali Partiya Məktəbinin rus bölməsini fərqlənmə diplomu ilə başa vuran Asif müəllim 1970-ci ilədək Naxçıvan Muxtar Respublikasında komsomol, partiya həmkarlar təşkilatlarında müxtəlif vəzifələrdə işləmişdir. Lakin elmə olan böyük marağı yüksək tədqiqatçılıq istedadı onu əmək fəaliyyətinin əsas hissəsini məhz bu sahəyə sərf etməyə sövq etmişdir.

Hələ gənc yaşlarından onun müxtəlif mövzularda məqalələri mətbuatda dərc olunmuşdur. 1971-ci ildən Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllimlik etməklə yanaşı, həm elm sahəsində ilk addımlarını atmağa başlamışdır. Belə ki, 1971-1975-ci illərdə indiki Azərbaycan Dövlət İqtisad Universitetinin aspiranturasında siyasi iqtisad ixtisası üzrə təhsil almış namizədlik dissertasiyası üzərində işləməyə başlamışdır. Asif müəllimin elmi bacarığı çalışqanlığı sayəsində dissertasiya işi tezliklə müdafiəyə təqdim edilmiş 1976-cı ildə o, həmin universitetin ixtisaslaşdırılmış müdafiə şurasında müvəffəqiyyətlə müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

Ali məktəbdə müəllim kimi səmərəli fəaliyyəti, elmi-tədqiqat işlərinin müsbət nəticələri, təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq A.Şirəliyev 1979-cu ildən etibarən Siyasi iqtisad kafedrasının müdiri vəzifəsinə irəli çəkilmişdir. 1984-cü ildən dosent, 1990-cı ildən isə hələ elmlər namizədi ikən SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülən alim uzun illər ərzində - 2004-cü ilədək Naxçıvan Dövlət Universitetinin İqtisadi nəzəriyyə, İqtisadiyyat tənzimlənmə kafedralarının müdiri vəzifələrində çalışmışdır. Həmin ildən bu günədək isə Asif müəllim universitetin ən böyük fakültələrindən birinə - İqtisad fakültəsinə rəhbərlik edir.

Yorulmaz tədqiqatçı kimi Asif müəllimin elmi axtarışlarının istiqamətləri dövrün ən aktual nəzəri iqtisadi problemlərini əhatə edir. Lakin alimin çoxcəhətli elmi axtarışlarının mərkəzində aqrar-sənaye kompleksində iqtisadi mənafelər problemi dayanır. Təsadüfi deyil ki, uzun illər iqtisadi mənafelər sahəsində elmi-tədqiqat işlərini davam etdirən alim bu mövzuda doktorluq dissertasiyasını Moskva Dövlət Universitetinin Elmi Şurasında təsdiq etdirmiş, tamamlayaraq 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində uğurla müdafiə etmiş iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

Asif müəllimin araşdırmalarının çoxşaxəli olması onun elmi biblioqrafiyasından da aydın görünür. ümumilikdə, 170-dən çox elmi məqalə tezisin, 38 monoqrafiya, dərs vəsaiti metodik vəsaitin müəllifi olan Asif müəllimin tədqiqat obyekti genişdir. Alim iqtisadi nəzəriyyənin bir sıra problemlərinin - məhsuldar qüvvələrin yerləşdirilməsi regionların iqtisadiyyatı, aqrar-sənaye kompleksində qarşılıqlı iqtisadi münasibətlər əlaqələr, gəlirlərin formalaşdırılması bölüşdürülməsi, bazar iqtisadi sisteminin qanunauyğunluqları, iqtisadi mənafelər, bazar bazar mexanizmi, aqrar istehsalın təşkilinin yeni formaları, kəndli təsərrüfatlarının səmərəliliyi məsələləri s. tədqiqi yönümündə sanballı, elmi-nəzəri praktiki əhəmiyyəti olan monoqrafiyalar, dərs vəsaitləri, əlaqədar mövzuların tədrisi ilə bağlı metodik vəsaitlər, sahibkarlar adamları üçün əməli vəsaitlərin müəllifidir. Onun tərəfindən istehsalın səmərəliliyinin yüksəldilməsinə dair verilmiş onlarca təklif tövsiyə təcrübədə geniş istifadə edilir. Asif müəllim dövrün ən aktual problemləri ilə bağlı respublikamızda xaricdə keçirilən mötəbər elmi tədbirlərdə məruzələr, mətbuatda televiziyada vaxtaşırı çıxışlar edir.

Nəinki bazar iqtisadiyyatının tələblərinə cavab verən ali təhsilli mütəxəssis hazırlığında, eləcə elmi kadrların yetişdirilməsində Asif müəllimin əməyi böyükdür. Onun rəhbərliyi məsləhətçiliyi ilə 8 elmlər namizədi, 2 elmlər doktoru yetişmişdir. O, həmçinin 6 nəfərin doktorluq dissertasiyası üzrə rəsmi opponent olmuşdur. Hazırda 4 iddiaçının elmi rəhbəridir.

Asif müəllim ictimai fəaliyyəti ilə respublikamızda öndə gedən ziyalılardandır. Bir sıra nüfuzlu komissiyaların elmi qurumların, o cümlədən AMEA İqtisadiyyat İnstitutunda fəaliyyət göstərən İqtisadiyyat üzrə Əlaqələndirmə Şurasının,  Naxçıvan MR Aqrar İslahat Komissiyasının, AMEA Naxçıvan bölməsində fəaliyyət göstərən Dissertasiya Şurasının, NDU Elmi Şurasının,  universitetdə nəşr olunan "Elmi əsərlər" jurnalının redaksiya heyətinin üzvüdür.

Ətrafında olan insanlara daim diqqət qayğı göstərmək amalı cəmiyyətdə ona böyük nüfuz qazandırmışdır. Asif müəllim ictimaiyyət içərisində yaxşı tanınır. Ensiklopedik biliyi, möhkəm yaddaşı, adamlarla tez ünsiyyət qurmaq bacarığı, mülayim xarakteri onun insanlar arasında özünəməxsus imicini formalaşdırmışdır. Asif müəllimin bu xüsusiyyətləri onun respublikada ziyalılar ailəsi kimi tanınan, 11 elmlər doktoru namizədi yetirmiş Şirəliyevlər ailəsinə xas olan alimlik istedadı ilə tamamlanır.

A.Şirəliyevin çoxillik səmərəli elmi-pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. Müxtəlif vaxtlarda o, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin, üİLKGİ MK-nın, Naxçıvan MSSR Təhsil Nazirliyinin Fəxri fərmanları ilə təltif edilmişdir. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülməsi Asif Şirəliyevin əməyinə verilən yüksək qiymətin ifadəsidir.

Alim hazırda ömrünün müdriklik çağını yaşayır. Ulu Tanrıdan yeddi övlad, doqquz nəvə payı var. Həyatını elmin, təhsilin inkişafına həsr edən dəyərli ziyalı Asif Şirəliyevi irəlidə yeni uğurlar gözləyir. 70 illik yubileyi münasibətilə Asif müəllimi təbrik edir, ona uzun ömür cansağlığı arzulayırıq.

 

 

Ağarza RÜSTƏMOV,

 

Müslüm CABBARZADƏ

 

Azərbaycan müəllimi.-2009.-11 dekabr.-S.6.