Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan
Respublikasının ümumi
təhsil sistemində
Qiymətləndirmə Konsepsiyası"nın təsdiq edilməsi haqqında
13 yanvar 2009-cu il
tarixli, 9 nömrəli
qərarının icrasını
təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının
ümumi təhsil sistemində Qiymətləndirmə
Konsepsiyası"nın təsdiq edilməsi
haqqında 13 yanvar 2009-cu il tarixli, 9 nömrəli qərarı
nəzərə alınsın və işdə rəhbər
tutulsun.
2. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) konsepsiyadan irəli gələn normativ-hüquqi sənədlərin hazırlanmasını və lazım gələnlərinin mövcud qanunvericiliyə uyğun dövlət qeydiyyatına alınmasını təmin etsin.
- konsepsiyadan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlasın;
- konsepsiyadan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün işçi qrupunun yaradılması və tərkibi barədə təklif versin.
3. Aparatın rəhbərinə (İ.Pirməmmədov), Monitorinq və qiymətləndirmə (T.Hacıyeva), Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması (F.Qədirov), Şəhərlər üzrə ümumi təhsil (A.Muradov), Kənd rayonları üzrə ümumi təhsil (A.Əhmədov), Təhsilin idarəolunmasının məlumat sistemləri (İ.Sadıqov), İqtisadiyyat (H.Zeynalov), Texniki peşə təhsili (N.Məmmədov) şöbələrinə və Təhsil Problemləri İnstitutuna (A.Mehrabov), təhsili idarəetmə orqanlarının rəhbərlərinə tapşırılsın:
- şagird nailiyyətlərinin qiymətləndirmə növlərinin tətbiqi üçün lazımi tədbirləri görsünlər;
- qiymətləndirmə standartlarını və qiymətləndirmə vasitələrini hazırlasınlar;
- şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqi sistemini müəyyənləşdirsinlər.
4. Aparatın rəhbəri (İ.Pirməmmədov), Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) nazirliyin digər aidiyyətı struktur bölmələri ilə birgə beynəlxalq və milli məsləhətçiləri cəlb etməklə yuxarıda qeyd olunan tapşırıqların yerinə yetirilməsini təmin etsinlər.
5. Aparatın rəhbəri (İ.Pirməmmədov), Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva), İqtisadiyyat şöbəsi (H.Zeynalov) bu əmrdən irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
6. ümumi şöbənin müdiri (İ.Mirzəyev) "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" sənədinin təhsili idarəetmə orqanlarının rəhbərlərinə çatdırılmasını təmin etsin.
7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
Azərbaycan müəllimi.-2009.-6
fevral.-S.3.