Meksika Universitetində Xocalı faciəsinə həsr
edilmiş konfrans keçirilib
Latın
Amerikasının ən böyük ali təhsil ocağı
hesab olunan Meksika Milli Muxtar Universitetində Xocalı faciəsinə
həsr olunmuş "Onların
yeganə günahı azərbaycanlı olmaq idi" mövzusunda
konfrans kecirilib. AzərTAc-ın məlumatına görə,
universitetin siyasi və sosial elmlər fakültəsində təşkil
edilən tədbirə professor və tələbə heyəti
üzvləri, Meksika Xarici islər Nazirliyi və
Senatının nümayəndələri qatılıblar.
Universitetin Beynəlxalq Münasibətlər Mərkəzinin
elmi katibi Marko Lopategi giriş sözündə Azərbaycan
xalqı və hökümətinə Xocalı faciəsinin
ildönümü ilə bağlı
başsağlığı verib. O bildirib ki, bütün beynəlxalq
ictimaiyyət kimi Meksika da Dağlıq Qarabağ
münaqişəsinin tezliklə həll edilməsini
arzulayır. Azərbaycanın Meksikadakı diplomatik nümayəndəliyinin
müvəqqəti işlər vəkili İlqar Muxtarov
geniş məruzə edib. İ.Muxtarov 1992-ci il fevralın
25-26-da Xocalı şəhərində baş verən faciənin
ermənilərin işğalçı və cinayətkar
siyasətinin bir hissəsi olduğunu xatırladıb: "Xocalıda həyata kecirilənlər
qəddarlıq erməni terrorunun əsas xüsusiyyətinə
uyğun idi. Ermənilər adətən qurbanlarına həddən-artıq
əzab vermək məqsədilə onları müxtəlif
işgəncələrlə öldürürlər. Erməni
rəsmiləri, Xocalı faciəsi də daxil olmaqla,
münaqişə zamanı etdiyi cinayətlərə görə
məsuliyyəti danır və beynəlxalq ictimaiyyətə
hadisələri öz yozumlarında çatdırmağa
çalışırlar. Lakin hec bir uydurma təbliğat
faktlar qarşısında dayana bilməz. Ermənilərin azərbaycanlılara
qarşı törətdiyi vəhşiliklərin hər biri
xalqımızın ürəyinə sancılan bir
tikandır. Bu hadisələr heç zaman unudulmayacaq. Azərbaycan
münaqişənin sülh yolu ilə həllini axtarsa da,
Xocalıdakı dəhşətli cinayətləri həyata
kecirənləri ədalət mühakiməsi qarşısına
gətirməkdə qətiyyətlidir".
Toplantı zamanı
Xocalı faciəsi haqda Heydər Əliyev Fondunun
hazırladığı sənədli film və Xocalı
qurbanlarını əks etdirən fotosərgi nümayiş
etdirilib.
Yeni Azərbaycan.- 2009.- 17 fevral.- S.5.