İSESKO-nun Baş direktoru akademik Zərifə Əliyeva adına məktəbdə olub
"Bakı - İslam mədəniyyətinin paytaxtı
- 2009" Mədəniyyət ilinin açılışı
ilə əlaqədar
ölkəmizdə səfərdə
olan İSESKO-nun Baş
direktoru Əbdüləziz
bin Osman əl-Tüveycri
fevralın 20-də Bakıdakı
akademik Zərifə Əliyeva adına
orta məktəbə
gəldi. Qonaq məktəbi gəzərək
burada təhsil üçün yaradılmış
şəraitlə
Qonaq öncə IX sinif şagirdlərinin məşğələ
keçdikləri geniş
sinif otağına baxdı. Onların təhsili
ilə maraqlanan cənab Əbduləziz
bin Osman əl-Tüveycri
təhsilin bilik, elm, tərəqqi olduğunu vurğulayaraq hər bir dövlətin, xalqın öz təhsilini daha da təkmilləşdirməyə
can atmasını zəruri
saydığını bildirdi.
O, Azərbaycanda təhsilə
göstərilən böyük
qayğını və
diqqəti yüksək
qiymətləndirdi.
Sonra hörmətli qonaq və onu müşayiət
edən şəxslər
məktəbin müasir
avadanlıqlarla təchiz
olunmuş kimya, fizika laboratoriyalarına, müəllimlər otağına
baş çəkdilər. Məktəbin direktoru Məhəbbət
Vəliyeva Təhsil Nazirliyinin tədris ocağına elektron lövhələr verdiyini
qeyd edib, bunun təhsilin keyfiyyətli olmasına yardım göstərdiyini
vurğuladı. Qonaq idman
zalında uşaqların
fiziki tərbiyə dərsini də izlədi. Daha sonra pedaqoji
heyətlə görüşən
İSESKO-nun Baş direktoru
məktəbə "Britiş
council" təşkilatının xətti ilə İngiltərədən təcrübə
mübadiləsinə gəlmiş
11 müəllimlə qısa
söhbət etdi.
Osman əl-Tüveycri bildirdi ki, bu mübadilə,
ilk növbədə, bilik
və elm təcrübəsinin
artmasna töhfə verəcək. İSESKO-nun Baş direktoru bu il paytaxt Bakının İslam mədəniyyətinin
mərkəzi seçildiyini
vurğuladı. Dedi ki, Bakıda keçirilən tədbir
İslam ölkələrinin
bir-birlərini daha yaxşı tanımaları
üçün gözəl
fürsətdir. O, konfransın
dünya ölkələrinin
dostcasına yaşamağa
dəvət etmək üçün xüsusi
vasitə olduğunu söylədi. Sonda məktəbdə gördüklərindən
razılığını ifadə edən cənab Əbdüləziz
bin Osman əl-Tüveycri
xatirə kitabına ürək sözlərini
yazdı.
Əliyev Y.
Azərbaycan müəllimi.-2009.-27
fevral.-S.2.