NDU-da məzun günü qeyd olundu
Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında məzun günü qeyd olundu.
Universitetin müxtəlif fakültələrinin məzunlarının iştirakı ilə keçirilən tədbirdə giriş sözü ilə rektor, akademik İsa Həbibbəyli çıxış edərək bu əlamətdar gün münasibətilə bütün məzunları təbrik etdi, onlara gələcək işgüzar və şəxsi həyatlarında uğurlar arzuladı.
Rektor
universitetin 42-illik fəaliyyəti dövründə
qazanılan nailiyyətlərdən, həyata keçirilən
genişmiqyaslı abadlıq işlərindən, təhsil ocağında
təşkil olunan beynəlxalq və respublika miqyaslı
simpozium və konfranslardan, tələbələrin 4-illik təhsil
dövründə universitet həyatının müxtəlif
sahələrində yaxından iştirakından ətraflı
bəhs etdi. Natiq, həmçinin bu il universitetin magistratura
şöbəsini bitirən bir qrup tələbənin ali məktəbdə
işlə təmin olunduğunu böyük iftixarla nəzərə
çatdırdı.
Universitetin
xarici tələbələrlə iş üzrə dekanı
Xanəli Kərimli tədbirdə çıxış edərək
bu gün universitetimizdə sayca 38-ci məzun
gününün qeyd edildiyini vurğuladı. Dekan qeyd etdi ki,
universitetdə keçirilən ilk məzun günündən
fərqli olaraq bu gün Naxçıvan Dövlət
Universitetinin 900 nəfərdən artıq məzunu var və
onlar regionun və ölkənin müxtəlif müəssisə
və təşkilatlarında müvafiq işlə təmin
olunaraq bitirdikləri ali məktəbin adını daim uca
tuturlar.
Sonra tədbir
bədii hissə ilə davam etdi.
Sonda məzun
tələbələrin bir neçəsinə venetkalar təqdim,
onların təhsilində, vətəndaş ziyalı kimi
formalaşmasında əməyi keçən yubilyar
universitet müəllimləri Fəxri fərman və hədiyyələrlə
təltif olundu.
Tədbirin gedişində Naxçıvan Dövlət Universitetinin inkişaf yolunu təcəssüm etdirən slaydlar da nümayiş olundu.
Nərmin CƏFƏROVA
Azərbaycan müəllimi.-2009.-3
iyul.-S.3.