Şəhid ülvi Bünyadzadənin xatirəsi anıldı

 

İyunun 30-da Azərbaycan Dillər Universitetinin bir qrup müəllim və tələbə heyəti 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin doğum günü münasibətilə onun vaxtilə təhsil aldığı Daşkəsən şəhər 1 nömrəli orta məktəbdə keçirilən tədbirdə iştirak edib.

Tədbiri giriş sözü ilə açan Daşkəsən şəhər 1 nömrəli orta məktəbin direktoru T.Əsədova Ülvi Bünyadzadənin məktəb illərində çox fəal şagird olduğundan, onunla bağlı maraqlı xatirələrdən söhbət açıb.

Sonra Ülvi Bünyadzadəyə həsr olunmuş şeirlər səsləndirilib. Şəhidin yazdığı şeirlərdən bir neçəsini söyləyən şagirdlər Ülvi kimi cəsarətli, vətənini sevən bir gənc olacaqlarına and içiblər.

Mərasimin sonunda şəhidin atası Yusif Bünyadzadə belə bir tədbirin təşkil olunmasına görə ADU-nun rəhbərliyinə və Daşkəsən şəhər 1 nömrəli orta məktəbin pedaqoji kollektivinə ailə üzvləri adından təşəkkürünü bildirib.

 

 

Azərbaycan müəllimi.-2009.-3 iyul.-S.4.