Azərbaycanlı alimə Bəkir Çobanzadə adına mükafat
verilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı, filologiya elmləri doktoru Mahmud Allahmanlı Ukrayna Respublikasında krımtatarlarının böyük şairi, ədəbiyyatşünas və dilçi alim Bəkir Çobanzadə adına mükafata layiq görülüb.
Mükafatın təqdimatı ilə bağlı mərasim Bəkir Çobanzadənin anadan olduğu Qarasubazarda keçirilib. Mərasimdə Krımtatar Respublikası Ali Məclisinin sədr müavini Rufat Cubarov, Krımtatar Yazıçılar Birliyinin sədri Rza Fazil, Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri və qonaqlar iştirak ediblər. Filologiya elmləri doktoru Mahmud Allahmanlı bu mükafatı krımtatarların qüdrətli el sənətkarı "Aşıq Ömərin yaradıcılığı" adlı monoqrafiyasına görə almışdır. Onu da qeyd edək ki, o, bu mükafata layiq görülən ilk xarici ölkə vətəndaşıdır.
Mərasimdə M.Allahmanlı Krımtatar
ədəbiyyatının problemləri
ilə bağlı məruzə etmiş, ədəbi, mədəni,
tarixi əlaqələrdən
və gələcək
tədqiqat planlarından
danışmışdır. Sonda azərbaycanlı laureatın
şərəfinə Azərbaycan
xalq mahnıları səsləndirilmişdir.
Ş.ELNUR
Azərbaycan müəllimi.-2009.-3
iyul.-S.4.