Tələbələr biliklərini nümayiş
etdirirlər
Respublikanın
ali təhsil müəssisələrində olduğu kimi, orta
ixtisas məktəblərində də semestr və
buraxılış imtahanları keçirilir.
Bu
il Bakı Mədəni-Maarif Texnikumunu ibtidai təhsil, xarici
dil (ingilis dili) və musiqi şöbələri üzrə
257 nəfər bitirir.Texnikumun ibtidai təhsil şöbəsinin
müdiri Talıb Zülfiyevdən aldığımız məlumata
görə, builki buraxılışda beş qrupda şöbə
üzrə 75 tələbə dövlət attestasiya
imtahanlarına buraxılıb. Onlardan bir nəfəri
üzrsüz səbəbdən imtahanda iştirak etməyib.
İmtahana hazırlıq işləri ilə bağlı
normativ sənədlər əvvəlcədən
hazırlanıb təsdiq olunub. Tələbələr
yaxşı bilik nümayiş etdirərək aldıqları
qiymətlərdən razı qalırlar.
Tələbələrdən
Aytəkin Ağayeva, Rəvanə Bəyalıyeva,
Gülşən Cəfərova, Şəfəq Rzayeva və
İlahə Həsənzadə texnikumu fərqlənmə
diplomu ilə bitiriblər.
Rəşad ZİYADOV
Azərbaycan müəllimi.-2009.-3
iyul.-S.4.