Məzunlar liseylə əlaqə
saxlamağı unutmurlar
Bakıdakı 2 nömrəli peşə
liseyində şagirdlər
mühasib, tənəkəçi-qaynaqçı, dülgər-parket ustası və başqa ixtisaslara yiyələnirlər.
Bu peşələrin
öyrədilməsində onlara dərs deyən istehsalat təlimi ustalarından Ziyəddin İsgəndərov,
Leyla Səfərova və Arif Nağıyevin
əməyi böyük
olmuşdur.
Liseyin direktoru Razim Mirzəyev bildirib ki, bu il
təhsil ocağını
82 məzun bitirib. Buranı bitirən məzunlar istehsalatın müxtəlif sahələrində
çalışsalar da,
təhsil aldıqları
liseylə əlaqə
saxlamağı da unutmurlar.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.-2009.-3
iyul.-S.4.